Mina dağı
Mina dağı – Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Dini kitablarda bu dağın adına rast gəlinir. Bu kitablarda deyilir ki, İbrahim Peyğəmbər (ə.s) oğlu İsmaili Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib.
Mina dağı | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 544 m |
Yerləşməsi | |
21°24′48″ şm. e. 39°53′36″ ş. u. | |
Ölkə | |
|
|
![]() |
Həcc ziyarətinə gedən zəvvarlar zilhiccənin 10-12-də Minada qalırlar. Həcc ziyarətinin rükünlərindən olan böyük, orta və kiçik cəmərələrə daş atma, eləcə də qurban kəsmə əməllərini burada yerinə yetirirlər.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.