Milli bomba (film, 2004)

Milli bomba — Rejissor Vaqif Mustafayevin filmi.[1]

Milli bomba
Janr Faciəvi komediya
Rejissor Vaqif Mustafayev
Ssenari müəllifləri Elçin, Vaqif Mustafayev
Baş rollarda Avtandil Maxaradze-Montajçı
Lətifə Əliyeva
Arzu Hüseynov-Montajçının oğlu
Yaşar Nuri-Prodüser
Nuriyyə Əhmədova-Montajçının arvadı
Operatorlar Lomer Axvlediani, Cimşer Kristesaşvili
Bəstəkar Giya Kançeli
İstehsalçılar "Azərbaycanfilm" Kinostudiyası
Skip-Media (Rusiya)
İlk baxış tarixi 21 iyun 2004, Moskva (Rusiya)(Moskva Beynəlxalq Kinofestivalı)
10 fevral 2007, Bakı, Azərbaycan Kinoteatrı
Filmin növü tammetrajlı bədii film
Müddət 104 dəqiqə
Büdcə 300 min $
Ölkələr Azərbaycan Azərbaycan
Rusiya Rusiya
Dil Rus dili
İl 2004
Texniki məlumatlar 11 hissə
35 mm
Rəng rəngli (ağ-qara kadrlarla)
Çəkiliş yeri Bakı
IMDb ID0418001

Məzmun

Film kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı(Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad olunur. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satmağa məcbur olur. Lakin evi satın alan bildirir ki, o pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək...

Film haqqında

  • Azərbaycan filmə 300 min dollar ayırmışdır.
  • Valeri Kiçin (Rossiyskaya qazeta) "Qafqaz aksentli rus izi – "bomba" partladılana qədər müsabiqə sakit və sönük keçirdi" sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirib. Onun fikrincə, Vaqif Mustafayevin müştərək Azərbaycan-Rusiya məhsulu olan "Milli Bomba"sı artıq göstərilmiş filmlər arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir". V.Kiçin filmi təhlil edərək yazır ki, "ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi". Məqalədə deyilir: ""Milli Bomba" xalqların keçmiş "qardaşcasına dostluğuna" yasin oxumaqdır: burada sovet psixologiyasının "əlacsız izi" var və şanlı Bakı sakinləri ilə yanaşı, gürcülər, qazaxlar, taciklər, yəhudilər də görünür. Burada zurna-qaval çalır, buynuzdan şərab və stəkandan acqarına araq içirlər. Filmdə vaxtilə sahmanlanmış məişətin hənirtisi nəzərə çarpır. İndi onları yenidən heç cürə birləşdirə bilmirlər".
  • Filmin yaradılması ideyası 1991-ci ildə insanların adət etdikləri ənənəvi həyat tərzinin axarının pozulduğu və insanları yeni həyatla ayaqlaşa bilmədikləri bir dövrdə meydana gəlib.
  • Film Elçinin "Mənim ərim dəlidir" pyesinin motivləri əsasında çəkilib.
  • Məşhur rus aktyoru Leonid Kuravlyovun filmdə rol aldığı səhnələr montaj zamanı kəsilmiş və filmin son versiyasına daxil olmamışdır.

Festivallar və mükafatlar

1)2004-cü ildə Smolenskdə(Rusiya) MDB və Baltikyanı Ölkələrin Beynəlxalq "Yeni Kino – XXI Əsr" Kinofestivalı
  • Film baş Mükafat–Qran Pri almışdır.
  • Ən yaxşı kişi roluna görə aktyor Avtandil Maxaradzeyə Mükafat verilmişdir.
  • Bəstəkar Giya Kançeliyə xüsusi Mükafat verilmişdir.
2)Novqorodda(Rusiya) "Gülümsə, Rusiya" Komediya Filmləri Festivalı
  • Filmə baş Mükafat verilmişdir.
3)2007-ci ildə Varnada(Bolqarıstan) XV Beynəlxalq "Məhəbbət Dəlilikdir" kinofestivalı
  • Filmə "Acı Piyalə" Mükafatı verilmişdir.

Namizəd

1)2004-cü ildə Moskva(Rusiya) Beynəlxalq Kinofestivalı
  • Film "Qızıl Müqəddəs Georgi" Mükafatına namizəd olmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər

Quruluşçu rejissor : Vaqif Mustafayev[2]
Ssenari müəllifləri : Elçin, Vaqif Mustafayev
Quruluşçu operatorlar : Lomer Axvlediani, Cimşer Kristesaşvili
Quruluşçu rəssam : Ağarəhim Əliyev
Bəstəkar : Giya Kançeli
Prodüser : Valeri Ruzin
Montaj edənlər : Lyubov Xvostova, Nisə Hacıyeva
Səs rejissoru: İqor Muqanov
Səs operatoru Vidadi Samanduyev

Rollarda

Avtandil Maxaradze - montajçı
Yaşar Nuri - prodüser Əbdülqəni
Nuriyyə Əhmədova - montajçının arvadı
Əjdər Həmidov - Məmməd
Arzu Hüseynov - montajçının oğlu
Mənsur Məmmədov - Əbdülqəninin atası
Gülşad Baxşıyeva - Əbdülqəninin arvadı
Səidə Quliyeva - Əbdülqəninin qızı
Murad Dadaşov - montajçı (gənc)
Aysu Əfəndiyeva - montajçının arvadı (gənc)
Şəfiqə Qasımova - katibə
Bəhram Bağırzadə - radio aparıcısı
Arif Qasımov - televiziya işçisi
Arif Kərimov - televiziya işçisi
Yana Nikitina - televiziya işçisi
Kazım Abdullayev - referat
Mir Teymur Məmmədov - qonşu
Rafiq Əliyev - həkim
Atəş Davudov - heykəltaraş
Tamara Hüseynova - montajçının anası
Mirzə Babayev - montajçının atalığı
Əli Məmmədov - montajçı uşaqlıqda
Dünyamin Hüseynov - kinostudiyanın direktoru
Valeh Kərimov - Məmmədin atası
Fatma Mahmudova - Məmmədin anası
Həsən Məmmədov - epizod
Adil Əliyev - epizod
Yuri Rıjkov - epizod

İstinadlar

  1. Mirzə, H. Öz başımıza salınmalı "Milli bomba": Kinorejissor Vaqif Mustafayev doğru düşündü, əla çəkdi //Olaylar.- 2011.- 4 may.- S. 10.
  2. Ayxan. MDB-nin ilk kino festivalı: Tiflisdə keçirilən festivalda Azərbaycanı "Milli bomba" təmsil edib: [Kinorejissor Vaqif Mustafayevin eyni adlı filmi haqqında] //Ekspress.- 2010.- 3 noyabr.- S. 14.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.