Mir Şahin

Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu[1]) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı.

Mir Şahin
Mirşahin Dilavər oğlu Ağayev
Digər adları Mir Şahin, Mirşahin Ağayev
Doğum tarixi 12 noyabr 1963(1963-11-12) (60 yaş)
Doğum yeri
Həyat yoldaşı Səbinə Ağayeva
Uşaqları Təyyar Ağayev
Çingiz Ağayev
Aysan Ağayeva[2]
Sevin Ağayeva
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2023 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2020 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı  — 2019
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 2008

Həyatı

Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. VahidSeyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır.

1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.

2018-ci ildə "Real Təhlil və İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini yaradan Mir Şahin elə həmin ildən cəmiyyətin və onun nəzdində olan Real Televiziyasının rəhbəridir.

Ailə həyatı

Jurnalist Səbinə Ağayeva ilə evlidir, iki oğul və iki qız atasıdır.

Filmoqrafiya

Təltif və mükafatları

Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülən Mir Şahin Ağayev[3], Prezident İlham Əliyevin 22 iyul, 2020-ci il Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[4],11 noyabr 2023-cü il isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[5]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.