Milli intranet

Milli intranet — öz sakinlərinin kommunikasiyalarına nəzarət etmək və monitorinq etmək, habelə onların xarici mediaya çıxışını məhdudlaşdırmaq məqsədi ilə qlobal internetin milli əvəzedicisi kimi bir milli dövlət tərəfindən saxlanılan internet protokolu əsaslı qapalı platforma şəbəkəsi.[1] İslam ölkələrində halal internet termini işlənir.

Bu cür şəbəkələr əsasən dövlət tərəfindən idarə olunan mediaya və xarici internet xidmətlərinin milli alternativlərinə çıxışla təmin edilir: axtarış sistemləri, veb-əsaslı e-poçt və s.[2]

Ölkələr üzrə

Myanma

Myanma 2011-ci ildən əvvəl "Myanmar Wide Web" adlı daxili istifadə üçün ayrıca intranetə malik idi.[3]

Kuba

Kubanın milli internet adlı dövlət tərəfindən idarə olunan öz intraneti var.[4][5][6][7]

Rusiya

Rusiya 2020-ci ildə "RuNet" kimi tanınan daxili interneti sınaqdan keçirmişdir.[8]

İran

İranın Milli İnformasiya Şəbəkəsi Çinin Böyük Od Divarı kimi işləyir.[9][10][11] 2011-ci ilin aprelində yüksək səviyyəli İran rəsmisi Əli Ağa-Məhəmmədi hökumətin islam dəyərlərinə uyğun gələn və müvafiq xidmətlər göstərən öz "halal internet"ini işə salmağı planlaşdırdığını elan etmişdir.[12] Şimali Koreya nümunəsinə bənzər belə bir şəbəkənin yaradılması İrandan kənarda istənməyən məlumatların qapalı sistemə daxil olmasının qarşısını almaq imkanına malikdir.[13] İranın divarlı bağının öz lokallaşdırılmış e-poçt xidmətinin və axtarış sisteminin olması planlaşdırılır.[14]

Həmçinin bax

İstinadlar

  1. "The Great Firewall of China". Bloomberg.com (ingilis). 2018-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  2. "Putin brings China's Great Firewall to Russia in cybersecurity pact". the Guardian (ingilis). 2016-11-29. 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  3. Deibert, Ronald; Palfrey, John; Rohozinski, Rafal; Zittrain, Jonathan. Access Denied: The Practice and Policy of Global Internet Filtering (ingilis). MIT Press. 2008-01-25. ISBN 978-0-262-29072-2. 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-01.
  4. Scola, Nancy. "Wait, Cuba has its own Internet?". Washington Post (ingilis). ISSN 0190-8286. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  5. "Cuba - The World Factbook". www.cia.gov. 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  6. "More Cubans have local intranet, mobile phones". Reuters. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  7. Harrison Jacobs. "Is there internet in Cuba?". Business Insider (ingilis). Sep 6, 2018. 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  8. "Russia Takes a Big Step Toward Internet Isolation". Wired (ingilis). ISSN 1059-1028. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-20.
  9. "Iran To Work With China To Create National Internet System". www.rferl.org. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  10. Refugees, United Nations High Commissioner for. "Refworld | Freedom on the Net 2018 - Iran". Refworld (ingilis). 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  11. "What You Need to Know about Internet Censorship in Iran". Centre for International Governance Innovation (ingilis). 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  12. "Iran clamps down on Internet use" Arxivləşdirilib 2017-10-28 at the Wayback Machine, Saeed Kamali Dehghan, The Guardian, 5 January 2012
  13. Christopher Rhoads and Farnaz Fassihi. "Iran Vows to Unplug Internet". Wall Street Journal. May 28, 2011. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-24.
  14. Ryan Paul. "Iran moving ahead with plans for national intranet". Ars Technica. April 10, 2012. 2012-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.