Mir İmad Qəzvini
Mir İmad Qəzvini (1554[1], Qəzvin – 15 avqust 1615, İsfahan) — mənşəcə azərbaycanlı olan xəttat. Onun yaratdığı, bu gün nəfis sənət nümunələri sayılan əsərlər hazırda dünyanın bir çox muzeylərində nümayiş etdirilir.[2]
Mir İmad Qəzvini | |
---|---|
fars. میرعماد حسنی | |
Doğum tarixi | 1554[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 avqust 1615 |
Vəfat yeri |
|
Fəaliyyəti | xəttat, şair |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
XVII əsrin ən yaxşı xəttatlarından biri "İmad ül-mülk" ("Dövlətin dayağı") adlandırılan və buna görə də xalq arasında Mir İmad deyə çağırılan Mir Məhəmməd bin Hüseyn Həsani Qəzvini idi. Mir İmad 1553-1554-cü ildə Qəzvində anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini Təbrizdə keçirərək, nəstəliq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidən xəttatlıq dərsini öyrənmişdir. Mir İmad onun ən sevimli şagirdlərindən idi. Ölümünə az qalmış ustadı Mir İmaddan xahiş edir ki, onun qələmin mədhinə həsr edilmiş şerlərini təlimat şəklində tərtib etsin:
Bəşərin ən gözəl irsi-qələmdir, bu incə mətləbi unutma!
Kainat qələmin sayəsində şan və şərəfə çatıb,
Əgər qələm olmasaydı, kainat da olmazdı.
Kim qələmdən fayda götürməyibsə, onu böyük ağıl sahibi sayma!
Qələm möcüzəkardır, qələm canverəndir, qələm bələdçidir, qələm sarvandır
Hər həvəskar qələmin qədrini bilməz, onun qiymətini yalnız xəttatlar anlar!
Azərbaycan Osmanlı imperiyası tərəfindən işğal olunduqdan sonra Mir İmad imperiyaya daxil olan bir çox ölkələrə səyahətə çıxır və Məkkəyə gedir. Vətənə qayıtdıqdan sonra Fərhad xanın yanında qulluğa qəbul olunur. Onun ölümündən (1599) sonra Gilana, oradan da Qəzvinə gedir və xəttatlıq dərsi keçir.
Az sonra Mir İmad Səfəvilər dövlətinin paytaxtı İsfahana gəlir və I Şah Abbasın dəftərxanasında işə başlayır. Lakin sarayın sərt ab-havasına uyğunlaşa bilməyən sənətkar tezliklə buranı tərk edir.
Qəzvinə qayıdıb müəllimlik fəaliyyətini davam etdirir. O vaxtaşırı saray əxlaqına və şah Abbasın siyasətinə qarşı kəskin etiraz edir. Osmanlı imperiyası ilə özbək hökmdarları arasında fasiləsiz və qanlı müharibələrə səbəb olan sünni-şiə ziddiyyətlərinin aradan qaldırılması istiqamətindəki çıxışlar edir.
Onun bu fəaliyyəti diqqətdən kənarda qalmır. Fərziyyəyə görə Şah Abbas Qəzvin şahsevənlərinin başçısı Maqsud bəyi öz yanına çağırtdırıb, bütün bunlara son qoymasını tapşırır: "Doğrudanmı elə bir adam yoxdur ki, bu sünni köpəyini gəbərdib, məni onun hədyanlarından qurtarsın?"
Elə həmin günün axşamı 1615-ci ilin 25 avqustunda Mir İmadının meyidini Qəzvin küçələrindən birində parçalanmış vəziyyətdə tapırlar.
Sənətkarın bədii yazı nümunələri dünyanın bir çox kitabxanalarında qorunur. Bunların bir qismi Sankt-Peterburqdadır və 1962-ci ildə nəşr olunmuşdur.
İstinadlar
- Mir Emad // Artnet. 1998.
- "Mir İmad Qəzvini". 2008-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-13.
Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.