Miniatürləşdirmə

Miniatürləşdirmə (ing. miniaturization, ru. миниатюризация) - inteqral sxemlərin işlənib hazırlanmasında: yarımkeçirici mikroprosessorda tranzistorların və başqa elementlərin ölçülərinin kiçildilməsi və sıxlığın artırılması prosesi. Kiçik ölçülərin verdiyi faydadan savayı, elektron sxemlərin miniatürləşdirilməsi enerjiyə olan tələbatı, istilik ayrılmasını və sxemin bir elementindən növbətisinə siqnalın yazılmasında gecikməni azaldır. Çoxlu sayda sxem elementinin bir mikroprosessorda inteqrasiya kimi tanınan, qablaşdırılması elektron komponentlərin miniatürləşdirilməsinin önəmli amilidir.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.