Milorad Dodik
Milorad Dodik (bosn. Milorad Dodik; xorv. Milorad Dodik; serb. Милорад Додик; 12 mart 1959[2], Laktaşi[d], Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR) — Bosniya və Herseqovina rəyasət heyətinin hazırkı serb üzvü.
Milorad Dodik | |
---|---|
Bosniya və Herseqovinanın rəyasət heyətinin sədri | |
20 noyabr 2020 – 20 iyul 2021 | |
Əvvəlki | Şefik Cəfəroviç |
Sonrakı | Jelko Komşiç |
20 noyabr 2018 – 20 iyul 2019 | |
Əvvəlki | Bəkir İzzetbeqoviç |
Sonrakı | Jelko Komşiç |
Bosniya və Herseqovinanın rəyasət heyətinin serb üzvü | |
20 noyabr 2018 – h.h | |
Əvvəlki | Mladen İvaniç |
Serb Republikasının Prezidenti | |
15 noyabr 2010 – 19 noyabr 2018 | |
Əvvəlki | Rayko Kuzmanoviç |
Sonrakı | Jelka Sviyanoviç |
Serb Republikasının Baş naziri | |
28 fevral 2006 – 15 noyabr 2010 | |
Əvvəlki | Pero Bukeyloviç |
Sonrakı | Anton Kasipoviç |
19 yanvar 1998 – 12 yanvar 2001 | |
Əvvəlki | Qoyko Klikoviç |
Sonrakı | Mladen İvaniç |
Müstəqil Sosial Demokratlar İttifaqının Prezidenti | |
10 mart 1996 – h.h | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Banya Luka, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Bosniya və Herseqovina) |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Snejana Dodik |
Uşağı | 2 |
Dini | Serb Pravoslav Kilsəsi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dodik 1996-cı ildə yarandığı gündən bəri Müstəqil Sosial Demokratlar İttifaqının Prezidenti vəzifəsində çalışır və Bosniya və Herseqovinada serblərin çoxluq təşkil etdiyi ərazi olan Serb Respublikasında bir sıra siyasi vəzifələr tutur. Dodik 1998–2001-ci illərdə və 2006–2010-cu illərdə Serb Republikasının Baş naziri və 2010–2018-ci illərdə Serb Republikasının Prezidenti olub.
MSDİ-ın Prezidenti kimi Dodik öncə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Serb Demokrat Partiyasına mülayim və islahatçı alternativi olaraq qəbul edildi. Lakin, o vaxtdan bəri Dodik və MSDİ getdikcə daha çox millətçi və separatçı xətt tutaraq, Bosniya serblərinin öz müqəddəratını təyinetmə hüququndan istifadə etdilər. Onun hakimiyyətdəki dövrü avtoritarizm, Bosniya federal qurumlarının pozulması və Serbiya və Rusiya ilə daha yaxın əlaqələri ilə xarakterizə olunur.[3]
Həyatı
Dodik Banya Lukada anadan olub. Sonradan ibtidai məktəbi oxuduğu Laktaşiyə köçdü. Orada Yuqoslaviya həvəskar liqasının şəhər basketbol komandasında oynadı. 1978-ci ildə Banya Lukada kənd təsərrüfatı liseyini bitirdi, daha sonra Belqrad Universitetinin Siyasi Elmlər Fakültəsinə daxil oldu və 1983-cü ildə oradan məzun oldu.[4]
Milorad Snyejana Dodiklə evlidir və onların iki övladı var. Qardaşı oğlu bosniyalı iş adamı və futbol administratoru Viko Jelkoviçdir.[5]
