Mikayıllı (Cəlilabad)
Mikayıllı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı Şahsevənlərin talış-Mikayıllı tayfasının məskunlaşması ilə bağlıdır.
Mikayıllı | |
---|---|
39°11′50″ şm. e. 48°13′47″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1224 (2009) nəfər |
|
Toponimikası
- Mikayıllı oyk., sadə.
- Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Kəndi mikayıllı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır;
- Xocalı r-nunda eyni adlı i.ə.v.-də kənd. Kənd 1990-cı ildə ermənilərlə mübarizədə həlak olmuş polis baş leytenantı Mikayıl Cəbrayılovun adı ilə adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır;
- Neftçala r-nunun Sarıqamış i.ə.v.-də kənd. Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur. Kəndin yeri əvvəllər meşəlik olmuş, XIX əsrdə mikayıllı nəslinə mənsub ailələr meşənin ağaclarım qıraraq, kötükləri çıxarmış və burada kənd salmışlar. Ona görə də bu kəndə əvvəlcə Kötüklü, sonra isə Mikayıllı adı verilmişdir. Tərkibində Mikayıl antroponimi olan coğrafi adlara nəinki Azərbaycan toponimiyasında, həmçinin Dağıstanın toponimiyasında da rast gəlinir; məs: Mikayılxur kəndi (Dağıstan, Dərbənd r-nu). Bu oykonimdoki xur ləzgi dilində “kənd” mənasındadır, avar dilində isə “əkin yeri”, “şum” mənasındadır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1224 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.