MiQ-1
MiG-1 (Микоян-Гуревич МиГ-1) İkinci dünya müharibəsi zamanı SSRİ tərəfindən istifadə olunan bir qırıcı olmuşdur. İstifadəsi olduqca çətin olmasına baxmayaraq MiQ-3 üçün olduqca uğurlu bir baza modeli olmuşdur. Yüksək hündürlükdə uçarkən qazandığı uğurları ilə ad çıxarmışdır. MiG-1, Polikarpovdan ayrılıb MiG OKB-ni quran Artem Mikoyan və Mikhail Gureviçin öz adları altında meydana çıxarmış olduqları birinci təyyarə və əfsanə bir seriyanın başlanğıcıdır. 1938-ci ildə VVS-nin tələbi ilə dizayn üzərində işlərə start verilmiş, I-200 kodlu ilk prototipi uçuşunu 30.03.1940 tarixində reallaşdırmışdır. Yüksək hündürlükdə uçan qırıcı təyyarə olaraq 1941-ci ilin aprel ayından xidmətə qəbul edilmişdir. Ancaq SSRİ Hərbi Hava Qüvvələrinin aşağı və orta hündürlükdə uçan təyyarələrə olan güclü meyli səbəbinə və əsas üstünlüyünü Il-2 təyyarələrinə verməsi və mühərrik istehsalçısı olan Mikhulin şirkətinin AM-35 mühərriklərinin istehsalını dayandırmasına görə qısa ömürlü olmuşdur. MiG-3, MiG-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədət hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi. Ümumi olaraq 3400 MiG-1 və MiG-3 istehsal edilmişdir.
MiQ-1 | |
---|---|
![]() | |
Tipi | hava nəqliyyatı, Sabit qanadlı təyyarə |
İstehsalçı | MiG |
İlk uçuş | 5 aprel 1940 |
İstismara verilmə tarixi | 1940 |
İstimarının bitmə tarixi | 1944 |
İstismarçılar |
|
Buraxılış sayı | 100 |
![]() |
MiG-1/MiG-3 təyyarələrinin texniki xüsusiyyətləri
- Ekiaj: 1
- Mühərrik: Mikulin AM-35A ,
- Mühərrik gücü: 1350 at gücü
- Qanad eni: 10.20 m
- Uzunluğu: 8.26 m
- Hündürlüyü: 3.50 m
- Qanad sahəsi: 17.44 m²
- Boş çəkisi: 2600 kq
- Maksimum çəkisi: (MiG-1/MiG-3):3099kq/3350kq
- Mənzili (MiG-1/MiG-3): 550km/820km
- Silah təchizatı: 1 ədəd. 12.7 mm-lik, 2 ədəd 7.62 mm-lik MG pulemyotu (+ MiG-3: 8 ədəd hava-yer tipli 82mm RS-82 raketləri)