Mineral göl
Mineral göl və ya duzlu göl, duz gölü — kəskin minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan (adətən 47 q/l, Xəzər gölü, Baskuncaq g, Elton g.) göl[1].
Ümumi məlumat
Mineral göllərin suları kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli olur. Mineral göllərdən xörək duzu, soda, mirabilit, yod, brom və s. istehsal edilir. Sulfat tipli mineral göllərində əmələ gələn hidrogen-sulfidli mineral palçıqlar müalicə vasitəsi kimi işlədilir.
İstinadlar
- Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
Xarici keçidlər
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.