Mikolas Yosef
Mikolas Yosef (çex. Mikolas Josef; d. 4 oktyabr 1995, Praqa, Çexiya) — Çexiya müğənnisi, bəstəkarı və keçmiş modeli. O, ifa etdiyi "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Mikolas Yosef | |
---|---|
çex. Mikolas Josef | |
Ümumi məlumatlar | |
Doğum adı |
Mikolas Yosef çex. Mikolas Josef |
Doğum tarixi | |
Doğum yeri | Praqa, Çexiya |
Vətəndaşlığı | Çexiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, model |
Fəaliyyət illəri | 2013–h.h. |
Janr | |
Musiqi alətləri | vokal, gitara |
Səs tembri | tenor |
Albom şirkəti | RCA Records[d] |
Təhsili |
|
mikolasjosef.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
Erkən illəri və modellik
Mikolas Yosef 4 oktyabr 1995-ci ildə Çexiyanın paytaxtı Praqada musiqiçi ailəsində anadan olmuşdur. Onun hər iki valideyni ingilis dili müəllimi olaraq çalışırlar və Mikolas da ingilis dilli məktəbdə təhsil almışdır. Onun Pyotr adlı gitarist qardaşı da var. Mikolas London Musiqi və Dramatik incəsənət akademiyasında təhsil almışdır.
17 yaşında ikən Mikolas model olaraq fəaliyyət göstərmiş və Diesel və Prada kimi geyim brendləri üçün təşkil edilmiş moda şoularında iştirak etmişdir. Lakin daha sonra o, çalışdığı sahədə dürüstlüyün və düzgünlüyün olmadığını bildirərək, modellik fəaliyyətini dayandırmışdır.[1]
2015-hal-hazırda: Musiqi karyerası
Modellik karyerasını bitirdikdən sonra Mikolas Yosef peşəkar şəkildə musiqi ilə məşğul olmağa qərar vermişdir. O, bir müddət Oslo, Sürix, Hamburq və Vyana kimi müxtəlif Avropa şəhərlərində küçə ifaçısı kimi fəaliyyət göstərmişdir. 2015-ci ildə Mikolasın debüt sinqlı "Hands Bloody" ifaçının öz əməyi nəticəsində ərsəyə gəlmişdir. Növbəti ildə onun "Free" adlı yeni sinqlı buraxılmış və həmin mahnı Çexiya hit paradlarında top 20-də yer ala bilmişdir. Eyni ildə ifaçının "Believe (Hey Hey)" sinqlı da təqdim olunmuşdur.
2017-ci ildə Çexiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün Mikolas Yosefə müraciət olunsa da, ifaçı müsabiqədə iştirakdan imtina etmişdir.[2] 2017-ci ilin sonunda Mikolasın "Lie to Me" adlı yeni sinqlı təqdim olunmuşdur. Daha sonra ifaçı həmin mahnı ilə Çexiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etdiyini təsdiqləmişdir. 2018-ci ilin yanvar ayında Çex telekanalı Mikolasın milli seçim turunda qələbə qazandığını və ölkəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəyini elan etmişdir.[3][4]
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Mikolas 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 5-ci səhnə almışdır. Nəticədə ifaçı 232 xalla yarımfinalda 3-cü yeri tutmuş və ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən Mikolas ümumi nəticədə 281 xal toplayaraq, 6-cı yerdə qərarlaşmışdır.
Diskoqrafiya
Sinqllar
Mahnı adı | İl |
---|---|
"Hands Bloody" | 2015 |
"Free" | 2016 |
"Believe (Hey Hey)" | |
"Lie to Me" | 2017 |
"Me Gusta" | 2018 |
İstinadlar
- "Připadal jsem si jako hadr, říká český model, který zběhl k muzice" (çexcə). iDNES.cz. 17 sentyabr 2015. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
- "Mikolas Josef: "Lie to Me" is about not getting swallowed by negativity during tough times". Wiwibloggs. 14 yanvar 2018. 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
- "Czech Republic: Mikolas Josef wins Eurovision Song CZ with "Lie to Me"". Wiwibloggs. 29 yanvar 2018. 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
- "Czech Republic: Mikolas Josef to Lisbon with Lie To Me!". ESCToday. 29 yanvar 2018. 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
Əvvəlki: Martina Barta "My Turn" |
Çexiya Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Lake Malawi "Friend of a Friend" |