Mir Sadıq Sadıqov
Sadıqov Mir Sadıx Seyid Kamil oğlu (4 yanvar 1897, Bakı – bilinmir) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Mir Sadıq Sadıqov | |
---|---|
Doğum tarixi | 4 yanvar 1897 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Təhsili |
|
Həyatı
Mir Sadıq Sadıqov 4 yanvar 1897-ci ildə Bakıda anadan olmuşdur. 7 yaşında ilk dəfə olaraq xalq məktəbinə getmiş, 1906-cı ildə təhsilini orta məktəbdə davam etdirmişdir. 1916-cı ildə Bakı orta texniki məktəbinin mexanika Şöbəsini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra o Moskva Ticarət Ali Məktəbinin texnika bölümünə daxil olur. Moskvada 1 il oxuduqdan sonra Mir Sadıx Rusiyada baş verən inqilaba görə təhsilini yarımçıq qoyaraq Bakıya dönür. Azərbaycan Xalq Cümhuriyyəti Əmək Nazirliyində idarəçi kimi çalışır.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Avropaya ali təhsil alamq üçün dövlət stipendiyası ilə göndərdiyi 100 nəfərin daxilində Mir Sadıx Almaniyaya gəlir. 1920-ci ildə ilk təhsilinə Darmstadta başalayan Mir Sadıx orada yalnız 1 semestr oxuyur. Sonra Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunur (20 aprel 1920). 1925-ci ilin yay semestrində o Frayberqdə ali təhsilini başa vurur. 27 noyabr 1925-ci ildə Dağ mühəndisi üzrə diplom alır.