Mikri-Prespa gölü

Mikri-Praspa gölü və ya Kiçik Prespa gölü (yun. Λίμνη Μικρή Πρέσπα, Limni Mikri Prespa; alb. Prespa e Vogël, mak. Мало Преспанско Езеро, Malo Prespansko Ezero) — Yunanıstan (hövzəsinin sahəsi 138 km², səthinin sahəsi 42,5 km²) ilə Albaniya (hövzəsinin sahəsi 51 km², səthinin sahəsi 4,3 km²) arasında yerləşən tektonik göl. İki Prespa gölündən ən kiçiyidir.

Mikri-Prespa
yun. Λίμνη Μικρή Πρέσπα, alb. Prespa e Vogël
Gölün mənzərəsi.
Gölün mənzərəsi.
Ümumi məlumatlar
Tipi tektonik
Mütləq hündürlüyü 853 m
Eni 6,5 km
Uzunluğu 13,6 km
Sahəsi 46,8 km²
Dərin yeri 7,7 m
Yerləşməsi
40°46′ şm. e. 21°06′ ş. u.
Ölkələr
Adalar Aqios Axillios, Vidronisi
Mikri-Prespa xəritədə
Mikri-Prespa
Mikri-Prespa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Ohrid gölü və Prespa gölləri topoqrafik xəritədə.

Mikri-Praspa gölü nadir quş növlərinin çoxalması və qidalanması üçün uyğun olan bataqlıqlara malik olması ilə tanınır. Burada dünyanın ən böyük qıvrımlələk qutan koloniyası çoxalır. Gölün florasını 1.500-dən çox bitki növü təşkil edir. Bu növlərdən 146-sı Ohrid gölü üçün, 39 növü Prespa gölləri üçün endemikdir.

Göldə Aqios Axillios adlı ada yerləşir. Ada X əsrdə bolqar çarı Samuel tərəfindən paytaxt kimi istifadə olunmuşdur. 1970-ci illərdə isə balıqçılıq və turizm mərkəzi olmuşdur. Adada Müqəddəs Axillios bazilikası yerləşir. Bu bazilika Bizans dövründə erkən xristian memarlığı stilinin sağ qalmış nümunələrindən biridir.[1]

Gölün ətrafında yerləşən kəndlər: Aqios Qermanos, Laymos, Milionas, Plati, Kallitea, Lefkonas, Prespes, Karyes, Mikrolimni, Oksiya, Pili və Vrontero.

1970-ci ildə Devol çayının istiqaməti yayda suvama işlərində daha çox sudan istifadə etmək məqsədilə bu gölə yönləndirilmişdir. Lakin çay çirkli olduğundan gölün Albaniyada qalan hissədində çirlənmə baş vermişdir və buna görə bu yönləndirilmə dayandırılmışdır. Gölün Albaniyaya düşən hissəsinin sahəsi 420 hektardır. 1999-cu ildə Prespa Mühafizə Cəmiyyəti Mikri-Prespa Ramsar Yerinin qorunması üçün göstərdiyi səylərə görə Ramsar mükafatı qazanmışdır.[2]

Qalereya

İstinadlar

  1. Stan (Stojan) Malian. History and Religion of Macedonia: Gateway to Europe. AuthorHouse. 1 August 2009. 120–. ISBN 978-1-4389-7764-5. 7 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2016.
  2. Etnografia shqiptare. Akademia e Shkencave e RPSH, Instituti i Historisë, Sektori i Etnografisë. 1962. 2020-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.