21 dekabr 2020-ci ildə Dodik ikitərəfli sətəlcəm səbəbiylə xəstəxanaya müraciət etdi, öz açıqlamasına görə COVID-19 xəstəsi ilə təmasda olmadığını bildirdi. Bir gün sonra, 22 dekabr tarixində Bosniya və Herseqovinadakı pandemiya fonuna COVID-19 üçün müsbət test verdiyini təsdiqlədi, 28 dekabr tarixində Dodik sağaldı. 21 aprel 2021-ci ildə ilk dozada Sputnik V COVID-19 peyvəndini qəbul etdi.[6]
İlk siyasi fəaliyyəti
1986–1990-cı illərdə Dodik Laktaşi bələdiyyə məclisinin icra heyətinin sədri idi. 1990-cı ildə Bosniya və Herseqovinadakı ilk çox partiyalı seçkilərdə Yuqoslaviya Reform Qüvvələri Birliyinin namizədi olaraq Bosniya və Herseqovina Sosialist Respublikasının Məclisinə seçildi və liberal islahatçı Ante Markoviçin siyasi şagirdi oldu. Bosniya müharibəsi dövründə Dodik Serb Republikasının Milli Məclisində təmsilçi vəzifəsində çalışıb.[7]
O zaman, Serb Republikası Parlamentində müharibə vaxtı mütləq əksəriyyətə sahib olan Serb Demokrat Partiyasına yeganə siyasi müxalifət olan müstəqil parlament üzvləri qrupunu qurdu. Sədrlik etdiyi komitə Deyton sazişi nəticəsində sülh imzalanandan sonra 1996-cı ildə Müstəqil Sosial Demokratlar Partiyasının əsasını təşkil etməli idi. Dodik MSDİ-in ilk prezidenti seçildi. Partiya daha sonra digər sosial-demokratik partiya ilə birləşərək Dodikin Prezident olduğu Müstəqil Sosial Demokratlar İttifaqını yaratdı.
Serb Respublikasının Baş naziri kimi fəaliyyəti
İlk dövrü
Bilyana Plavşiçin Radovan Karaciç və digər Serb Demokrat Partiyası üzvləri ilə qarşıdurmalarından sonra yeni siyasi partiya olan Serb Milli İttifaqını qurdu. Serb Republikasında erkən seçkilər 1997-ci ildə keçirildi, bundan sonra Plavşiç və SMİ kiçik serb sosialist partiyaları ilə sıx əməkdaşlıq etdi. Partiyası Milli Məclisdə cəmi iki yerə sahib olmasına baxmayaraq, Dodik Serb Respublikası Baş nazirliyinə namizədlik irəli sürdü.[8]
İkinci dövrü
Monteneqronun müstəqilliyini əldə etdiyi 2006-cı il ümumi seçki kampaniyası zamanı Dodik, Serb Republikasının müstəqillik referendumu haqqını istisna etmədiyini söylədi. Seçkilərdə Dodikin MSDİ-ı 46.9%, SDP isə 19.5% səs qazandı. Beynəlxalq ictimaiyyət onu Serb Republikasının demokratik lideri kimi gördü. Dodik serb millətçilərini kənarlaşdırmaq istəyən qərb ölkələrindən dəstək aldı. Baş nazir olduqdan sonra qərb onu dəstəkləməyə davam etdi. Qərb ölkələri Dodikin Baş nazir olaraq qalacağı təqdirdə, Serb Republikasına qərbdən iqtisadi yardım alacağını vəd etdilər. Yüksək nümayəndə və qərb dövlətləri bununla 70 min Xorvat və Bosniya qaçqınının Serb Respublikasına qaytarılmasını reallaşdırmağı təmin etmək istədi.[9]
