Mirəşelli

MirəşelliAzərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Mirəşelli kəndi Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əhmədağalı kəndi mərkəz olmaqla, Əhmədağalı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Mirəşelli
40°08′18″ şm. e. 47°02′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0218
Mirəşelli xəritədə
Mirəşelli
Mirəşelli

Tarixi

Birinci Qarabağ müharibəsindən sonra Ağdam rayonunun Mirəşelli kənd qəbristanlığına ziyarətə gedən kənd sakinləri Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olan Baş Qərvənd kəndi ərazisindən tez-tez avtomatlardan atəşə tutulurdular. Mirəşelli kəndinin qəbiristanlığı qoşunların təmas xəttinin 100–150 metrliyində yerləşirdi. Yerli sakinlər dəfn mərasimlərinə və ziyarətə getmək üçün səngərdən istifadə edirdilər.[3]

İqtisadiyyatı

Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə içməli su verilməsinə başlanılıb.[4]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.