Milan hersoqlarının siyahısı
Milan hersoqlarının siyahısı, 1395-1815-ci illərdə Milan hersoqluğunda hakimiyyətdə olmuş və ya Milan hersoqu ünvanını daşımış şəxslərin siyahısıdır. Bu ünvan ilk dəfə 1395-ci ildə Alman kralı Vençeslaus tərəfindən Milan lordu Jan Qaleazzo Vizkontiyə verilərək yaradılmışdır. Ünvanın son daşıyıcısı isə Müqəddəs Roma imperatoru II Fransisdir.
Siyahı
Vizkonti sülaləsi
1395-ci ildə Milan lordu Jan Qaleazzo Vizkonti, ödədiyi 100 min florin qarşılığında Alman kralı Vençeslaus tərəfindən hersoq ünvanı aldı və beləcə, Milan hersoqluğunun əsası qoyuldu.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
1. | Jan Qaleazzo Vizkonti
1351-1402 |
5 sentyabr 1395 – 3 sentyabr 1402 |
| ||
2. | Jan Mariya Vizkonti
1388-1412 |
3 sentyabr 1402 – 16 may 1412 |
| ||
3. | Filippo Mariya Vizkonti
1392-1447 |
16 may 1412 – 13 avqust 1447 |
|
Sforza sülaləsi (I səltənət)
Filippo Mariya Vizkontinin 1447-ci ildə vəfatı ilə Vizkonti sülaləsinin kişi şəcərəsi qurudu. Şəhərin varlı əyanları və dövlət xadimləri birləşərək bölgənin idarəetmə sistemini dəyişdi və Qızıl Amrosyan Respublikası adlanan qurma dövləti təsis etdilər. Ancaq bu dövlət qonşuları tərəfindən tanınmadı. Üstəlik, bölgədəki feodal qarşıdurmaları gücləndi və mərkəzi hakimiyyət zəiflədi. Qonşu Venesiya Respublikası və Savoyya hersoqluğu, eləcə də Lombardiyadakı bəzi iri feodallar keçmiş hersoqluğa məxsus iri torpaq mülklərinə basqınlar edir, yerli xalq isə bunlara göz yuman mərkəzi hakimiyyətə qarşı üsyan qaldırırdı. Belə bir vəziyyətdə, son Vizkonti hersoqu Filippo Mariyanın nigahdan kənar doğulan qızı Bianka Vizkontinin əri və bölgədə nüfuz sahibi olan Françesko Sforza 1448-ci ildə tabeliyindəki azsaylı hərbi birliklə Venesiyaya sığındı. Burada 2 il boyunca topladığı orduyla 1450-ci ildə Müjdə bayramı əsnasında şəhərə daxil oldu və sonuncu Vizkonti hersoqunun qızıyla evli olmasını irəli sürərək taxtda haqqı olduğunu iddia etdi. Onun bu iddiasının şəhər məclisi tərəfindən qəbul edilməsi ilə, 25 mart 1450-ci ildə Milan hersoqluğu bərpa edildi.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
4. | I Françesko Sforza
1401-1466 |
25 mart 1450 – 8 mart 1466 |
|||
5. | Qaleazzo Mariya Sforza
1444-1476 |
20 mart 1466 – 26 dekabr 1476 |
| ||
6. | Jan Qaleazzo Sforza
1469-1494 |
26 dekabr 1476 – 21 oktyabr 1494 |
| ||
7. | Lüdoviko Mariya Sforza
1452-1508 |
21 oktyabr 1494 – 6 sentyabr 1499 |
|
Valua sülaləsi (I səltənət)
Qonşu Venesiya Respublikasına qarşı mübarizə məqsədilə, 1494-cü ildə Fransa kralı VIII Çarlzı İtaliyaya dəvət edən Lüdoviko Sforza Birinci İtaliya Müharibəsinə səbəb oldu. Ancaq ertəsi il Lüdoviko Sforzanın tərəf dəyişməsiylə fransızlar məğlub oldu və İtaliya yarımadasında ələ keçirdikləri bütün torpaqları itirdilər. O əsnada kralın ordusunda iştirak edən və məğlubiyyətin səbəbkarı kimi Milan hersoqunu günahlandıran Orleanlı Lüdovikin 1498-ci ildə taxta çıxmasıyla, İkinci İtaliya Müharibəsi də başlamış oldu. Milan hersoquna olan şəxsi kini səbəbilə, XII Lüdovik öz ata şəcərəsini irəli sürərək Milan hersoqluğunda taxt haqqı olduğunu iddia etdi. Onun 1499-cu ildə çıxdığı İtaliya səfəri əsnasında Milan hersoqu Lüdoviko Sforza ailəsini də yanına alaraq Milandan qaçdı və müttəfiqi olan Müqəddəs Roma imperatoru I Maksimiliyanın İnsbrukdakı sarayına sığındı. Ancaq ertəsi il fransızlarla döyüşdə məğlub olaraq əsir düşdü və ölümünədək Fransa kralı XII Lüdovikin əsirliyində qaldı. XII Lüdovik isə Milan hersoqluğunu öz krallığına ilhaq edərək, Milan hersoqu ünvanını aldı.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
8. | XII Lüdovik
1462-1515 |
6 oktyabr 1499 – 20 iyun 1512 |
|
Sforza sülaləsi (II səltənət)
Lüdoviko Sforzanın fransızlarla döyüşdə məğlub olaraq əsir düşməsinin ardından, oğulları Maksimilyan və Françesko Milandan qaçırılaraq Müqəddəs Roma imperatorunun İnsbrukdakı sarayına təhvil verildi. Uzun illər burada yaşadıqdan sonra İtaliyadakı fransız hakimiyyətindən narazı olan alman əyanlarının dəstəyi ilə Maksimilyan Sforza 1512-ci ildə özünü Milan hersoqu elan etdi və beləliklə, Milan hersoqluğunda Sforza hakimiyyəti ikinci dəfə təsis olundu.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
9. | Maksimilyan Mariya Sforza
1493-1530 |
16 iyun 1512 – 11 oktyabr 1515 |
|
Valua sülaləsi (II səltənət)
13 sentyabr 1515-ci ildə baş tutan həlledici döyüşdə məğlub edilən alman birliklərinin Milanı tərk etməsinin ardından ən güclü dəstəyini itirən Maksimilyan Sforza Fransanın yeni kralı I Fransisklə danışıqlara başladı. 30 min düka qarşılığında Milan taxt-tacındakı bütün hüquqlarını Fransa kralına satan Maksimilyan Sforza qalan ömrünü Fransada yaşadı. Milan hersoqluğu isə ikinci dəfə Fransa taxt-tacına ilhaq edildi.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
10. | I Fransisk
1494-1547 |
11 oktyabr 1515 – 20 noyabr 1521 |
|
Sforza sülaləsi (III səltənət)
1521-ci ilin noyabrında Müqəddəs Roma imperatoru V Karl, İngiltərə kralı VIII Henri və Roma papası X Leonun Fransa krallığına qarşı ittifaq bağlaması nəticəsində, I Fransisk artıq Milandakı hakimiyyətini qoruya bilmədi. Onun bölgədəki hərbi birliklərini geri çəkməsi nəticəsində alman zadəganlarının dəstəklədiyi Françesko Sforza Milana daxil oldu. Beləliklə, Sforza sülaləsi üçüncü və sonuncu dəfə Milan hersoqluğunda hakimiyyəti ələ keçirdi.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
11. | II Françesko Sforza
1495-1535 |
20 noyabr 1521 – 24 oktyabr 1535 |
|
Habsburq sülaləsi (İspaniya qolu)