Söz verdiyi kimi, Dodik seçkiləri qazandıqdan sonra, Serb Respublikası Avropa Birliyindən maddi yardım aldı, bu pul dövlət qulluqçuları və polisi maaşlarına əlavə edildi. 2007-ci il fevral ayının ortalarında Dodik Amerika Birləşmiş Ştatlarına getdi və orada Madlen Olbrayt tərəfindən qəbul edildi. Onu "təmiz nəfəs" olaraq xarakterizə etdi və 3,6 milyon avro təcili yardım edəcəyinə söz verdi. Serb Republikası da həmin ay Böyük Britaniya hökumətindən yardım aldı. Böyük Britaniya Xarici İşlər Naziri Robin Kuk Serb Respublikası Milli Məclisi qarşısında Dodik hökumətinin "xalqın həyatını yaxşılaşdırmaq üçün ilk iki həftəsində sələfinin iki ildə etdiyi qədər çox şey etdiyini" söylədi.[10]
Daha sonra Dodik Bosniya və Herseqovinanın ən güclü serb siyasətçisi oldu və ardından qərb onu "həyasız millətçi, Bosniya və Herseqovinanın çoxmillətli barışı üçün ən böyük təhlükə" olaraq qiymətləndirdi. Baş nazir olduqdan sonra Dodik SDP-dan daha milliyətçi oldu. Serb Respublikasında polis islahatı zamanı Dodik özü üçün millətçi profil yaratmağı bacardı. Bu arada Haris Silayciç Bosniya və Herseqovina rəyasət heyətinin bosniyalı üzvü seçildi. Bosniya müharibəsi dövründə nazir olduğu və Aliya İzzetbeqoviçin yaxın adamı olduğu üçün Silayciç Serb Republikasını soyqırım təşkilatı olaraq tənqid etdi və onun ləğv edilməsinə çağırdı. Ardınca isə Silayciç Bosniya və Herseqovinanın daha da mərkəzləşdirilməsini müdafiə etdi.[11]
5 may 2008-ci il tarixində Dodik və Serbiya Prezidenti Boris Tadiç Belqradda Serb Parkının açılışını etdilər.[12]
1 iyun 2008-ci il tarixində Zaqrebə səfəri zamanı Dodik Fırtına Əməliyyatının serblərə qarşı həyata keçirilmiş etnik təmizləmə olduğunu bildirdi və bunu "İkinci Dünya Müharibəsindən sonra edilən ən böyük etnik təmizləmə" adlandırdı. Stepan Mesiç Dodiki Xorvatiyadakı narazı serbləri Serb Respublikasında yaşamağa təşviq etdiyinə görə tənqid etdi. Xorvatiya Helsinki Komitəsinin Prezidenti İvo Banats Xorvatiyanın özünü müdafiə etdiyini bildirdi və Dodikin şərhlərini təxribat olaraq tənqid etdi.[13]
12 dekabr 2008-ci ildə Dodik bildirdi ki, müsəlman hakimlərin Serb Republikasındakı işlərə rəhbərlik etməsinə icazə verilməməlidir. Dodik "Müsəlman hakimlərin bizi mühakimə etməsi və qanuni olaraq qurulmuş şikayətləri atması SR üçün qəbuledilməzdir. Biz onların yalnız müsəlman boşnak olduqları və SR-a qarşı mənfi yönləri olduqlarını düşünürük" açıqlamasını verdi. Dodikin şərhləri beynəlxalq qurumlar, ABŞ-nin Sarayevodakı səfirliyi və digər rəsmilər tərəfindən "son dərəcə şovinist" fikir olaraq qınandı.[14]
9 sentyabr 2009-cu ildə Dodik və Serbiya Prezidenti Boris Tadiç Pale şəhərində "Serbiya" adlı məktəbin açılışında iştirak etdilər. Bosniya və Herseqovinanın üçtərəfli sədrliyinin boşnak və xorvat üzvlərinə Tadiçin səfəri ilə bağlı heç bir məlumat verilməmişdir.[15]
27 oktyabr 2009-cu ildə Dodik hərbi cinayətlərdə günahkar bilinən Serb Respublikasının keçmiş Prezidenti Bilyana Plavşiçi götürmək üçün SR hökumət təyyarəsini göndərdi və İsveç həbsxanasından erkən sərbəst buraxıldıqdan sonra onu Belqradda qarşıladı. Dodik bunun onun mənəvi borcu olaraq izah etdi. Bosniya və Herseqovinanın üçtərəfli rəyasət heyətinin xorvat üzvü Jelko Komşiç etiraz olaraq İsveçə planlaşdırılan səfərini ləğv etdi.[16]
