Mikloş İbl

Mikloş İbl (mac. Ybl Miklós, 6 aprel 1814[1][2][…], Sekeşfexervar, Macarıstan krallığı[3][4]22 yanvar 1891[1][2][…], Budapeşt[3][4]) — XIX əsrdə yaşamış macar memar, Avropa memarlığında eklektikanın görkəmli nümayəndəsi. Onun məşhur işlərindən biri Budapeştdə yerləşən Macarıstan Dövlət Opera teatrıdır.

Mikloş İbl
mac. Ybl Miklós
Şəxsi məlumatlar
Doğum tarixi 6 aprel 1814(1814-04-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 yanvar 1891(1891-01-22)[1][2][…] (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Vyana Texniki Universiteti[d]
İşləri və nailiyyətləri
Əsas tikililəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Mikloş İbl 6 aprel 1814-cü ildə Sekeşfexervar şəhərində anadan olmuşdur. Vyana Texniki Universitetində ali təhsil almış və təhsilini bitirdikdən sonra Mixai Pollakın köməkçisi vəzifəsində çalışmışdır. 1836-1840-cı illər ərzində isə Henrik Koçun ofiisndə işləyən Mikloş İbl təhsilini davam etdirmək üçün əvvəl Münhenə daha sonra isə İtaliyaya köçərək bir müddət burada yaşamışdır. Macarıstana qayıtdıqdan sonra Mixai Pollakın oğlu Aqoşton ilə birlikdə Qraf Layoş Battyaninin qəsrinin bərpası ilə məşğul olmuşdur. Onun ilk əsas işi 1845-1855-ci illərdə inşa edilən Fot kilsəsi sayılır. Yaradıcılığının əvvəllərində daha çox romantik üslubda binalar inşa etsə də, İtaliyaya ikinci səfərindən sonra Renesans dövrü mədəniyyətindən təsirlənmiş və neo-renesans bina layihələri hazırlaşmışdır. Onun inşa etdiyi binaların bir çoxu günümüzdə də Budapeşt şəhərini ən önəmli mənzərələrindən birinə çevrilmişdir. Buna misal olaraq: Müqəddəs Stefan Bazilikasını, Rak termal hamamını, qədim gömrük binasını və kral sarayının Kristinavaroş qanadını göstərmək olar. Bundan başqa Mikloş İbl saysız kilsə, yaşayış binaları və qəsr layihələri hazırlamış, inşa etmişdir.

Fəaliyyəti

  • 1845-1849. Fot, Kral qəsri (bərpa)
  • 1845-1855. Fot, Roman Catholic kilsəsi
  • 1852. Budapeşt, Qrabovski – (Roçaa-) villa
  • 1857-58. Budapeşt, Milli Atçılq Mərkəzi
  • 1860. Albertirsa, Sapari şapeli
  • 1860. Leanfayu, Dyulai-villa
  • 1860. Venkeyim qəsri
  • 1860-1864. Nadçenk, R.C. kilsəsi
  • 1862 Keçkemet, Evangelist kilsəsi
  • 1862-1865. Budapeşt, Festetik sarayı
  • 1863. Budapeşt, alman teatrı
  • 1863. Budapeşt, Kral sarayı
  • 1863-1864. Budapeşt, MTA binası
  • 1865. Fedvernek , Sapari qəsri
  • 1865-1866. Budapeşt, qədim parlamenti binası
  • 1865-1879. Budapeşt, R.C. kilsəsi
  • 1867. Budapeşt, Palfi sarayı
  • 1867-1891. Budapeşt,Müqəddəs İştvan bazilikası. Hild tərəfindən başlamş, İbl tərəfindən davam etdirilmiş, Kauzer tərəfindən tamamlanmışdır.
  • 1870-1874. Budapeşt, Gömrük binası
  • 1871. Budapeşt, Marqit körpüsü
  • 1872. Parad, İbl oteli
  • 1873-1884. Budapeşt, Macarıstan Dövlət Opera teatrı
  • 1875-1879. Okidos, Venkeim qəsri
  • 1880-1882. Paradşaşvar, Károlyi qəsri
  • 1882-1888. Budapeşt, Budapeşt Klarisseum R.C. kilsəsi
  • 1883-1884. Budapeşt, Seçeni sarayı (dağıdılmışdır)
  • 1888. Parad, Ersebet oteli

Qalereya

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.