Milton Fridman
Milton Fridmen (ing. Milton Friedman; 31 iyul 1912[1][2][…], Bruklin, Nyu-York ştatı – 16 noyabr 2006[3][1][…], San-Fransisko, Kaliforniya[4][5][…]) — amerikalı iqtisadçı, monetarizm nəzəriyyəsinin yaradıcısı. 1976-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Milton Fridman | |
---|---|
ing. Milton Friedman | |
Doğum tarixi | 31 iyul 1912[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 2006[3][1][…] (94 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Elm sahələri | iqtisadiyyat, makroiqtisadiyyat |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Saymon Kuznes |
Tanınmış yetirmələri | Hari Bekker |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Milton Fridmen 31 iyul 1912-ci ildə Nyu Yorkda Avstriya-Macarıstan İmperiyasından yeni köçmüş bir yəhudi ailənin oğlu kimi anadan olub. Fridmen uşaq olarkən ailəsi Nyu Cersiyə köçdü. Fridmen burada 16 yaşında olarkən 1928-ci ildə məktəb-liseydən məzun oldu.
1932-ci ildə Ratqers Universitetinin riyaziyyat bölməsindən məzun olaraq diplom aldı. ABŞ-də baş verən iqtisadi böhran dövründə məzun olmuşdu. Fridmenin iqtisadi düşüncəsinin formalaşmasında ilk əvvəl bu böhran, sonra isə universitetdəki müəllimlər rol oynamışdı. Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr təhsili aldı və burada olan məşhur iqtisadçılardan, Ceykob Viner, Frenk Nayt və Henri Simonsdan təsirləndi. 1933-cü ildə Kolumbiya Universitetində iqtisadçı və statistik Herold Hotellinqin rəhbərliyində tədqiqatlar apardı. 1934-cü ildə yenidən Çikaqo Universitetinə qayıdaraq tələbin hesablanması ilə bağlı tədqiqatlar aparan Henri Şultsun köməkçisi kimi işlədi. Buna baxmayaraq böhran səbəbindən Fridmen iş tapa bilmədi. Sonra Franklin Delano Ruzveltin dövründə dövlət idarəsində iqtisadçı olaraq işlədi. 1941–1943-cü illərdə Federal hökumətin müharibə ilə bağlı vergiqoyma mövzularında tədqiqatlar apardı. Fasilə üsulu ilə gəlir vergisi yığılmasına böyük xidmətlər göstərdiyi vurğulanmaqdadır. 1945-ci ildə Kolumbiya Universitetində riyazi statistik kimi işlədi. Fridmen sonradan bu dövrdə qazandığı uğurları qəbul eləmədi.
Fridmen 1940-cı ildə hazırladığı "Sərbəst professional işdən gəlirlər" adlı əsərini (ing. İncomes from Independent Professional Practice) 1945-ci ildə təkmilləşdirərək doktorluq dərəcəsi almaq üçün Kolumbiya Universitetinə təqdim eləmiş və 1946-cı ildə doktorluq dərəcəsinə yüksəlmişdi.
1946-cı ildə Çikaqo Universitetində iqtisadiyyat nəzəriyyəsindən dərs demək üçün təyinat aldı və bundan sonra 30 il akademik karyerasını bu qurumda davam elətdirmişdi. Daha sonra seçkilərdə Lindon Consona məğlub olan Berri Qoldvoterin iqtisadi məsləhətçisi kimi işlədi.