2009-cu ilin noyabr ayında Dodik Bosniya və Herseqovina Ali Məhkəməsində beynəlxalq prokurorlara Banya Lukada 110 milyon avro dəyərində dövlət binası kompleksinin maliyyələşdirilməsini və magistral yolun inşasını əks etdirən sənədləri təhvil verməkdən imtina etdi. Dodik məhkəmənin Serb Respublikası üzərində yurisdiksiyasının olmadığını ifadə edərək yüksək nümayəndə köməkçisi Raffi Qriqoryan və beynəlxalq prokurorlara qarşı iddia qaldırdı. Dodik Qriqoryanı Serb Respublikasına qarşı təxribat təşkil etməkdə günahlandırdı və serblərə qarşı qərəzin olduğunu açıqladı.[17]
10 noyabr 2009-cu ildə Dodik Bilyana Plavşiçə Senatda ofis verməyi ciddi şəkildə düşündüyünü açıqladı. O, Plavşiçi və digər keçmiş prezidentləri mükafatlandıracaq olan Respublika Prezidenti haqqında qanunu, ofis, pul təzminatı, məsləhətçi, katib, sürücüsü olan xidməti avtomobil ilə təmin etmək istədiyini planlaşdırdığını açıqladı. Bu fikir Serb Demokrat Partiyasının lideri Mladen Bosiçin Dodiki tənqid etməsi ilə nəticələndi.[18]
19 yanvar 2010-cu ildə vəzifəsindən gedən Xorvatiya Prezidenti Stepan Mesiç Dodikin Serb Respublikasına istiqlal üçün referendum təyin edəcəyi təqdirdə Xorvatiya hərbçilərinin müdaxiləsi ilə qarşılaşacağını bildirdi.[19]
Serb Respublikasınin Prezidenti fəaliyyəti
2010-cu ilin oktyabrında Dodik SR prezident seçkilərində ilk turdaca gəldi və beləliklə Respublikanın 8-ci Prezidenti oldu.
30 noyabr 2010-cu ildə sızan Amerika Birləşmiş Ştatları diplomatik mesajları Dodikin Kosovanın müstəqilliyi üçün Ahtisaari planını dəstəklədiyini aşkar etdi. Sənəd ABŞ Dövlət Departamentinin rəsmisi Deniyel Frid tərəfindən 2007-ci ilin may ayında göndərildi və ardından Dodik "Kosovanın müstəqilliyinin tanınması BMT Təhlükəsizlik Şurasının qərarından sonra baş verə biləcəyini" söylədi. Dodik fikirləri rədd etdi və Daniyel Fridı "yalançı və problem yaradan" adlandırdı.[20]
2011-ci ilin may ayında Dodik iyun ayında keçirilməli olan və hərbi cinayətlər məhkəməsi də daxil olmaqla Bosniya dövlət qurumlarının rədd edilməsini əks etdirən referendum keçirməyi planlaşdırırdı. Bosniya və Herseqovinanın yüksək nümayəndəsi Valentin İntsko referendumun Deyton sazişini potensial olaraq poza biləcəyinə dair xəbərdarlıq etdi. Təklif olunan referenduma münasibətdə gərginlik artdıqdan qısa müddət sonra AB-in Xarici İşlər və Təhlükəsizlik Siyasəti Birliyinin yüksək nümayəndəsi Ketrin Eştonun Banya Lukaya etdiyi rəsmi müraciətdən sonra Serb Respublikası referendumu ləğv etmək qərarına gəldi.[21]
