Mihri Müşfik Hanım

Mihri Müşfik Xanım (26 fevral 1886[1], Konstantinopol1954[2], Nyu-York, Nyu-York ştatı) – Türkiyə rəssamı.

Mihri Müşfik Hanım
Mihri Müşfik Hanım
Doğum tarixi
Doğum yeri İstanbul
Vəfat tarixi
Vəfat yeri Nyu York
Milliyyəti Türk
Vətəndaşlığı Türkiyə
Fəaliyyəti rəssam
Janr portret
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türkiyədə müasir şəkil işlərini ilk başladan qadın rəssamdır. Xüsusilə portretləri ilə tanınır. O, bir çox tanınmış şəxslərin portretlərini çəkib; portretini çəkdiyi insanlar arasında Mustafa Kemal AtatürkPapa XV Benedictus da var. Qızlar üçün Gözəl Sənətlər Akademiyası olan İnas (Qızlar) Sənayesi Nesiş Məktəbi'nin ilk qadın meneceri oldu və bir çox qadın rəssamların üzə çıxmasında əməyi keçdi. Rəsmə olan sevgisinə görə aristokrat həyat tərzini tərk etdi, bohem və kasıb bir həyat yaşadı. O, rəssam Hale Asafın xalasıdır.

Həyatı

Bohem rəssamı Mihri Müşfik Xanım Ançabadze, 26 fevral 1886-cı ildə İstanbul, Kadıköydə olan Rasim Paşa Konağında, Baklatarlası Məhəlləsində doğulmuşdur. Onun atası Dr. Əhməd Rasim Paşa anatomiya mütəxəssisi idi və Hərbi Tibb Məktəbində hörmətli təlimatçı idi. O, rəsmi sənədlərdə və ailə məktublarında bu təşkilatın prezidenti də adlanır. Dr. Əhməd Rasim Paşanın zərif dadı və musiqiyə, şəkilə və ədəbiyyata marağı qızının formalaşmasında əhəmiyyətli rol oynadı. Rasim Paşa həkim kimi tanınması ilə yanaşı musiqiyə olan marağı və axşam yığıncaqlarında saz çalmağı ilə də məşhurdur. Mihri Xanımın abxazlı anası, Fatma Neşedil Xanım, Rasim Paşanın həyat yoldaşlarından biri idi. Onun kiçik bacısı Enise Xanım mərhum Osmanlı cəmiyyətinin digər tanınmış qadın sənətçisi olan rəssam Hale Asafın anası idi. Mihri Xanım rəsmdən əlavə ədəbiyyatmusiqi ilə də maraqlanmışdı, lakin rəsmə olan marağı digərlərindən daha üstün idi. O, çəkdiyi bir rəsm əsərini Sultan II Abdulhamidə göstərəndə saray rəssamı Zonaronun tələbəsi oldu və ondan Beşiktaşdakı rəsm studiyasında təhsil aldı. Beləliklə, Türkiyədə müasir rəsm əsərləri işlərini başladan ilk qadın rəssam ünvanını aldı.

Avropaya gedişi

Hələ 17 yaşında olanda musiqi konsertində gördüyü İtalyan əsilli bir musiqiçi ilə Romaya qaçdı. Saxta pasportla getdiyi İtaliyada bir müddət tanıdıqlarının yanında qaldıqdan sonra sənət dünyasının mərkəzi sayılan Parisə getdi. 52 Montparnasse Bulvarı adresində kirayə tutduğu yeri həm ev, həm də studiya olaraq istifadə etdi. O, sonradan Sorbonne Universietində siyasət tələbəsi olan Müşfiq Selami bəy ilə evləndi. Müşfiq Bəy, Bursalı tanınmış bir şəxsiyyət olan Selami Beyin oğludur. O, siyasət, tarix və ədəbiyyatla maraqlanırdı.

