Mil Mi-28

Mi-28 (NATO kod adı Havoc) döyüş helikopteri Rusiya istehsalıdır. Ruslar ötən əsrdə apardığı müharibələrdə çoxlu sayda Mi-24 tipli döyüş helikopterlərindən istifadə edib. Xüsusi ilə bu özünü Çeçenistanda daha qabarıq şəkildə büruzə verdi. Bundan sonra rus mutəxəssisləri daha mükəmməl helikopter yaratmaq üçün işə başladılar. Beləliklə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Mi-28 və Ka-50 döyüş helikopterləri istehsal olundu. Silahlanması haqqında indinin özündə də çox az məlumat verilir.

Mi-28
Ми-28
Tipi Hücum helikopteri
Hazırlayan Mil Moskva Helikopter Zavodu
İstehsalçı SSRİ SSRİ Rusiya Rusiya
Dizayner Mil helikopter zavodu
İlk uçuş 10 noyabr 1982[1]
İstismara verilmə tarixi 15 oktyabr 2009 (Mi-28N)[2]
Status İstismarı davam edir
İstismarçılar Rusiya
İstehsal ili 1982 - davam edir
Buraxılış sayı 126+[3]
Vahidinin qiyməti 15-16 milyon ABŞ $ (2002)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mi-28

Variantları

Mi-28

İlkin istehsal variantı. İlk uçuşunu 1982-ci ildə həyata keçirmişdir.

Mi-28A

Tank əleyhinə silahlarla təchiz olunmuş istehsal variantı.

Mi-28N Havoc

İstənilən hava şəraitində verilən tapşırığı yerinə yetirə bilir. Termoqrafik kamera və lazer məsafəölçənlə təchiz olunmuşdur. Maksimum qalxma ağırlığı 11,500 kq olan bu varianta 2,350 kq ağırlığında silah yüklənə bilər.

Mi-28NM
Mi-28NM aeroşou MAKS-2021

Yeni modernizasiya olunmuş variant. Fərqli silah idarəetmə sistemləri və yeni radarla təchiz olunmuş bu variant ilk uçuşunu 2016-cı ilin oktyabrında həyata keçirmişdir.[4]

Mi-28D

Mi-28N variantına oxşardır, lakin üzərində radar yoxdur.

Mi-28NAe

Şimali Koreyaya təklif olunan ixrac variantı.

Mi-40

Silahlı nəqliyyat variantı. Prototip mərhələsinə qədər çatmayıb.

Mi-28UB

(Učebno-Bojevoj — təlim və döyüş) Mi-28N-in təlim məqsədilə hazırlanmış variantdır. Təlim helikopteri kimi fəaliyyət göstərməsinə baxmayaraq, həm də hücum helikopteri kimi də istifadə edilə bilər.[5]

İstifadəçilər

  • Əlcəzair Əlcəzair: 6, əlavə 36 ədəd sifariş verilib.[6]
  • İraq İraq: 11, əlavə 4 ədəd sifariş verilib.[7]
  • Rusiya Rusiya: 81, əlavə 14 ədəd sifariş verilib.
  • Venesuela Venesuela: 10 ədəd sifariş verilib.

Qəzalar

  • 15 fevral 2011-ci ildə Rusiyanın Stavropol bölgəsində Mi-28 helikopterinin qəzaya uğramışdır. Pilotlardan biri həlak olmuşdur.[8]
  • 12 aprel 2016-cı ildə Suriyanın Homs şəhəri yaxınlığında Mi-28N helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ekipaj üzvü həlak olmuşdur.[9]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  2. "Arxivlənmiş surət". 2012-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  3. "Arxivlənmiş surət". 2010-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  4. "Arxivlənmiş surət". 2017-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  5. "Arxivlənmiş surət". 2017-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  6. "Arxivlənmiş surət". 2017-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  7. "Arxivlənmiş surət". 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  8. "Arxivlənmiş surət". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  9. "Arxivlənmiş surət". 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.