25 oktyabr 2011-ci ildə Dodik Kolumbiya Universitetində "Amerikanın Xarici Siyasətdə Uğur Hekayəsi: Dayton Sazişi, Serb Respublikası və Bosniyanın Avropaya İnteqrasiyası" mövzusunda çıxış etdi. Tədbir Şimali Amerika Bosniya Konqresi, Bosniya və Herseqovina Məsləhət Şurası, Kanada Soyqırım Araşdırma İnstitutu, Bosniya Amerikan Soyqırım İnstitutu və Təhsil Mərkəzi və Beynəlxalq Keçid Ədalət Mərkəzi daxil olmaqla çoxsaylı təşkilatlar tərəfindən etirazla qarşılandı. Çıxış getdiyi zaman etirazlar da yüksəlməyə başladı.[22]
2012-ci ilin oktyabrında Dodik Bosniya və Herseqovinanın vahid silahlı qüvvələrinin ləğv edilməsini təklif etdi. 3 noyabr 2012-ci il tarixində Dodik Serb Respublikası hökumətinin Serb Pravoslav Patriarxı İrineyin Belqraddakı köhnə iqamətgahının təmirinə görə açıqlanmayan məbləğdə yardım edəcəyini bildirdi. İriney "bu, Serbiya xalqı və serb kilsəsinin sərhədlərimizdən kənar birliyini praktik olaraq göstərmək üçün əla bir fürsətdir" şərhini verdi. Serb bloqqerlər bu addımı "ciddi iqtisadi böhran və çətinliklər dövründə həm fikir ayrılığını" olaraq gördülər.[23]
13 noyabr 2012-ci ildə yüksək bümayəndə Valentin İntsko BMT Təhlükəsizlik Şurasına verdiyi hesabatda Dodiki "dövlətin dağılmasına çalışan" adlandırdı. Daha sonra, o, hesabatına "Bosniya və Herseqovina Silahlı Qüvvələrinin dağılmasına bir tərəfli məcbur edəcək şərtlər yaratmağa çalışan Serb Republikası Milli Məclisidir" ifadəsini də əlavə etdi. Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Vitali Çurkin Dodiki müdafiə etdi və gərginlikdə bosniyalıları günahlandırdı.[24]
2012-ci ilin noyabr ayında Almaniyanın dövlət ittihamı Dodik və oğlunu "Hypo Alpe Adria Bank"-la əlaqəli korrupsiya işinə cəlb etdi. İstintaq "sənədlərin, maliyyə və iş hesabatlarının saxtalaşdırılması və saxtakarlıq daxil olmaqla bir neçə cinayət əməli" ilə əlaqədar idi. Bosniya və Herseqovinanın məhkəmə sistemi şikayət verildikdən sonra işi araşdırdı, lakin siyasi təzyiqlərdən qısa müddət sonra iş ləğv edildi. Xorvat jurnalist Domaqoy Marqetiçin dediyinə görə, Dodik ona "Hypo Group Alpe Adria Bank"-la əlaqəli məqaləsini yaymaması müqabilində rüşvət təklifi etmişdi. 26 noyabr 2012-ci il tarixində Bosniya və Herseqovinanın yüksək nümayəndəsi Valentin İntsko Serb Respublikasının Prezidenti Milorad Dodik və ailəsinə qarşı Almaniyada və Avstriyada istintaqım olmadığını təsdiqlədi.[25]
1 yanvar 2017-ci il tarixində ABŞ Xəzinədarlıq İdarəsinin Xarici Səhmlərə Nəzarət Ofisi 13304 saylı İcraedici Sərəncamına əsasən Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinə qarşı çıxdığına görə Dodikə qarşı sanksiyalar tətbiq etdi. XSNO direktoru vəzifəsini icra edən Con Smit "Deyton sazişinə maneə törətməklə Milorad Dodik Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyü üçün əhəmiyyətli bir təhlükə yaradır" fikrini bildirərək Dodikə qarşı olan sanksiyaları dəstəklədi.
