Mili Balakirev

Mili Alekseyeviç Balakirev (21 dekabr 1836 (2 yanvar 1837)[1][2], Nijni Novqorod, Rusiya imperiyası[1][3][…]16 (29) may 1910[4], Sankt-Peterburq, Rusiya imperiyası[5]) — rus bəstəkarı.

Mili Balakirev
rus. Милий Алексеевич Балакирев
Ümumi məlumatlar
Doğum tarixi 21 dekabr 1836 (2 yanvar 1837)[1][2]
Doğum yeri
Vəfat tarixi 16 (29) may 1910[4] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, pedaqoq, musiqişünas, pianoçu, musiqi pedaqoqu[d]
Janr simfoniya
Musiqi aləti piano
Üzvlüyü
Mükafatları 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Balakirev "Qüdrətli dəstə"nin başçısı və rus Pulsuz məktəbinin banisidir. Bəstəkarın parlaq və özünəməxsus istedadı musiqidə yeni janrlar açmağa imkan vermişdir. Öz dövrünün ən gözəl pianoçularından biri və istedadlı dirijor olaraq o, öz həyatını musiqi incəsənətinin təbliğatına həsr etmişdir.

Balakirev öz fəaliyyətində Qlinka və Darqomıjskinin yaradıcılığı ilə ilhamlanmışdır. Belinski, Gertsen və Çernişevski kimi ədəbiyyatçıların incəsənətə baxışları da bəstəkara böyük təsir göstərmişdir. Bəstəkarın dostu tənqidçi Stasov isə onun üçün mənəvi dayaq olmuşdur.

Balakirev "Qüdrətli dəstə" bəstəkarları ilə yaşıd olmağına baxmayaraq , onların tərbiyəçisi və rəhbəri olmuşdur (Boradin və Kui hətta ondan yaşlı idilər). Sonradan dəstənin üzvləri Boradin, Musorqski və Rimski-Korsakov incəsənətdə öz xüsusi, təkrarolunmaz yolu tapıb keçmiş müəllimini yaradıcılıq cəhətdən ötdülər. Lakin Balakirevin nüfuzu onların arasında həmişə yüksək idi. Məhz Balakirevin bədii dünyagörüşünün, musiqi zövqünün və yaradıcılıq prinsipinin böyük təsirləri altında 60-cı illərdə "Qüdrətli dəstə" bəstəkarlarını birləşdirən bədii istiqamətin bünövrəsi qoyulmuşdur. Balakirev digər musiqiçilər üçün xalq mahnılarının tədqiqatı və toplanmasında0020örnək olmuşdur. O, ilk xüsusi folklor ekspedisiyasını təşkil etmişdir. Bununla yanaşı Balakirev xalq mahnı işlənməsinin yeni tipini yaratmışdır. Həmin işlənmələrdə bəstəkar kənd mahnısının diatonikasını müasir romantik harmoniya ilə uyğunlaşdırmışdır. Rus xalq mahnıları ilə yanaşı Balakirev Qafqaz mahnılarının toplanması ilə də məşğul olmuşdur. Bu isə "Qüdrətli dəstə" bəstəkarlarının yaradıcılıq üslubunun formalaşmasına xüsusi təsir göstərmişdir.

Balakirev irsinin çox mühüm hissəsini simfonik əsərlər təşkil edir. Xalq mahnılarını inkişaf etdirərək o, Qlinkadan başlanan xalq-janr simfonizminin xəttini davam etdirmişdir. Bununla yanaşı Balakirev rus simfonik musiqisinin digər qolunun banisi olmuşdur. O, rus bəstəkarları arasında ilk dəfə olaraq proqramlı əsərlər yazmağa başlamışdır.

Balakirevin romanslarında və əksər hallarda fortepiano əsərləri də böyük bədii dəyərlərə malikdir. Bəstəkarın ictimai–musiqi və yaradıcılıq fəaliyyətinin əhəmiyyəti çox böyük idi. Pulsuz musiqi məktəbi çoxlu istedadlı musiqiçilər hazırlamışdır. İki mövsüm (1867–69-cu illərdə) Balakirev Rus Musiqi Cəmiyyətinin simfonik konsertlərinə rəhbərlik etmişdir.

Lakin bu musiqiçinin son taleyi faciəli olmuşdur. Dövlət dairələri bəstəkarın fəaliyyətindən narazı qalaraq, onu daim təqib edirdilər. Apardığı mübarizə və daimi maddi ehtiyac üzündən taqətdən düşmüş Balakirev tezliklə musiqiçilər arasında aparıcı rolunu itirmişdir. Onun çoxtərəfli fəaliyyətinin parlaq dövrü təxminən 10 il davam etmişdir.

