Migel de la Madrid

Migel de la Madrid Urtado (isp. Miguel de la Madrid Hurtado; 12 dekabr 1934[1][2][…]1 aprel 2012[3][1][…], Mexiko[4]) — Meksika siyasətçisi, 1982–1988-ci illərdə Meksika Prezidenti.[5]

Migel de la Madrid
isp. Miguel de la Madrid Hurtado
1 dekabr 1982 30 noyabr 1988
ƏvvəlkiXose Lopes Portilyo
SonrakıKarlos Salinas de Qortari
Şəxsi məlumatlar
Doğum tarixi 12 dekabr 1934(1934-12-12)[1][2][…]
Vəfat tarixi 1 aprel 2012(2012-04-01)[3][1][…] (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Emfizem
Təhsili
  • Con Kennedi adına İdarəçilik Məktəbi[d]
Fəaliyyəti siyasətçi, vəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1957-ci ildə Meksika Milli Muxtar Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1965-ci ildə Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə etmişdir. Daha sonra Meksika Milli Bankı və "Bancomext"də çalışmışdır. 1968-ci ilə qədər Meksika Milli Muxtar Universitetində dərs demişdir. 1963-cü ildən İnstitusional İnqilab Partiyasının (PRI) üzvüdür. 1965-ci ildə maliyyə naziri təyin edilmişdir. 1970–1972-ci illərdə "Pemex"in direktor müavini olmuşdur. 1972-ci ildə kredit üzrə baş direktor vəzifəsində yenidən maliyyə nazirliyinə qayıtmışdır. 1976–1982-ci illərdə Prezident Xose Lopes Portilyo yanında büdcə üzrə katib olmuşdur. 1982-ci ildə Portilyodan sonra prezident olmuşdur.[6]

O, prezident olanda ağır iqtisadi böhranla üzləşmişdi. Sələfindən fərqli olaraq, onun administrasiyası iri dövlət konqlomeratlarının liberallaşdırılması və özəlləşdirilməsi ilə xarakterizə olunurdu. O, 1986-cı ildə Meksikanın Tariflər və Ticarət üzrə Baş Sazişə (indiki Ümumdünya Ticarət Təşkilatı) qoşulmasını asanlaşdıran tədbirlər görmüşdür. Onun populyarlığı 1985-ci il zəlzələsi və vəziyyətin nəzarətə alınması cəhdləri ilə sarsılmışdı. O, 1988-ci ildə seçkilərdə iştirakdan imtina etmiş və onu Karlos Salinas de Qortari əvəz etmişdir.[6]

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Miguel de la Madrid Hurtado // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. Murió Miguel de la Madrid a causa de enfisema pulmonar.
  4. Deutsche Nationalbibliothek Record #121094529 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Encyclopædia Britannica. "Miguel de la Madrid". Encyclopædia Britannica Online. 2008. 14 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2008.
  6. "Miguel de la Madrid Hurtado". 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-12.

Əlavə ədəbiyyat

  • Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. ISBN 1-56584-616-8
  • Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.