Miltiad (böyük)

Miltiad (q.yun. Μιλτιάδης; e. ə. VI əsr, Afinae. ə. VI əsr, Gelibolu yarımadası, Mərmərə regionu) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi.

böyük Miltiad
q.yun. Μιλτιάδης
e.ə. 559 e.ə. 515/514
Əvvəlkivəzifə təsis edilib
SonrakıStesaqor
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VI əsr
Doğum yeri
Vəfat tarixi e. ə. VI əsr
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Kipsel

Həyatı

Miltiad Afinada ən nüfuzlu sülalələrindən biri Filaidlər sülaləsindən idi. Onun atası Kipsel idi. E.ə. 559-cu ildə Afinada Pisistratın tiranlığı başlayanda, o, Frakiya Xersonesosun sakinlərinin çağırışına cavab verdi və şimaldan hücum edən düşmənə qarşı müharibədə müdafiə komandanlığını ələ aldı. Həmçinin, Miltiad onun rəhbərliyi altında yürüşdə iştirak etmək istəyən bütün kolonistləri dəvət etdi. Belə təhlükəli adamdan və Afinada olan digər narazı elementlərdən canının qutarmasına sevinən Pisistrat nə ona maneə törətmirdi, nə də Attika icması kimi bu tədbirdə heç iştirak etmədi. Miltadın vətənini tərk etdikdən sonra Xersonesosda tiranın tapşırığı ilə hərəkət etməsinə və ya onunla təmasda olmasına belə dair heç bir sübut yoxdur; onun niyyətində şəxsi müstəqil idarə heyətini yaratmaq var idi. Herodota görə, ölkəni idarə etməyi qəbul etdi və yerli qəbilə doloplar tərəfindən "tiran" edildi, buna sübut onların nəsli onu öz başçısı sayması idi. O, ona göstərilən etimadı doğrultdu. Kardiyadan Paktiyaya qədər bərzəx vasitəsilə divar ucaldaraq o, düşmənin növbəti hücumlarına sipər yaratdı. Yunanların yaşamadığı Paktiya və Miletlilər və Klazomenlilərin çoxdan yaşadığı Kardiya yeni kolonistləri əldə etdi; yarımadanın cənub-qərbində yerləşən Krifot və Elay qəsəbələrinin sakinlərini Miltiad eyni şəkildə məskun etdi. Orta hissədə sonradan Xersonesos şəhərinin təməlini qoydu.

Miltiaddan sonra tiran titulu yarımadaya köçəndə onunla birgə gələn Stesaqora keçdi. Stesaqor Miltiadın ögey qardaşı Kimonun oğlu idi. Stesaqordan sonra hakimiyyət Kimonun başqa oğlu, məşhur sərkərdə kiçik Miltiadın əlinə keçdi.

Ədəbiyyat

  • Hammond, N.G.L., Scullard, H.H. eds. Oxford Classical Dictionary, Second Edition (Oxford University Press 1970) (ISBN 0-19-869117-3)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.