Miyanqala yarımadası

Miyanqala yarımadası (fars. میان‌کاله) — Xəzər dənizinin cənub-şərq sahilində İranın Mazandaran ostanı ərazisində yerləşir. Yarımada şərqdən-qərbə doğru 55 km uzanır və Xəzərdə Astrabad körfəzini əmələ gətirir. Minimal eni 800 m, maxsimal eni isə 3,7 km təşkil edir. Miyanqala yarımadası ərazisində Aşurada, Qəzələ-Mehdi və Qəzələ-Samalı kəndləri vardır. Ərazidə qoruq yaradılmışdır. Əsasən bölgədə yaşayan quşlar qorunur. Turistlərin bölgəyə axını quşlar üçün böyük təhlükə hesab edilir. 1668-ci ildə Stepan Razin Miyanqala yarımadasında torpaq və taxtadan divar tikməyi əmr etmişdir. 1669-cu ildə rusların bölgəni tərk etməsi ilə farslar istinadgahı “Orus-qala” olaraq adlandırdılar.

Miyanqala
Yerləşməsi
36°53′00″ şm. e. 53°45′00″ ş. u.
Akvatoriya Xəzər dənizi
Ölkə  İran
Miyanqala xəritədə
Miyanqala
Miyanqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Pyotrın Xəzər sahili ərazilərə yürüşü zamanı Astrabad vilayəti 1723-cü il traktadı ilə Rusiya imperiyasına güzəştə gedilmişdir. Ancaq bununla belə rus ordusu bölgəyə çıxarılmamışdır. 1732-ci ildə imzalıanmış Rəşt müqaviləsinə əsasən bölgə Səfəvilərə qaytarılmışdır.[1]

26 iyul 1781-ci ildə Marko Voynoviçin rəhbərlik etdiyi eskadra Astrabad körfəzinə daxil olmuşdur. Voynoviçin əsgərləri 1781-ci ilin sentyabrında Stepan Razinin inşa etdirdiyi istinadgahdan bir qədər aralıda limanın inşasına başlayırlar. Ancaq Voynoviç Ağa Məhəmməd şah Qacara əsir düşür. Astrabad faktoriyası ruslar tərəfindən 1782-ci ildə Aşur adasında təşkil edilmişdir.

Mənbə

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.