Milli Arxiv və Sənədlər İdarəsi (ABŞ)

Milli Arxiv və Sənədlər İdarəsi (ing. National Archives and Records Administration (NARA)) və ya sadəcə ABŞ Milli arxiviAmerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir. 1984-cü ildə yaradılmışdır. Milli Arxiv Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət Bəyannaməsi, ABŞ Konstitusiyası, Hüquqlar haqqında Bill kimi fundamental tarixi sənədlərin orijinallarının saxlanmasına, ABŞ hökumətinin fəaliyyətinin sənədləşdirilməsinə, həmin sənədlərə ictimaiyyətin çıxışının sərhədlərinin genişləndirilməsinə cavabdehdir. NARA rəsmi olaraq ABŞ Konqresi Aktlarının, Prezident müraciətlərinin və icra sərəncamlarının və federal qaydaların hüquqi cəhətdən dəqiq və nüfuzlu nüsxələrinin saxlanması və dərc edilməsi üçün məsuliyyət daşıyır. NARA-nın Baş Administratoru Amerika Birləşmiş Ştatlarının arxivariusudur və o, ABŞ Konstitusiyasına düzəlişlərin ştatların qanunvericilik orqanları tərəfindən qəbul edilməsinə dair rəsmi sənədləşməyə nəzarət edir.

Milli Arxiv və Sənədlər İdarəsi
NARA[1][2][…]
National Archives and Records Administration
Loqonun şəkli
Yaranma tarixi 19 iyun 1934
Mərkəzi
Qurucusu
archives.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. National Archives and Records Administration // USA.gov.
  2. Society of American Archivists National Archives and Records Administration // Dictionary of Archives Terminology. 2020.
  3. Research Organisation Registry. 2019.
  4. GeoNames (ing.). 2005.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.