Mir Məmmədrza Seyidəliyev

Seyidəliyev Mir Məmmədrza Abutalıb oğlu (1898, Şamaxı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Mir Məmmədrza Seyidəliyev
Mir Məmmədrza Abutalıb oğlu Seyidəliyev
Doğum tarixi
Doğum yeri Şamaxı,
Bakı qəzası,
Rusiya imperiyası
Vəfat tarixi ?

Həyatı

Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir.

Mir Məmmədrza Seyidəliyev 1923-cü ildə Türkiyəyə qaynatası Ələsgər bəy Mahmudbəyovun yanına getmişdi.

Mir Məmmədrza Alya xanım Ələsgər bəy qızı Mahmudbəyova ilə ailə qurmuşdu.

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.