Mikayıl Useynov
Mikayıl Ələsgər oğlu Useynov (6 (19) aprel 1905, Bakı[1] – 7 oktyabr 1992, Bakı) — Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950–1956; müxbir üzv 1941)[2], Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ dövlət mükafatı laureatı (1941), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), memarlıq doktoru (1950), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954–1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü çağırış — 1951–1954, 6-cı və 11-ci çağırışlar — 1963–1990).[3]
Mikayıl Useynov | |||||
---|---|---|---|---|---|
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri | |||||
1947 – 1992 | |||||
Sonrakı | İlham Əliyev | ||||
Şəxsi məlumatlar | |||||
Doğum tarixi | 6 (19) aprel 1905 | ||||
Doğum yeri | |||||
Vəfat tarixi | 7 oktyabr 1992 (87 yaşında) | ||||
Vəfat yeri | |||||
Dəfn yeri | |||||
Təhsili | |||||
Fəaliyyəti | memar, siyasətçi | ||||
Elmi fəaliyyəti | |||||
Elm sahəsi | memar | ||||
Elmi dərəcəsi | |||||
|
|||||
Təltifləri |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mikayıl Useynov 19 aprel 1905-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.[4] 1922–1929-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-inşaat fakültəsinin mühəndis-memar ixtisası üzrə təhsil almışdır.[2][5]
1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuş, 1960–1990 illərdə məsləhətçi (konsultant) işləmişdir. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaratmışdır. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilmişdir.[5]
1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilmişdir. Eyni ildə M. Useynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Useynov oldu.
M. Useynov 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş,[3] I Fəxri Xiyabanda dəfn edilmişdir
Yaradıcılığı
Az vaxtda onun layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və s. şəhərlərdə mədəni-məişət binaları tikilmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Useynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı "Alimlər evi" (1946), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1937–1939), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi (1946), Nizami Kino Mərkəzi (1937–1939), Azərbaycan Politexnik İnstitutu (1931–1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti binası, 1938–1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yaninda 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin meydanının qərb tərəfində 16 mərtəbəli "Azərbaycan" (1969; SSRİ Nazirlər Sovetinin mükafatı, 1978), şərq hissəsində isə "Abşeron" (1985) mehmanxanaları tikilmişdir.[4] Useynovun 1960–1980-ci illər yaradıcılıq fəaliyyətində Bakıda V. İ. Lenin meydanı ansamblının tikintisi əhəmiyyətli yer tutur.[6]
İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan "Böyük Britaniya Asiya Cəmiyyəti" tərəfindən 1985-ci ildə təşkil edilmiş "Bakının memarlığı" sərgisində akademik M. Useynovun əsərləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M. Useynovu B. Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər.[3]
Əsərləri (şəkil)
- Nizami Kino Mərkəzi (1935-1939) "Azərdövlətlayihə" (Bakı)
- Nizami küçəsində “Buzovnaneft” tresti işçilərinin yaşayış evi (1950-ci illər) "Azərdövlətlayihə" (Bakı)
- Azərbaycan pavilyonu
- Moskva mehmanxanası (1978) "Azərdövlətlayihə" (Bakı, sökülüb)
Əsərləri (siyahı)
Moskva
Gəncə
Qazax
Düşənbə
Bakı
|
|
Mükafatları
- Sosialist Əməyi Qəhrəmanı — 18 aprel 1985[6]
- "SSRİ xalq memarı" fəxri adı —20 oktyabr 1970
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940
- "Lenin" ordeni (3 dəfə) — 25 fevral 1946, 9 avqust 1958, 18 aprel 1985
- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə) — 16 sentyabr 1939, 6 noyabr 1951
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1941
- SSRİ Nazirlər Sovetinin mükafatı — 1978
İstinadlar
- Усейнов Микаэль Алескерович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- "Дадашев Садых Алекпер / Усейнов Микаэль Алескер". famous.totalarch.com (rus). 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2021.
- "Useynov Mikayıl Ələsgər oğlu (1905-1992)". science.gov.az (az.). 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2021.
- "The Face of Soviet Baku – Architects Sadiq Dadashov and Mikayil Useynov". www.visions.az (ingilis). May - June 2013. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2021.
- "Герой Социалистического Труда Усейнов Микаэль Алескерович". www.warheroes.ru (rus). 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2021.
- АСЕ, 1987. səh. 286-287
Ədəbiyyat
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. 609 с.