1976-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatını aldıqdan sonra 1977-ci ildə 65 yaşında təqaüdə çıxdı. Həyat yoldaşı ilə San Fransiskoya köçdü və orada sağçı iqtisadi nəzəriyyələri təkmilləşdirmək üçün yaradılmış Huver İnstitutunda işləməyə başladı. 1977-ci ildə sağ yönümlü "Seçmək üçün azadlıq" (ing. Free to Choose Network) televizor proqramı şirkəti üçün hazırladığı 10 seriyalı proqram və bundan sonra çıxan kitabdan sonra məşhur oldu. Fridmenə Auqusto Pinoçetin rəhbərlik elədiyi Çilidə iqtisadi nəzəriyyələrini təcrübədən keçirmək fürsəti yarandı. Ancaq Çilinin faşist rejimində olduğunu heç vaxt qəbul etmədi. İqtisadi olaraq azad bir ölkədə digər azadlıqların da öz-özünə var olacağını bildirdi və beləcə Çilidə baş verən insan haqları pozuntusuna göz yummuş oldu. 1980-ci ildə Respublikaçılar partiyasının namizədi Ronald Reyqanın iqtisadi məsləhətçisi oldu. Ronald Reyqan prezident seçildikdən sonra isə Fridmen ABŞ Federal hökumətinin "İqtisadi Siyasət Məsləhətçisi" qurumundə baş iqtisadi məsləhətçi olaraq işlədi. 1980 və 1990-cı illərdə Fridmen yenə də televizor proqramları və məqalələrə davam etdi. SSRİ-nin çöküşünün ardından bazar iqtisadiyyatı fikirlərini geniş şəkildə təbliğ etdiyinə görə çoxlu tərif aldı. 2006-cı ildə 94 yaşında olarkən ürək tutmasından öldü.
İqtisadiyyata xidmətləri
Milton Fridmen monetarizm formalaşmasında önəmli iqtisadçılardan biridir. 1976-cı ildə "Pulun miqdar nəzəriyyəsi tədqiqatları" əsərində monetarizmin əsas prinsiplərini yazmışdır. ABŞ-dəki dövlət məktəblərində pulsuz günorta yeməyi verilməsi məsələsinə "Pulsuz günorta yeməyi məsələsi yoxdur" (ing. There is no such thing as a Free Lunch) şəklində cavab verməsi monetarist iqtisadçılar arasında mübahisə mövzusu olmuşdu.
Milton Fridmen ona İqtisadiyyat üzrə Nobel mükafatı verilərkən etdiyi çıxışda "İnflyasiya hər vaxt və hər yerdə monetar bir fakt olmuşdur" düşüncəsi ilə monetar genişlənmə və inflyasiya arasında sıx bağlılıq olduğunu vurğulamışdır.
Fridmen və digər monetaristlərdən Şvartz pul siyasətinin həm genişlənmələrdə, həm də daralmalarda həqiqətən də təsirli olduğunu sübuta yetirmişdilər.
Milton Fridmenin pul iqtisadiyyatı ilə bağlı apardığı tədqiqatları 1960 və 1970-ci illərdə inflyasiya təhlükəli həddə çatmağa başladıqda gedərək daha da önəmli və tətbiqi mümkün oldu. Fridmen belə hesab edirdi ki, bu böhranın əsas səbəbi iqtisadiyyatı güclü olan dövlətlərin Con Meynard Keynsin təkliflərindən təsirlənərək yürütdüyü iqtisadi siyasətdir. Yüksək səviyyəli məşğulluğu hədəfləyən bu siyasət iqtisadiyyatı öz yolundan çıxarmış və sabitliyi pozmuşdur.
1970 və 1980-ci illərin əvvəlində iqtisadi və siyasi sahədə öz düşüncələrini hakim mövqeyə çatdırmışdılar. Onların düşüncəsinə görə 1970-ci illərin problemi olan işsizlik və inflyasiyanın səbəbi təsadüfi tətbiq olunan pul siyasətləridir. İqtisadi qeyri-sabitliyin səbəbi isə pul miqdarındakı nizamsız dalğalanmalardır.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Milton Friedman // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Milton Friedman, economist, dies aged 94 (ing.). // Financial Times Nikkei Inc., 2006. ed. size: 111898 ISSN 0307-1766; 1476-8844
- https://archive.org/details/openmind_ep494.
- http://www.legacy.com/obituaries/sfgate/obituary.aspx?pid=173292483.
- NNDB (ing.). 2002.
- https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.