Mirəli Axundov
Axundov Mirəli Abdulla oğlu — BDU-nun biologiya fakültəsinin ilk məzunlarından, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi.
Mirəli Axundov | |
---|---|
![]() | |
Doğum tarixi | 22 fevral 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 1992 |
Vəfat yeri | |
Uşaqları |
Fuad Axundov (alim) Ellada Axundova |
İş yeri | |
Mükafatları |
![]() |
Həyatı
Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi – üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir.
Kitabları
- "İnsan genetikasına səyahət" Bakı 1975
Ədəbiyyat
- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.131
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.