İstanbula qayıdışı

Mihri Xanım, Osmanlı Maliyyə naziri Cevit Bəy'ə, Balkan Savaşları sonrasında Fransız hökumətiylə müqavilə düzənləmək üçün Paris'də tanıdıldı. Cavit Bəy tərəfindən Təhsil Nazirliyinə göndərilən Mihri Xanımı tövsiyə edən teleqramlar nəticəsində 1913-cü ildə İstanbul Qızlar üçün Müəllimlər Məktəbində sənət müəllimliyi vəzifəsində işə başladı. Qızlar üçün Gözəl Sənətlər Məktəbi 1914-cü ildə qurulduğunda, riyaziyyatçı Saleh Zeki Bəyin təyin edilməsindən sonra burada rejissorluq və gözəl sənət təlimçisi olaraq işləmişdir. Mihri Xanımın Qızlar üçün Gözəl Sənətlər Məktəbinə etdiyi qatqılar hətta inqilabi idi.

Edebiyat-ı Cedide (Yeni Ədəbiyyat)

Mihri Xanım həmçinin Edebiyat-ı Cedide (Yeni Ədəbiyyat) şairləri arasında, İbrahim Çallı, Hikmet Onat, Fikret Adil, Namık İsmail ilə yanaşı həmçinin Tevfik Fikretlə də dost olmuşdur. Ruşen Eşref Ünaydın, Tefvik Fikret ilə əlaqəli xatirələrində, şairin Mihri Xanım ilə bağlı fikirlərini bu cür dilə gətirir: “Yuxarıda mənim portretimi çəkən bir xanım var. O, həm də “Rübab”ı o qədər gözəl təsvir edir ki, yazdıqlarım bu qədər mənalı imiş! deyə təəccüblənirəm.” Yeni Ədəbiyyat şairləri, Realizm, Parnassiyanizm və Sembolizmdən təsirlənmişdirlər, hansı ki, XIX əsrdə Fransız ədəbiyyatında bunlar üstünlük təşkil edirdi.

Qurtuluş Savaşı dövrü

1919-cu ildə anidən İtaliyaya getdi. Bu ani gedişin səbəbi İttihad və Tərəqqi Cəmiyyəti ilə yaxın münasibətdə olması, onu işğal altındakı Türkiyədə pis vəziyyətə salması ilə əlaqələnir. Bu müddətdə həbsdə olan Hüseyn Cahit və Cavid Bəyi ziyarət etməsi, onun əleyhinə fikirlər yaranması ilə nəticələndi. Daha sonra 1 illik getdiyi İtaliyadan qayıtdıqda, Sanay-i Nefisedə 2 il dərs verdi.

Mihri Xanım 1922-ci ildə Yunan ordusunun dənizə hücumunun ardından Mustafa Kemal Atatürkün ayaqüstə forma ilə, 3m hündürlükdə portretini çəkir və Çankaya Köşkünə gətirərək ona təqdim edir. Bu Cumhuriyyətin elanından sonra bir Türk rəssamın ilk dəfə Atatürkün portretini çəkməyi idi. Daha sonra Yuqoslav kralı Aleksander xatirəsinə Yuqoslaviyaya hədiyyə edilən bu tablo II Dünya Müharibəsi əsnasında Belqrad sarayının təxrib olması nəticəsində itdi, 1990-cı illərdə isə yenidən tapıldı.