Bosniya və Herseqovina rəyasət heyətinin serb üzvü fəaliyyəti
7 oktyabr 2018-ci il tarixində keçirilmiş 2018-ci il ümumi seçkilərində Dodik Bosniya və Herseqovina rəyasət heyətinin serb üzvü Mladen İvaniçin qovulmasından sonra serbləri təmsil prezident seçildi. Prezidentliyinin ilk ayında Dodik yalnız Bosniya və Herseqovinanın quruluşlarından biri olan Serb Respublikası bayrağı altında ölkənin boşnak lideri Şefik Cəfəroviç ilə görüşəcəyini bildirdi, edilən təsirlərdən sonra o, ölkənin vahid bayrağı altında boşnak liderlə görüşə razılıq verdi.[26]
28 yanvar 2021-ci ildə Bosniya seçki komissiyası Dodiki Bosniya və Herseqovina Prokurorluğuna millətlər arasında nifrət yaydığı üçün çağırıldı. Seçki komissiyası üzvü Vanya Byelitsa-Prutinanın Dodiki partiyasının qalib gəldiyi Doboy və Srebrenitsa şəhərlərində 2020 seçki pozuntuları səbəbindən keçirilmiş bələdiyyə seçkilərinin təkrar edilməsinə qərar verdiyi üçün şifahi şəkildə tənbeh etdi.[27]
2 mart 2021-ci ildə Serbiya Prezidenti Aleksandr Vuçiç Sarayevoya gələrək Dodik və digər rəyasət heyəti üzvləri Cəfəroviç və Komşiç ilə görüşdü, ardınca COVID-19 pandemiyası üçün 10.000 doza AstraZeneca COVID-19 peyvəndini Serbiya dövləti adından Bosniya və Herseqovinaya hədiyyə etdi. Üç gün sonra, 5 martda Sloveniya Prezidenti Borut Pahor da Sarayevoya gələrək Dodik, Cəfəroviç ve Komşiç ilə görüşdü, o da öz növbəsində Sloveniya dövləti adından pandemiya ilə mübarizədə 4.800 AstraZeneca COVID-19 vaksini Bosniya və Herseqovinaya bağışladı.[28]
Xarici siyasəti
16 mart 2021-ci ildə Dodik, Cəfəroviç və Komşiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə dövlət səfərinə getdilər. Ərdoğan Bosniya və Herseqovinaya COVID-19 pandemiyası ilə mübarizədə 30.000 COVID-19 vaksini bağışladı. Görüşdə Bosniya və Herseqovina ilə Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan Serbiyanın paytaxtı Belqrada gedən avtomobil yolunun inşasına işarə edən infrastruktur və inşaat layihələrində əməkdaşlıq müqaviləsi imzalamaq barədə razılığa gəldilər. Müqaviləni Rabitə və Nəqliyyat Naziri Voyin Mitroviç təsdiq etdi.[29]
Siyasi baxışları
Tuzla və Markale ilə bağlı fikirləri
2009-cu ildə Dodik Tuzla qətliamının yalan olduğunu, Sarayevodakı Markale qətliamının isə sübuta əsassız ittiham olduğunu söylədi. Tuzla bələdiyyəsi bu ifadələrə görə Dodikə qarşı ittiham irəli sürdü. Sarayevo şəhəri, Dodikə səlahiyyətlərindən sui-istifadə və etnik, irqi və dini ədavəti təhrik etmək ittihamı ilə cinayət işi qaldırdı.[30]
Yüksək Nümayəndəlik Ofisi Dodikin törədilən müharibə cinayətlərini rədd etdiyini və "bu cür saxta faktların yüksək vəzifəli məmur tərəfindən söyləndiyi zaman, onun Deyton sülh sazişini qəti şəkildə pozduğunu, eyni zamanda Haaqa məhkəməsi ilə əməkdaşlığını şübhə altına aldığını" deyərək, işində məsuliyyətsizlik və yalançılıq nümayiş etdirərək, ona qarşı olan etimadı doğrultmadığını bildirdi.[31]
Soyqırım və Srebrenitsa qətliamını inkar etməsi
Dodik Srebrenitsa qətliamını "uydurma mif" olaraq xarakterizə etdi.[32]
O, 2010-cu ilin aprelində Belqrad qəzeti "Veçernye novosti"-ə verdiyi müsahibəsində "bu hadisəni soyqırım kimi qəbul etməyi qəbul edə bilməyəcəyik və qəbul etməyəcəyik" şərhini verdi və qətlin miqyasını etiraf edən 2004-cü il serb hesabatından imtina etdi. Əsassız olaraq, qurban sayının hesabatda qəbul edilmiş 7.000 deyil, 3.500 olduğunu iddia edərək, siyahıda olan 500 qurbanın sağ olduğunu və Potoçaridəki Srebrenitsa Soyqırımı Memorialında dəfn olunan 250 nəfərdən çox insanın fərqli yerlərdə vəfat etdiyini açıqladı. Elə həmin ay, 10 aprel 2010-cu ildə Dodik 2004-cü il hesabatında ölü sayının şişirdildiyini və hesabatın keçmiş sülh elçisi tərəfindən idarə olunduğunu deyərək yenidən nəzərdən keçirilməli olduğunu açıqladı. Yüksək Nümayəndə Aparatı cavabında bildirdi: "Serb Republikası hökuməti sağ qalanlara mənəvi sıxıntı vermək, boşnak və xorvatlara etdiyi işgəncəni və ictimai imicini alçaltmaqdansa, prosesə yenidən baxmalı və özünü faktlarla təsdiq etmiş soyqırımı tanımalıdır" şərhini verdi.[33]
