Mika

Mika — əsl adı Maykl Holbruk Penniman olub (ing. Michael Holbrook Penniman) Livan əsilli britaniyalı müğənni və müğənni-söz yazarıdır.

Mika
ing. Mika Penniman
Ümumi məlumatlar
Doğum adı Michael Holbrook Penniman Jr.
Ləqəbi MIKA
Doğum tarixi 18 avqust 1983(1983-08-18)[1][2][…] (40 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı müəllifi, müğənni, pianoçu, aktyor, mahnı müəllifi[d]
Fəaliyyət illəri 2006-cı ildən
Janrlar pop musiqisi, qlam rok, alternativ rok
Musiqi alətləri elektron klaviatura[d], piano, sintezator, klavitara[d]
Səs tembri tenor
Albom şirkətləri Island Records[d], Republic Records, Universal Music Group[d]
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
yomika.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1983-cü il Beyrutda anadan olmuşdur. Livanlı ana və amerikalı atanın üçüncü uşağıdır. Suriya kökləri var. Hələ gənc olanda, valideynləri Beyrutdan müharibə səbəbindən ayrılaraq Parisə köçdülər. İlk öyrəndiyi piano əsəri Joe Dassin'in "Les Champs-Élysées"-dir. O, doqquz yaşında olanda ailəsi Londona köçdü və burada Westminster Məktəbinə daxil oldu. Məktəb illərində sinif yoldaşları və müəllimlər tərəfindən yaşanan təzyiqlər və təhqirlərdən onda disleksiya yarandı , danışma və yazmağı dayandırdı. Bu səbəbdən 12 yaşından 6-8 ay müddətində ev təhsili almışdır. Daha sonra Kensinqton'daki St Philip Məktəbinə qatıldı, burada Schola Cantorum (the St. Philip's Choir) başçısı oldu. Mika 1991-ci ildə Londona köçmüş, rus opera müğənnisi Alla Ablaberdiyevadan musiqi dərsləri almışdır. Daha sonra Royal College of Music-də oxudu.

İngilis dili ilə yanaşı o Fransız , İspanİtalyan dillərində, həmçinin bir az Livan ləhcəsində ərəb dilində danışır. Onun ilk debut radio iştirakı 2006-cı ilin sentyabrında Dermot O'Leary-nin BBC Radio 2-də baş tutdu. Daha sonra o, Later... with Jools Hollandla və 19 yanvar 2007-ci ildə The Friday Night Projesi ilə ortaya çıxdı. Mika beş oktavadan ibarət olan vokal aralığına malikdir, lakin iddia edir ki, bu, həqiqətən, üç yarım oktavaya yaxındır. 2010-cu ilin mart ayında Mika musiqi xidmətlərinə görə Ədəbiyyat və İncəsənət ordeni (Fransa) (Chevalier (Knight)) layiq görüldü.

Musiqi karyerası

"Grace Kelly" adlı musiqisi 2007-ci il 8 yanvarda yüklənmək üçün buraxıldı və yanvarın 21-də UK Singles Chart da 1-ci yeri tutdu. 2007-ci ildə Island Records-da buraxılan 5.6 milyondan çox nüsxədə satılan Life in Cartoon Motion adlı ilk albomu onun Brit Award qalibi olmasına və Qremmi mükafatı namizədi olmasına səbəb olmuş və Freddi Merkuri, Scissor Sisters, Elton Con, Prins, Robbi Vilyams and Devid Boui kimi sənətçilərlə müqayisə edilmişdi.

Mika'nın ikinci studiya albomu olan The Boy Who Knew Too Much 21 sentyabr 2009-cu ildə nümayiş olundu.The Origin of Love adlı üçüncü albomu çıxmamışdan əvvəl o bir çox müsahibələr vermiş və bu albomda daha çox fransız dilində mahnılara yer verdiyini qeyd etmişdi.İlk fransız dilinde track "Elle me dit". O, bu albomunu daha ciddi albom kimi təsvir etdi.

O, No Place in Heaven adlı dördüncü albomu 15 iyun 2015-ci ildə çıxarıldı və bu albomunu daha açıq, səmimi, şən, hələ 60-cı illərin pop musiqisindən ilham alan bir pop albomu" kimi təsvir etdi.

İstinadlar

  1. "For Mika, dyslexia is like being a fish in a tree" Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine
  2. "Global Pop Phenomenon, MIKA, Releases Sophomore Album, WE ARE GOLDEN, September 22" Business Wire. 14 July 2009. Retrieved 27 June 2013.
  3. Pareles, Jon (31 March 2007)."A rising British pop star revives a Mercurial style" The New York Times Retrieved 22 June 2007.
  4. Mika Teenage Prodigy Of The Royal Opera - Daily Mirror
  5. "Sound of 2007: Mika"
  6. "Brit Awards 2008: The winners" BBC. Retrieved 28 September 2014.
  7. "Mika confirms new album 'The Origin of Love' details" Digital Spy. Retrieved 28 September 2014.
  8. "Mika – Biography, Photos, News, Videos, Reviews" Contactmusic.com. Retrieved 28 September 2014.
  9. "MikaSounds / Latest News / The Boy Who Knew Too Much" Mikasounds.com. Archived from the original on 10 August 2009. Retrieved 27 September 2009.
  10. "Mika Is Back With New Song And Video For 'Make You Happy' From 'The Origin of Love' Retrieved 9 June 2012.
  11. "Mika announces new album 'No Place In Heaven' New Musical Express. 2 April 2015.

Xarici keçidlər

  1. Deutsche Nationalbibliothek Record #135470692 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. IMDb (ing.). 1990.
  3. https://www.lefigaro.fr/musique/mika-je-voulais-repondre-en-musique-a-la-tragedie-de-beyrouth-20200917.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.