Mina

Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s.

Mina
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan ərazisində minalar

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur.

Zərərsizləşdirilməsi üsulları

Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər. Onlar otu yeyərkən minanı tapırlar və partlayırlar. Yerli hakimiyyət orqanları bu üsulun qəddar olduğunu etiraf edirlər. Bununla yanaşı, onlar qeyd edirlər ki, qoyunların minada partlaması insanların ölməsindən daha yaxşıdır[1].

İstinadlar

  1. "Fransada qoyunları partladırlar!". 2010-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.