Paxlakimilər

Paxlakimilər (lat. Fabaceae, Leguminosae) — paxlaçiçəklilər sırasına aid bitki fəsiləsi.[3]

Paxlakimilər
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Fəsilə:
Paxlakimilər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  500059
NCBI  3803
EOL  4277
FW  183021

Sinonimləri

  • Acaciaceae E.Mey.
  • Aspalathaceae Martinov
  • Astragalaceae Bercht. & J.Presl
  • Caesalpiniaceae R.Br., nom. cons.
  • Cassiaceae Vest
  • Ceratoniaceae Link
  • Detariaceae Hess
  • Hedysaraceae Bercht. & J.Presl
  • Inocarpaceae Zoll.
  • Leguminosae Juss., nom. cons.
  • Mimosaceae R.Br., nom. cons.
  • Papilionaceae Giseke, nom. cons.
  • Phaseolaceae Mart.
  • Swartziaceae Bartl.
  • Viciaceae Oken

Yarımfəsilələri

Araşdırmalar dünyanın ən faydalı qida məhsullarının qabıqlı meyvələr və paxlalı bitkilər olduğunu müəyyən edib.

Paxlalı bitkilər bunlardan noxud, lobya, mərci, soya daha çox istehsalat əhəmiyyətlidir. Paxlalı bitki toxumları xaricdən sərt örtüyə malikdirlər. Paxlalı bitkilərdə zülal 30% və daha çox (tərkibinə görə bu zülallar çox qiymətlidirlər. Çünki əvəzedilməz aminturşulara malikdirlər), karbohidratlar 60% qədər, yağlar 2% qədər, (soya dənlərində isə yağ 2%, karbohidratlar 30 %, zülallar 40%) təşkildir.

Əhəmiyyəti və mənfi xüsusiyyəti

Paxlalı bitkilər həm artıq çəkidən xilas olmağa, həm də xərçəng xəstəliyinə tutulmaq riskinin sıfıra endirilməsinə kömək edir. Paxlalı bitkilər lifli strukturlarına görə, toxluq hissi yaradır və artıq çəkidən xilas olmağa kömək edir.[4]

Paxlalı bitkilərin mənfi xüsusiyyətləri onların gec bişməsidir. (90-120 dəqiqə) bişmə müddətini azltmaq üçün bəzi dənlərin (noxud, mərci) toxum qatı təmizlənir, bu proses bişmə müddətini 2 dəfə azaldır. Buğda ümumi kimyəvi tərkibə və qida dəyəri aşağıdakı cədvəldə öz əksini tapmışdır. [5]

Dünya florasında paxlalı bitkilər - Fabaceae fəsiləsi 600-dən artıq cinsi, 12000-dən artıq növü əhatə edir. Bu növlər əsasən ot, ağac və kollardan ibarət olub, yer kürəsinin hər yerində yayılıb.

Fəsiləyə daxil olan növlərin içərisində qida, dərman əhəmiyyətli, boyaq, aşı, bəzək, nektar təbiətli faydalı bitkilərin geniş spektrinə rast gəlmək olar. Bu faydalı bitkilərdən biri də şirinbiyandır.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.