Bütün sonrakı ömrü boyu Balakirev can ağrısı və ümidsizlikidən əziyyət əzab çəkir. O, artıq əvvəlki yüksəkliyə qalxmağa qadir deyildi. Lakin Balakirev ömrünün son günlərinə qədər gənc musiqiçilərin tərbiyəçisi və bəstəkar kimi yorulmadan çalışmışdır.

Balakirev yaradıcılığı xalq ruhu ilə zəngindir. O, demək olar ki bütün yaradıcılığı boyu xalq mahnılarına müraciət etmişdir. Onun 1858-ci ildə bəstələdiyi "3 rus mahnısının temasına uvertüra" əsəri buna misal ola bilər. Bu əsər "Kamarinskaya" əsəsinin ənənələri əsasında yazılmışdır. Fərq burasındadır ki "Kamarinskaya " iki, bu əsər isə 3 xalq musiqisinin mövzusunun əsasındadır. Giriş və final mövzuları " Kak ne belaya bereza v pole prileqla" bılin oxumaları kimi lirik , axıcı melodiyaya malikdir. Sonrakı mövzular isə " Vo pole berezonka stoyala" və " Vo piru bıla" mahnılarına olan mövzulardır.

1860-cı ildə bəstəkar Volqa ətrafı bölgələrə səyahət edir. bu da rus musiqisinin inkişafında böyük rol oynayırdı. Şerbina (rus folklorunun tətqiqatçısı) mahnıların sözlərini, Balakirev isə melodiyasını yazırdı. Səyahətdən qayıdarkən o, xalq mahnılarının mövzularına yenidən müraciət edərək "1000 let" və ya "Rus" simfonik poemasını bəstələmişdir.

"Pesnya razboynika" romansı rus xalq mahnısının janrına yaxındır. 3 qısa kuplet unison giriş və finalla çərçivəyə alınmışdır. Melodiya diatonikdir və qusli obrazlı arpeciolarla akkompanement olunur.

1866-cı ildə Balakirevin Volqa ətrafı ərazilərə səyahəti zamanı topladığı xalq mahnıları "40 rus xalq mahnısı" məcmuəsi kimi çapdan çıxır. Bu məcmuədə olan mahnılar xüsusi ilə seçilir, bu melodiyalar xalq mahnılarına olan bədii miniatürlərdir. Burada bəstəkar xüsusilə xalq dastanlarından, xalq obrazlarının xarakterindən, Volqanın təbiətindən ilham almışdır. Bunlardan bir hissəsini kiçik janrlı səhnəciklər adlandırmaq olar.

Bu məcmuədə əsas yerlərdən birini " Ey, uxnem!" mahnısı tutur. Özünəməxsus işlənməsi ilə (basda unison oktavalar, sonra isə bütün səsləri olan akkordlar səslənir) Balakirev bu mahnıya qəhrəmani xarakter verir.

Bu məcmuəyə həmçinin "Ne bılo vetru" ,"Kak pod lesom, pod lesoçkom" kimi toy mahnıları daxildir. Bu qədim mahnının melodiyasının harmonizasiyası natural dorik laddadır. "Zaiqray, moya volınka", "U vorot, vorot", "Kak po luqu, po lujoçku" və s. mahnılarında istifadə edilən kvinta və oktava intervalları , arpeciolar səslənməsinə görə dombr və balalayka alətini xatırladır.

İstinadlar

  1. Э. Балакирев (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 1. С. 70–71.
  2. Балакирев, Милий Алексеевич (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIa. С. 782–783.
  3. Balakirev, Mili Alexeivich (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 3. P. 234.
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Балакирев Милий Алексеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Ədəbiyyat

  • Ю.КЕЛДЫШ. ИСТОРИЯ РУССКОЙ МУЗЫКИ. ЧАСТЬ ПЕРВАЯ. ГОСУДАРСТВЕННАЯ МУЗЫКАЛЬНАЯ ИЗДАТЕЛЬСТВО МОССКВА 1948. ЛЕНИНГРАД
  • T. M. HÜSEYNOVA. RUS MUSİQİSİ TARİXİ. BAKI UNİVERSİTETİ TƏŞKİLATI. 1991
  • РУССКАЯ МУЗЫКАЛЬНАЯ ЛИТЕРАТУРА. ВЫПУСК ВТОРОЙ. ИЗДАТЕЛЬСТВО "МУЗЫКА". МОССКВА 1966. ЛЕНИНГРАД
  • Русские народные песни (составитель В.В. Варганова). М., 1988.
  • Селиванов В.В. Год русского земледельца. М.,1987.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.