Mihrican bayramı
Mihrican bayramı və ya Mehriqan (fars. مهرگان)— İran xalqlarında (bəluclar, farslar və s.) və zərdüştilikdə müqavilə, dostluq və sevgi ilahı Mehrin şərəfinə keçirilən bayram. Mihrican təqvim ilinin 196-cı günü ilə üst-üstə düşür. Təqvim ilinin başlanğıcı adətən Novruz bayramı günü (21 mart) götürülür və Mihrican bayramı 2 oktyabra təsadüf edir.
Azərbaycanda
Mihrican bayramı Azərbaycanda son illərə qədər ilin əmək qələbəsi, ilin yekunu bayramı — məhsul bayramı kimi qeyd olunmuşdur. Mihrican bayramı həmişə payız fəslində, məhsul yığımından sonra keçirilmişdir. Bayram günlərində müxtəlif mərasim oyunları və tamaşaları göstərilər, qədim əmək nəğmələri oxunardı. Təntənəli günlərin "Ali Mihrican" adlanan altıncı günü böyük bayrama çevrilir, orada zorxana və atüstü oyunları, oxatma və idman yarışları keçirilirdi. Qonum-qonşu bir-birini təbrik edir, topladıqları məhsuldan pay verir, hər evdə meyvə (xüsusilə narıngi və nar) və şirniyyat süfrəsi açılır, həftə bazarları təşkil edilirdi.[1]
İstinadlar
- Azərbaycan. Mədəniyyət və turizm, Prezident Kitabxanası
Ədəbiyyat
- Mehregan
- Peterson, J. H., The Festival of Mihragan (Jashan-e Mihragan), 1996 (ing.)
- Price, Massoume, Mihregan (Mehregan), 2001 (ing.)