Mir Veys xan

Mir Veys xan (1673—1715) (dəri. میروَیس) — Gilzaylar tayfasının başçısı.

Həyatı

Mir Veys xan Şahaləm xan oğlu Gilzaylar tayfasının Xotəki soyundan idi. 1673-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu.

XVIII əsrin əvvəllərində əfqan tayfalarında artıq feodal- patriarxal münasibətlər tədricən aradan qalxır və onlar inkişaf təkamülərində yeni mərhələyə qalxırdılar. Əvvəldə qeyd etdiyimiz kimi ən güclü əfqan tayfaları Gilzay və Abdalilər idi. Gilzayi tayfalarının başçısı varlı tacir Mir Veys idi. Qəndəharda Mir Veysin rəhbərliyi ilə üsyan qalxdı və o iddia edirdi ki, şah hakimiyyətini tanımayacaq. Bu dövrdə şah Qəndəhara yeni bəylərbəyi təyin etdi. Bu şəxs gürcü mənşəli Qurgen xan idi və onu yerli camaat Şahnavaz xan adlandırırdı. Bu şəxsin əsl adı isə Kartli çarı XI Georgi idi. Şahnavaz xan şahın əmrilə Qəndəhara gəlir və burada baş qaldırmış üsyanı yatırır və üsyan rəhbəri Mir Veysi şah sarayına gətirir. Lakin sarayda olan hərcmərclikdən və saray intriqalarından istifadə edən Mir Veys Məkkəni ziyarət etmək adı ilə şah sarayını tərk edir. Daha sonra geri qayıdan Mir Veys özünü yaxşı kimi qələmə verir və bir ziyafət təşkil edərək Şahnavaz xanı və onun silahdaşlarını dəvət edir və onun bütün adamlarını burada qətlə yetirir. Qətlə yetirilmiş xanın paltarlarını geyinib Qəndəhara daxil olur. 1709-cu ildə yenidən burada üsyan qaldırır. Şah üsyanı yatırmaq üçün Keyxosrov Mirzəni buraya göndərir, lakin Mir Veys tərəfindən göndərilmiş qoşun məğlub edilir. Mir Veys 1715-ə qədər burada hakim olur.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.