Microsoft Office
Microsoft Office — tətbiqi proqram təminatının ofis paketi. Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır.
Microsoft Office | |
---|---|
Tipi | Ofis paketi, özəl proqram təminatı, Məhsuldarlıq proqram təminatı |
Tərtibatçı | Microsoft |
Proqramlaşdırma dili | C++[1] |
Əməliyyat sistemi | Microsoft Windows, Windows Mobile, Windows Phone, iOS, macOS, Android |
Yayımlanma tarixi | 19 noyabr 1990 |
Sonuncu versiya |
|
Oxunan fayl formatları | Zəngin mətn formatı |
Sayt | office.com |
Vikianbarda əlaqəli mediafayllar |
Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektləri üçün serverdir. Visual Basic dilində yazılmış makrosları dəstəkləyir.
Office proqramları
- Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə edilir.
- Microsoft Office Excel — cədvəl prosessoru.
- Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası.
- Microsoft Office PowerPoint — təqdimatların hazırlanmasında istifadə edilir.
- Microsoft Office Access — verilənlər bazasının idarəetmə sistemi. VB-nın yaradılması və idarə edilməsində istifadə edilən tətbiqi proqramdır.
- Microsoft Office InfoPath — məlumatların toplanmasında istifadə olunan tətbiqi proqram.
- Microsoft Office Communicator — insanlar arasında informasiya mübadiləsini təmin edir.
- Microsoft Office Publisher — nəşriyyatların hazırlanmasında istifadə edilir.
Ədəbiyyat
- Сергеев А. П., Microsoft Office 2007. Самоучитель: Пер. с англ. — М. : 2007. — 416 стр. с ил., Издательство «Диалектика» (rus dilində)
- Уоллес Вонг , Microsoft Office 2007 для «чайников»: Пер. с англ. — М. : 2007. — 368 стр. с ил., Издательство «Диалектика» (rus dilində)
Xarici keçidlər
- Innovative Communications Alliance (Nortel Microsoft) Arxivləşdirilib 2009-12-03 at the Wayback Machine
- http://office.microsoft.com
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.