Milçəkqıran

Milçəkqıran göbələyi (Amanita muscaria) — Gəlin göbələyi olaraq da bilinən, Amanitaceae familiyasından zəhərli və halusinogen bir göbələk növüdür.

Milçəkqıran
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Milçəkqıran
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  41956
EOL  2866150
MB  161267

Tərkibinə İbotenik turşu, müsimol kimi zəhərli birləşmələr daxildir və Pantherina sindromu zəhərlənməsinə gətirib çıxarır. Zəhəri səbəbindən Yaratdığı dəlilik böhranları 4–6 saat davam edır. Bu ondan təsirlənənlərdə; ruh halının dəyişməsi (kefli və ya narahat vəziyyət), səbəbsiz gülmə, xəyal görmə, danışma çətinliyi, əzələ spazmları, görmə və eşitmə pozulması, yorğunluq kimi əlamətlər görünür. Ondan zəhərlənmələrə ölüm hadisəsi nadirdir, xüsusilə kiçik uşaqlarda təhlükəli ola bilər.

Parlaq qırmızı və narıncı rənglərdə olur. Digər amanita növləri kimi ağ rəngli, yumurta şəklində bir kapsuladan çıxır, ümumiyyətlə üzərindəki zarın qalıqlarından yaranan ağ nöqtələr daşıyır.

Avropada milçəkqıran göbələyinin şans gətirdiyinə inanılar. Orta əsrlərdə üzərinə qoyulan ağcaqanadları iflic boğduğu üçün bu göbələyin suyu ağcaqanaddan qorunmaq üçün istifadə edilmişdir. Etimoloji baxımdan araşdırıldığı zaman Yunancada amanitai "detalsız göbələk", musc isə ağcaqanad mənasını verir. Bu göbələk hər zaman insanların marağını çəkmişdir, bəzənmək, uşaq kitablarında qırmızı rəngli ağ xallı sevimli bir göbələk kimi təsvir edilmişdir. Sibirdə şamanlar tərəfindən müxtəlif məqsədlərlə istifadə edilib , Vikinglərin də bir yeri işğal etmədən əvvəl cəsarət verməsi üçün bu göbələyi yedikləri bilinməkdədir. Şamanlar ayinlərinin Qaydalarınca əvvəl bu göbələklərdən yeməli və yuxuya getməlidirlər. Göbələyin gətirdiyi yuxu halı və halüsinojenik təsirlərlə gördükləri yuxuları izah edərək gələcəkdən xəbər verərdilər. Məşhur oyun "Mario"dakı göbələk bu göbələk növündən ilhamlanıb yaradılmışdır.

İstinadlar

  1. Index Fungorum (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.