Mihay Babiç
Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[1][2][…], Seksard, Macarıstan krallığı[3] – 4 avqust 1941[4][5][…], Budapeşt[6]) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox dini mövzuda yazdığı şeirləri ilə məşhurdur.
Mihay Babiç | |
---|---|
mac. Babits Mihály | |
![]() | |
Doğum tarixi | 26 noyabr 1883[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 1941[4][5][…] (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qırtlaq xərçəngi[d][7] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı, tərcüməçi, esperantoçu, ədəbiyyat tarixçisi |
Əsərlərinin dili | Macar dili |
Üzvlüyü | |
![]() |
Həyatı
Babiç Seksard şəhərində anadan olmuşdur. 1901-1905-ci illərdə Budapeşt Univeritetində təhsil almışdır. Burada o, Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış oldu. Müəllim kimi fəaliyyət göstərmiş və Baya (1905–06), Seqed (1906–08), Feqeraş (1908–11), Uypeşt (1911) və Budapeşt (1912–18) şəhərlərində məktəblərdə dərs demişdir.
1908-ci ildən başlayaraq yazdığı poemalar ona şöhrət gətirdi.
Həmin ildə İtaliyaya səfər etdi və Dante Aligyeri ilə maraqlanmağa başladı; sonrakı illərdə İtaliyaya yenidən səfərlər etdi. Qazandığı təcrübələrdən qaynaqlanaraq Dantenin “İlahi Komediya” əsərini macar dilinə tərcümə etdi.
1919-cu ildə Macarıstan İnqilabından qısa bir müddət sonra Budapeşt Universitetində Xarici dillər və müasir Macarıstan ədəbiyyatı fakültəsinin professoru oldu, lakin tezliklə inqilabi hökumətin süqutundan sonra pasifizmi dəstəklədiyi üçün vəzifəsindən kənarlaşdırıldı.
1911-ci ildə Nyuqat jurnalında heyət yazıçısı oldu. Babiçin 1918-ci ildə qələmə aldığı "Kabus" əsəri psixoanaliz haqqında yazılan elmi fantastik əsəridir.[8]
1921-ci ildə İlona Tanner ilə ailə həyatı qurdu. İlona daha sonra Sofi Török ləqəbi ilə şeir yazmağa başladı. İki il sonra Esterqom şəhərinə köçdü. 1927-ci ildə Kişfalud cəmiyyətinin üzvü oldu.
1929-cu ildən ölənə kimi Nyuqat jurnalının (1933-cü ilə kimi Jiqmond Morits ilə birlikdə) redaktoru oldu.
1941-ci ildə Budapeştdə vəfat etdi.
Əsərləri
Babiş daha çox öz lirik poeziyasına görə məşhurdur. Müxtəlif mövzularda məqalələr yazır və ingilis, fransız, alman, yunan, italyan və latın dillərindən tərcümələr edirdi. Seksard şəhərində Mihay Babiçin həyat və fəaliyyətini özündə əks etdirən muzey mövcuddur. Qardaşı İştvan Babiç iki oğlan övladı İştvan və Tibor ilə tez-tez evi ziyarət edir.
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Babits Mihály // Internet Speculative Fiction Database (ing.). 1995.
- Larousse Online French Dictionary (fr.). Éditions Larousse.
- Library of Congress Authorities (ing.). Library of Congress.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Encyclopédie Larousse en ligne (fr.).
- Szállási Á. Babits Mihály (1883–1941) betegségei.
- "The Nightmare" by Franz Rottensteiner in Frank N. Magill, ed. Survey of Modern Fantasy Literature, Vol 3. Englewood Cliffs, NJ: Salem Press, Inc., 1983. pp. 1121-1123.
Xarici keçidlər

- Babits tərəfindən əsərlər Qutenberq layihəsində
- Əsərləri və ya müəllifi olduğu işlər: Mihay Babiç İnternet arxivində
- His poem The Danaids in English Arxivləşdirilib 2021-01-09 at the Wayback Machine