Microsoft Copilot

Microsoft Copilot və ya əvvəlki adı ilə Bing Chat — 7 fevral 2023-cü ildə "Microsoft" tərəfindən təqdim edilmiş çatbot köməkçisi.[2] 2023-cü il ərzində "Microsoft" "Copilot" brendini müxtəlif çatbot məhsulları üzrə birləşdirməyə başlamışdır.

Microsoft Copilot
Loqonun şəkli
Tipi çatbot
Tərtibatçı OpenAI, Microsoft
İnterfeysin dili çoxdilli[d]
Yayımlanma tarixi 7 fevral 2023[1]
Platforma brauzer, Microsoft Edge, Microsoft Windows
Lisenziya sahibli
Sayt copilot.microsoft.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Copilot" çatbotu "OpenAI"-ın GPT-4 əsaslı geniş dil modelinin (LLM) üzərində qurulmuş və həm nəzarət edilən, həm də gücləndirici öyrənmə üsullarından istifadə edilərək dəqiq tənzimlənmiş "Microsoft Prometheus" modeli ilə təchiz edilmişdir. "Copilot" çat vasitəsi kimi xidmət edə bilər, şeirlərdən mahnılara, hekayələrə və hesabatlara qədər müxtəlif məzmun növləri yaza bilər, istifadəçiyə "Microsoft Edge"-də açıq olan veb-sayt səhifəsində məlumat və anlayışlar təqdim edə və loqo, rəsm dizayn etmək, o cümlədən incəsənət əsəri və ya mətn sorğusuna əsaslanan başqa təsvirləri yaratmaq üçün "Image Creator"dan istifadə edə bilər. "Copilot's Image Creator" yüzdən çox dili dəstəkləyir.[3]

"Copilot"un danışıq interfeysi üslubu "ChatGPT"-yə çox bənzəyir. "Copilot" bir çox digər çatbotlardan fərqli olaraq öz mənbələrinə istinad edə bilər. "Copilot" ingilis, fransız, italyan, Çin, yaponportuqal kimi əsas dilləri, həmçinin Bavariya kimi dialektləri başa düşmək və ünsiyyət qurmaq qabiliyyətinə malikdir. Çatbot ilk növbədə "Microsoft Edge", "Skype" və ya "Bing" proqramında, xüsusi veb-səhifə vasitəsilə və ya daxili proqram funksiyalarından istifadə etməklə işləmək üçün nəzərdə tutulmuşdur.[4]

"Copilot" çatbotu "Microsoft"-un generativ süni intellektə yönəlmiş daha geniş təşəbbüsünün bir hissəsidir. Onun gələcəyinə "Microsoft"-un "Dynamics 365" biznes proqramları, "Power Platform", şirkətin təhlükəsizlik paketi, "Edge" brauzeri, "Bing" axtarış sistemi və "Windows" əməliyyat sistemi üçün ixtisaslaşmış çatbotlar daxildir. "Copilot"-un "Power Platform"-a inteqrasiyası ilə sadə tapşırıqları avtomatlaşdırmaq, daha çox idarə etmək, çatbotları inkişaf etdirmək və konsepsiyanı bir neçə dəqiqə ərzində işləyən proqrama çevirmək imkanı hər kəs üçün əlçatan olur.[5]

Potensial faydalarına baxmayaraq, çatbotun halüsinasiyalar, irqi və ya cinsi qərəzlilik potensialı ilə bağlı ictimai narahatlıqlar dilə gətirilmişdir. Bununla belə, ekspertlər bildirmişdilər ki, "Copilot Microsoft" istifadəçilərinin iş və əməkdaşlıq tərzində inqilab edə bilər.[6]

"Microsoft" şirkəti "Build" 2023 konfransında "Copilot"-u "Windows 11"-ə inteqrasiya etmək planlarını açıqlamışdır. Bu inteqrasiya istifadəçilərə "Windows Copilot" xidmətinə birbaşa tapşırıqlar paneli vasitəsilə daxil olmaq imkanı verir, alətin əlçatanlığını və istifadəçi məhsuldarlığına potensial təsirini daha da genişləndirir.[7]

Həmçinin bax

İstinadlar

  1. https://blogs.microsoft.com/blog/2023/02/07/reinventing-search-with-a-new-ai-powered-microsoft-bing-and-edge-your-copilot-for-the-web/.
  2. Mehdi, Yusuf. "Reinventing search with a new AI-powered Microsoft Bing and Edge, your copilot for the web". Microsoft (ingilis). 2023-02-07. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-15.
  3. Diaz, Maria. "How to use Bing Chat (and how it's different from ChatGPT)". ZDNET (ingilis). 2023-06-21. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
  4. Diaz, Maria. "How to use Bing Chat (and how it's different from ChatGPT)". ZDNET (ingilis). 2023-06-21. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
  5. Kumar, Shantha. "Microsoft's Generative AI: The Game Changer in Modern Collaboration". SharePoint designs. 13 September 2023. 6 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2023.
  6. Warren, Tom. "Microsoft's new Copilot will change Office documents forever". The Verge (ingilis). 2023-03-17. 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  7. Crouse, Megan. "Microsoft 365 Copilot Release Date Set for November". TechRepublic (ingilis). 2023-09-22. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.