12 iyul 2010-cu ildə Srebrenitsa qırğınının 15-ci ildönümündə Dodik ərazidə baş verən qətliamı qəbul etdiyini, lakin Srebrenitsada yaşananları KYBCM və Beynəlxalq Məhkəmənin nəticələrindən aslı olmayaraq, soyqırımı qəbul etmədiyini bildirdi. Ədalət Məhkəməsi "soyqırım baş verərsə, bu bölgədəki qadınların, uşaqların və yaşlıların kütləvi şəkildə öldürüldüyü serb xalqına qarşı törədilərdi" şərhini ifadə edərək, Bosniyanın şərqinə işarə etdi. 2010-cu ilin dekabrında Dodik Srebrenitsa qətliamını soyqırım adlandırdığı üçün 55 ölkənin beynəlxalq birlik olan Sülh İcra Şurasını qınadı.[34]
Qətliamı inkar edən digər ölkələr bir sıra qurum tərəfindən dəstəklənən müxtəlif iddialardan istifadə etdi, məsələn, 1993 Kravitsa hücumu və serblərə qarşı irəli sürülən digər müsəlman boşnak cinayətləri üçün intiqam alması və s.[35]
2017-ci ildə Dodik Srebrenitsa soyqırımı və Sarayevo mühasirəsinin Serb Respublikası məktəblərində tədris edilməsini qadağan edən qanunvericilik təqdim edərək dedi: "Serblərin soyqırımı törətməsi və Sarayevonu mühasirədə saxladığını söyləyən dərsliklərdən burada istifadə etmək mümkün deyil".[36]
14 avqust 2018-ci ildə Milorad Dodikin 2010-cu il cəhdindən sonra yenidən başlatdığı 2004-cü il Serb Respublikası hesabatını rədd etdi, Srebrenitsa hadisələri və 1995-ci ildə Sarayevonun mühasirəyə alındığınını araşdırmaq üçün yeni bir komissiyanın işə baxmasını təklif etdi. Bu addım dərhal beynəlxalq ictimaiyyət tərəfindən tənqid edildi. Humanitar Hüquq Mərkəzi 31 yüksək səviyyəli şəxsin imzası ilə bunu "Serb Respublikasında Dodik hökuməti tərəfindən on ildən artıq soyqırım inkarının və tarixi revizionizmin zirvəsi" olaraq xarakterizə etdi. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti bu hərəkəti tənqid etdiklərini yaydığı bildirişlə təsdiq etdi və bunu "Srebrenitsa haqqında hesabatı rədd etmək və ya dəyişdirmək cəhdləri keçmiş müharibə həqiqətlərini yenidən nəzərdən keçirmək, tarixi inkar etmək və faciəni siyasiləşdirmək üçün daha geniş səylərin bir hissəsi" kimi təsvir etdi.[37]
Radovan Karaciç
2016-cı ilin mart ayında müharibə dövründə serb lideri olmuş Radovan Karaciçin adına tələbə yataqxanasının açılışında iştirak etdi. Hadisə Karaciçin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı tərəfindən hərbi cinayətlərə görə məhkum edilməsindən cəmi bir neçə gün öncə baş verdi.[38]
2020-ci ilin dekabrında Dodik Karaciçin qızı Sonya Karaciç-Yoviçeviç və yüksək nümayəndə Valentin İntskonun tələbi ilə yataqxananı onun şərəfinə adlandırmaqdan imtina etdi.[39]
Nişanları
İstinadlar
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Milorad Dodik // Munzinger Personen (alm.).
- "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2012-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2012-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2012-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2012-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2012-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2011-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2011-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2011-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2013-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2013-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2021-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2021-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2021-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2011-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2015-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2009-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2021-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2021-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
- "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.