Mikroorqanizmlər

Mikroorqanizmlər və ya mikroblar (yun. μικρός, mikrós, kiçik və ὀργανισμός, organismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır.

Bağırsaq çöpləri bakteriyaları 10.000 dəfə böyüdülmüş şəkildə.

Ümumi məlumat

Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, mamırlar və sularda yaşayan kiçik canlılar daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirıər.[1][2] Mikroorqanizmlər su, qrunt, istilik olan biosferin hər yerində yaşayırlar. Onlara atmosferin yüksəkliklərində, okeanların dərinliklərində və Yer kürəsinin dərinliklərində rast gəlmək olur. Bəzi mikroorqanizmlər azot yaratdıqlarından azot siklinin vacib bir hissəsi sayılırlar.

Pendirdə mikrorqanizmlərin müsbət fəaliyyəti

Biodövriyədə rolu

Mikroorqanizmlərin çoxu birhüceyrəli olur, onların bir qismi gözlə də görünür. Mikroorqanizmlər Yerin atmosferində dinamik mütənasibliyin qorunub saxlanmasında və ekosistemdə maddələr mübadiləsində böyük rol oynayırlar. Bəzi hallarda onlar biokütləni yaradan yeganə komponent olurlar. Ümumən biodövriyyədə müsbət rol oynasalar da, müəyyən situasiyada onlar insan və canlılarda xəstəlik törədicisi kimi çıxış edirılər.[3]

Belə hesab edilir ki, təkamül prosesində mikroorqanizmlər birinci canlı orqanizmlər olmuşlar.

Həmçinin bax

İstinadlar

  1. Rybicki EP. "The classification of organisms at the edge of life, or problems with virus systematics". S Aft J Sci. 86. 1990: 182–6. ISSN 0038-2353.
  2. LWOFF A. "The concept of virus". J. Gen. Microbiol. 17 (2). 1957: 239–53. PMID 13481308.
  3. 2002 WHO mortality data Arxivləşdirilib 2013-10-23 at the Wayback Machine Accessed 20 January 2007

Xarici keçid

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.