1535-ci ildə Françesko Sforzanın geridə varis buraxmadan vəfatının ardından, fransızların və Sforza ailəsinə yaxın bəzi əyanların yenidən taxt mübarizəsinə başlamaması adına Müqəddəs Roma imperatoru V Karl hersoqluğu ləğv etdi və tabeliyindəki bütün torpaqları imperiyanın tərkibinə ilhaq etdi. Ancaq çox keçmədən 1540-cı ildə imperator V Karl Milan hersoqu ünvanını və tabeliyindəki mülkləri böyük oğlu Filippə hədiyyə etdi. Onun 1556-cı ildə İspaniya taxtına əyləşməsiylə, Milan hersoqluğu İspaniya taxt-tacı ilə birləşdi.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
12. | II Filipp
1527-1598 |
11 oktyabr 1540 – 13 sentyabr 1598 |
| ||
13. | III Filipp
1578-1621 |
13 sentyabr 1598 – 31 mart 1621 |
| ||
14. | IV Filipp
1605-1665 |
31 mart 1621 – 17 sentyabr 1665 |
| ||
15. | II Karl
1661-1700 |
17 sentyabr 1665 – 1 noyabr 1700 |
|
Burbon sülaləsi
İspaniya kralı II Karl sonsuz idi və fiziki qüsurları səbəbilə olduqca zəif səhhəti var idi. Bu səbəblə, varis olaraq Fransa kralı XIV Lüdoviklə evli olan bacısı Mariya Terezanın oğlu Burbonlu Lüdoviki seçdi. Ancaq Burbonlu Lüdovik Fransa dofeni idi və Fransa taxt-tacında gözü olduğu üçün İspaniya taxt-tacını ikinci oğlu Filippə həvalə etdi. Beləliklə, II Karlın 1700-cü ildə vəfatıyla, İspaniya taxt-tacı, eləcə də ona bağlı Milan hersoqluğu Burbon sülaləsinə mənsub V Filippin hakimiyyətinə keçdi. Buna baxmayaraq, başlayan İspaniya mirası uğrunda müharibənin sonunda Milan hersoqluğu yenidən əl dəyişdi.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
16. | V Filipp
1683-1746 |
1 noyabr 1700 – 7 mart 1714 |
|
Habsburq sülaləsi (Avstriya qolu)
Burbon sülaləsinə mənsub V Filippin İspaniya taxt-tacına sahiblənməsindən narazı olan bir çox Avropa dövlətləri yeni bir müharibəyə başladılar. İspaniya mirası uğrunda müharibə adlanan bu müharibənin nəticəsi olaraq, 1714-cü ildə bağlanan Raştat sülhüylə, Milan hersoqluğu Habsburqlara geri qaytarıldı. O əsnada Müqəddəs Roma imperatoru VI Karl bu ünvana və tabeliyindəki mülklərə sahibləndi.
Sıra | Hersoq | Gerbi | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|---|
17. | VI Karl
1685-1740 |
7 mart 1714 – 20 oktyabr 1740 |
| ||
18. | Mariya Tereza
1717-1780 |
20 oktyabr 1740 – 29 noyabr 1780 |
| ||
19. | II İosif
1741-1790 |
29 noyabr 1780 – 20 fevral 1790 |
| ||
20. | II Leopold
1747-1792 |
20 fevral 1790 – 1 mart 1792 |
| ||
21. | II Frans
1768-1835 |
1 mart 1792 – 15 may 1796 Napaleon işğalları 11 aprel 1814 – 7 aprel 1815 |
|
Soyağacı
Həmçinin baxın
- Milan hersoqluğu
- Vizkonti sülaləsi
- Sforza sülaləsi
- Valua sülaləsi
- Burbon sülaləsi
- Fransa monarxlarının siyahısı
- İspaniya krallarının siyahısı
- Müqəddəs Roma imperatorlarının siyahısı
Mənbə
- Ady, Cecilia M.; Armstrong, Edward (1907). A History of Milan under the Sforza. Methuen & Co
- Adriano, Cappelli (1998). Cronologia Cronografia e Calendario Perpetuo. Hoepli. ISBN 88-203-2502-0
- Baumgartner, Frederic J. (1996). St.Martin's Press (ed.). Louis XII. Palgrave Macmillan US. ISBN 0-312-12072-9