Yenidən Avropaya gedişi və ABŞ illəri

1922-ci ilin sonuna doğru yenidən İtaliyaya getdi. Portretlər çəkərək uzun müddət həyatna davam etdi. Mövzu olaraq həmişə məşhur insanları seçirdi. İtalyan şair Gabrielle dʹAnnunzio ilə birlikdə olduğu müddətdə onun vasitəsilə bir neçə dəfə Vatikana qəbul edildi və Papanın bir portretini çəkdi. Vatikanda ilk dəfə bir Papa, başqa dindən bir qadın rəssama poz vermişdi. Bu tablo yeni Papanın seçiminə qədər Vatikan Muzeyində qaldı. İtaliyadan sonra Parisə gedən Mihri Xanım bu dönəmdə “Çingene” adlı tablosunun Louvre Muzeyinə qəbul olduğuna görə çox sevinirdi (tablonun bir nüsxəsi İstanbul Rəsm və Heykəl Muzeyindədir) ancaq bacısı Enise Salih Xanım və bacısı qızı Hale Asaf vəfat etdikdən sonra Parisdə yaşamaq istəmədi. Ana vətənində isə ona qarşı sərt düşüncələr olduundan o, Amerika Birləşmiş Ştatlarında yaşamağı tərcih etdi. Bir müddət Nyu York, Vaşinqton, Çikaqo Universitetlərində qonaq rəssam professorluğu etdi və varlı Amerikan ailələrinə özəl dərslər verərək həyatına davam etdi. 26 dekabr 1928-ci il tarixdə Cumhuriyyət Qazetinin xəbərinə görə Nyu Yorkun Geroge de Maziroff Qalereyasında şəxsi sərgisi işıq üzü gördü. Yaşlılığı kasıblıqla keçdi. 1954-cü ildə Nyu Yorkda vəfat etdi.

Mihri Xanım və bacısı qızı Hale Asaf

Mihri Müşfiq Xanım Hale Asafın ilk rəsm müəlliməsi olması ilə birlikdə, ona rəsmdən əlçəkməsini nəsihət etdiyi və sonrakı vaxtlarda küsülü olduqları bilinir. Mihri Xanım, Hale Asafın 20 yaşlarında olduğu vaxtlardan başlayaraq onun rəsmdən uzaqlaşmasını istəmiş və bəzən “Mən rəsmlə məşğul oldum nə oldu? Sənət qarın doyurmur... Tablolarını yeyəcəksən?” ya da “...Mən gözələm, başımın çarəsinə baxaram, səndə o da yoxdu amma sən hələ də rəsmlə məşğul olmağa davam et!...” kimi sözlər deyirdi. Taha Taros Mihri Müşfiq Xanımın xaricdən göndərdiyi məktubunda bunları yazdığını deyir:

“... İllərlə işləməklə mən nəyə nail oldum? Heç... Üstəlik səhhətimi itirdim. O vaxt mən “Herakl” idim. İndi pilləkənləri çətin çıxıram. Sənət məni bu hala salıb. Hələ gözlərim heç görmür. Üst-üstə iki eynək taxıram. Pulsuzam. Bizim kimi Avropaya nəzərən geri qalan bir ölkədə sənətkarın yolu qədər çətin bir yol yoxdur. Bizimkisi həddindən artıq fədakarlıq istəyən bir sənətdir.

Bugün mənə gəncliyimi hədiyyə etsələr, bu sənət uğrunda çəkdiklərimi çəkmək qorxusundan, geri çevirərdim! Çəkdiyim məşəqqətləri bir mən bilirəm, bir də Allah.

...Hər sənətkar, qarşısındakı sənətkarı daima özündən ağılsız görür. Onun on ildə etdiyini, özünün bir ildə edəcəyini düşünür. Bir-iki il içində həyatını qurtaracağına, şeytanın ayağını qıracağına əmindir!

Bizim ailənin yeganə xüsusiyyəti tərsliyidir. Mən hər şeydə olduğu kimi sənət həyatımda da tərsliyimlə yaşadım. Bugün buna min dəfə peşmanam.” Bu sözlər Mihri Müşfik Xanımın içində bulunduğu vəziyyəti açıqlayır və hansı şərtlər altında bacısı qızına rəsmi buraxmasını deməyini də açıqlayır.

Əsərləri

Sənətçinin 1988 ilinə qədər aparılan araşdırmalar nəticəsində tapılan Türkiyədə 32, İtaliyada 36, Fransada 23Amerikada 60-dan çox olmaqla 150 əsəri üzə çıxmışdır. Sənətçi əsərlərində həyat yoldaşı Müşfik Selami İnegöllü ilə evli qaldığı (1905-1922) müddətdə Mihri Müşfik, digər dönəmlərdə isə Mihri Rasim imzasından istifadə edib.

İstinad

  1. Mihri Müşfik Hanım // https://pantheon.world/profile/person/Mihri_Müşfik_Hanım.
  2. Mihri Müsfik // Artnet. 1998.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.