Mikayıl Cəfərov
Mikayıl Cəfərov - Azərbaycan Respublikası Nazirlər Kabineti nəqliyyat və rabitə şöbəsinin müdiri.
Mikayıl Cəfərov | |
---|---|
Cəfərov Mikayıl İsa oğlu | |
Doğum tarixi |
Həyatı
Mikayıl Cəfərov 1959-cu ildə Naxçıvan MR-in İliç rayonunun Aralıq kəndində anadan olmuşdur. 2000-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1976-cı ildə Naxçıvan MR İliç rayon Kənd təsərrüfatı texnika birliyində fəhlə kimi başlamışdır. 1978-1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1981-1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin Hündürbinatikinti trestinin 5 №-li tikinti idarəsində ikinci, dördüncü dərəcəli bənna işləmiş, 1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolunun 404 №-li ixtisaslaşdırılmış tikinti-quraşdırma qatarında ikinci dərəcəli avtoçilingər, dördüncü dərəcəli bənna, 1984-1986-cı illərdə 376 №-li tikinti-quraşdırma qatarında dördüncü, beşinci dərəcəli avtoçilingər olmuşdur.
1986-1990-cı illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin mərkəzləşdirilmiş avtobazasında avtoçilingər, növbətçi mexanik, böyük dispetçer, şöbə rəisi, 1990-1995-ci illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin 376 №-li tikinti-quraşdırma qatarında sahə mexaniki, baş mexanik vəzifələrində işləmişdir. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Xocahəsən gömrük postunda inspektor, 1996-cı ildə Binə gömrükxanasında yük şöbəsinin rəisi, 1996-1999-cu illərdə Binə Gömrük İdarəsinin rəis müavini vəzifələrində çalışmışdır.
1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) nəqliyyat və rabitə şöbəsinin müdiridir.
Mənbə
- Azərbaycan Respublikası Nazirlər Kabineti Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine