Mişkolç Universiteti
Mişkolç Universiteti (ing. University of Miskolc, mac. Miskolci Egyetem) — Şimali Macarıstanda yerləşən ən böyük universitetdir, Macarıstanın əhalisinə görə 4-cü ən böyük şəhəri olan Mişkolç şəhərindədir. 1990-cı ilədək adı Ağır Sənaye Texniki Universitet olub. “Quacquarelli Symonds” regional reytinqə görə Şərqi Avropa və Mərkəzi Asiya universitetləri arasında 82-ci yeri tutur.[3]
Mişkolç Universiteti ME[1] | |
---|---|
48°04′47″ şm. e. 20°45′54″ ş. u. | |
Əsası qoyulub | 1735 |
Tip | Dövlət |
Şəhər | Mişkolç |
Ölkə | |
Sayt | uni-miskolc.hu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
- 1735 – indiki universitetin sələfi Mədənçilik və Metallurgiya məktəbinin - Bergschule - Şelmeçbanyada III-cü Karl tərəfindən əsası qoyuldu. Bununla da bu təhsil ocağı bu sahələr üzrə tədris edən ilk ali təhsil institutut oldu (Fraybuqrda 1765-ci ildə, Berlində 1770-ci ildə, Sankt Peterburqda 1773-cü ildə).
- 1762 – Mariya Tereza məktəbə Bergakademie adı ilə Akademiya statusu verdi.
- 1846 – meşəçilər institutda təhsil almağa başlayırlar. Daha sonralar bu mətkəb Avropa texniki kollecələrinin yaranmasında bir model rolunu oynadı.
- 1849 – Paris Texniki Universiteti öz laboratoriya treyninqlərini Şelmeç sistemi əsasında təşkil etdi. 14 dövlətin iştirak etdiyi dünyanın ilk beynəlxalq texniki cəmiyyətin Şelmeç professorlarının töhfəsi ilə Şelmeçbanyadan çox uzaq olmayan Sklenoda əsası qoyuldu
- 1848-1850 – Macarıstan müstəqillik müharibəsinə görə tədris dayandırlıdı. Tələbələr Koşut ordusuna qoşuldular.
- 1867 – Avstriya-Macarıstan anlaşmasından sonra təhsil dili kimi macar dili alman dilini əvəzlədi. İnstitutun adı Kral Macarıstan Mədənçilik və Meşə Təsərrüfatı Akademiyasına dəyişdirildi (Magyar Királyi Bányászati és Erdészeti Akadémia).
- 1920 – Triyanon sülh razılaşmasının nəticəsi kimi, Şelmeç Çexoslovakiyanın hissəsi olur, ona görə də akademiya yerini dəyişmək məcburiyyətində qalır. Şopron bölgəsi “evsiz” qalan instituta qucaq açır.
- 1949 – Macarıstan Milli Asambleyasının qərarına əsasən, Mədənçilik və Metallurgiya Mühəndisliyi fakültələrindən ibarət universitet Şoprondan Mişkolça köçür və orada yeni Mexaniki Mühəndislik fakültəsinin əsası da qoyulur. 1949-cu ilin 18 sentyabrı ilk tədris günü kimi tarixə keçir.
- 1983 – müstəqil Hüquq fakültəsinin əsası qoyuldu
- 1990 – müstəqil İqtisadiyyat fakültəsinin əsası qoyuldu
- 1 iyul 1990 – universitetin adı Mişkolş Universitetinə dəyişdirildi
- 1992 – İncəsənət İnstitutunun əsası qoyuldu
- 1997 – institut İncəsənət fakültəsinə dəyişdirildi
- 1997 – Ferenç List Musiqi Kollecindən ayrılan Mişkolç departamenti universitetə qoşularaq Bartok Bela Musiqi İnstitutu kimi fəaliyyətə başladı
- 1 yanvar 2000 – Soroşpatak Komenius Müəllim hazırlıqı kolleci Mişkolç universitetinin kollec səviyyəli fakültəsi oldu
- 1 iyul 2013 – bu fakültəi universiteti tərk etdi və Esterhazi Kary Kollecinə qoşuldu
- 2001 – tibb bacılarının hazırlığı üçün Sağlamlıq İnstitutunun ilk bakalavr proqramı tədris olunmağa başladı
- 2004 – fizioterapevtlərin tədrisi başlanıldı
- 2005 – Sağlamlıq İnstitutuna fakültə statusu verildi, Sağlamlıq fakültəsi adı ilə fəaliyyətə başladı [4]
Universitetin üstünlükləri
- Avropa Birliyinin mərkəzində gözəl, qonaqpərvər ölkə
- təhsil və yaşamaq üçün münasib qiymətlər və xərclər, yaxşı keyfiyyətli həyat, əla infrastruktur, sağlamlıq və idman xidmətləri, gözəl landşaft, çiçəkləyən mədəniyyət
- Mərkəzi və Şərqi Avropaya böyük addım , əla dəmir yol xəttləri ilə Avstriya, Slovakiya, Polşa, Serbiya, Çex Resublikası, Xorvatiya, Sloveniya, Rumıniya kimi qonşu ölkələrə səyahət
- ucuz restoranlar, yaxşı yeməklər və aktiv gecə həyatı
- Mişkolç Universiteti Macarıstanın ən böyük kampusuna sahibdir. Kampus şəhərin mərkəzi və gözəoxşar Bükk təpələrinin arasındakı gözəl parkda yerləşir
- müasir kampus infrastrukturası – hostellər, idman məkanları, qapalı hovuz, restoranlar, kafelər
- çoxistiqamətli fakültələr,çoxmədəniyyətli ab-hava [5]
Strukturu
- Rektor
- Kansler
- Akademik işlər üzrə vitse-rektor
- Elmi və Beynəlxalq işlər üzrə vitse-rektor
- Ümumi işlər üzrə vitse-rektor
- Strategiya və İnkişaf üzrə vitse-rektor
- Dekanlar, Direktorlar, Rektor ofisinin lideri, Kansler ofisinin lideri [6]
Fakültələr
- Yer kürəsi elmi və mühəndisliyi fakültəsi
- Material elm və mühəndislik fakültəsi
- Mexaniki mühəndislik və informatika fakültəsi
- Hüquq fakültəsi
- İqtisadiyyat fakültəsi
- İncəsənət fakültəsi
- Sağlamlıq fakültəsi
- Bartok Bela Musiqi İnstitutu [7]
İngilis dilində təhsil
Bakalavr
- Material mühəndislik (7 semestr)[8]
Magistratura
- Avropa geotexniki və ətraf mühiti kursu (4 semest) [9]
- Avropa mineral mühəndisliyi kursu (4 semestr). Təhsil verən institutlar: Aalto Universiteti, Mişkolş Universiteti və Vrotslav Texnologiya Universiteti [10]
- Material mühəndislik (4 semestr)
- Mexaniki mühəndislik (4 semestr) [11]
- Metallurgiya mühəndisliyi (4 semestr) [12]
- Yür kürəsi elmləri mühəndisliyi (4 semestr) [13]
- Hidrogeoloji mühəndislik (4 semestr) [13]
- Neft mühəndisliyi (4 semestr) [14]
- Proqram təminatı və informasiya mühəndisliyi (4 semestr) [11]
- Mərkəzi Avropaşunaslıq (4 semestr) [15]
Doktorantura
- İnformasiya elmləri (6 semestr). Tətbiq edilən IT tədqiqatlar aşağıdakılardır:
- Tətbiqi hesablama elmi
- İstehsal informasiyaları mühəndisliyi
- Material emalı sistemləri və logistika informasiya mühənidsliyi [16]
- Mexaniki mühəndislik (6 semestr) [17]
- Material elmlər və texnologiya (6 semestr) [12]
- Yer kürəsi elmləri (6 semestr) [18]
- Müəssisə teoriyası və praktiki doktor məktəbi (6 semestr) [19]
MBA
MBA - Biznes Administrasiyası magistraturası (4 semestr).[20]
Kampus
Mişkolç Universiteti Macarıstanın ən böyük kampusuna sahibdir. Kampus şəhərin mərkəzi və gözəoxşar Bükk təpələrinin arasındakı gözəl parkda yerləşir. Müasir kampusun xoşagələn infrastrukturası var: hostellər, idman məkanları, qapalı hovuz, restoranlar, kafelər.
Kitabxana, Arxiv, Muzey
Kitabxana, Arxiv, Muzey ədəbiyyat, informasiya, təhsil və tədqiqat məqsədi ilə açıq elmi kolleksiyadır. Bura kitabxandan əlavə arxivliyi və muzey fəaliyyətini həyata keçirir. Qurumun əsas məqsədi yüksək keyfiyyətli kitabxana xidmətini təmin edərək universitetin məqsədlərinə və fəaliyyətinə dəstək olmaqdır. Kitabxananın sələfi Şelmeçbanyada 1735-ci ildə əsası qoyulan və orada 1919-cu ilədək, daha sonra isə 1949-cu ilədək Şopronda fəaliyyət göstərən mədənçilik-metallurgiya ali təhsil institutunun kitabxanası idi. Bunun varisinin elə həmin il Mişkolçda əsası qoyuldu. Hazırkı binanın inşası və tam istifadəyə verilməsi 1969-cu ildə bitdi. Oxu zalında jurnallar, açıq rəf ehtiyatı və 45 kompüter (bunlardan 18-i multimediya otağındadır) 400-ə yaxın oxucuya eyni anda istifadəyə verilir. Kitabxananın binasında həmçinin Şelmeç Monument Kitabxanası da fəaliyyət göstərir. Kitabxananın kolleksiyasında təxminə 1 milyona yazın sənəd var və hər il 12-15 minə qədər kitab və digər sənədlərin sayı artır. Jurnalların sayı minə yaxındır. Kolleksiyaya siyasətinə daxildir: Macarıstan və əcnəbi dillərdə ikinci dərəcəli texniki elmlər ədəbiyyatı (əsasən də mədənçilik və metallurgiya haqda) və əsas təbii elmlər ədəbiyyatı sosiyal (hüquq, iqtisadiyyat, təhsil, sosiologiya) elmlərin qeyd edilən elmi nəşrlərin əsası kimi tələb edilir, həmçinin, ikinci dərəcəli elm ədəbiyyatı incəsənət üzrə təhsil alan tələbələrdən tələb edilir (tarix, ədəbiyyat və dilçilik, əcnəbi dillər, psixologiya). Universitet Arxivi (1982-ci ildə əsası qoyulub) kitabxananın bir hissəsidir. Burada universitetin 250 illik tarixi ərzində yazılı və tarixi əl yazıları materialları toplanıb.[21]
Bolyai yaşayış binası - yataqxanası
Mişkolç Universitetinin Bolyai yataqxanası [22] ölkənin universitet kampus yataqxanaları arasında ən böyüyüdür. Yan-yana olan və əsas universitet binalarına yaxın yeddi binalarda iki və dörd çarpayılı otaqlarda 1800-ə yaxın tələbə yaşayır. Tələbələrin individual olaraq təhsil almaqları üçün imkanlar, vaxtlarının səmərəli və maraqlı keçirilməsi üçün şərait var. Bununla da yataqxana təhsil və sosiyal həyatda köməkliyini təmin edir. Bolyai yataqxanası üç dəfə “Mükəmməl yaşayış komleksi” mükafatını qazanıb.[23]
Əcnəbi dillər təhsili mərkəzi(IOK)
Universitet tələbələrinin ən birinci tapşırığı mümkün qədər əcnəbi dillərin öyrənilməsidir: ingilis, alman, italyan, ispan, rus və latın. Mərkəzdə dörd ümumi funksiyalı və xüsusi dil imtahanları keçirilir. Həmçinin, burada institutun əcnəbi dillər hazırlıq kursları da keçirilir. Universitetin beynəlmiləlləşdirmə prosesinə uyğun olaraq, ingilis və macar dillərində təhsil alan əcnəbi tələbələr universitetin təqaüdü ilə təmin edilirlər.[24]
IT xidmət mərkəzi (MEISZK)
Mişkolç Universitetinin İnformasiya Xidmətləri Mərkəzi 2012-ci ilin iyunundan fəaliyyət göstərir. Mərkəz universitet tələbələrini keyfiyyətlərini IT xidmətlə təmin edir, əvvlki illərə baxanda bu xidməti yüksək səviyyəyə çatdırıb.[25]
Avropa Sənədləşmə Mərkəzi
20 oktyabr 1999-cu ildə Avropa Komissiyasının Təhsil və Mədəniyyət işləri üzrə Baş Direktoratının qərarı ilə Mişkolç Universitetinə Avropa sənədləri üçün müstəqil mərkəz yaratmaq barədə hüquq verildi. Əgər kimsə bu kimi sənədləri araşdırmaq istəyirsə, Avropa Sənədləşmə Mərkəzinin sahib olduğu sənədlərinə azad şəkildə müraciət edə bilər. Kolleksiya Mərkəzi Kitabxananın oxu zalındakı AB bölməsində yerləşib.[26]
Tələbə həyatı
Konfusiy institutu
Çin dili 2012-ci ildən bəri Mişkolç Universitetində tədris olunur. İlk öncə Wanhua-BorsodChem şirkətinin dəstəyi ilə Çin Mərkəzi yaradıldı, daha sonra 2013-cü ilin avqust ayında Pekin Kimya Texnologiya Universiteti (BUCT) və Wanhua-BorsodChem şirkətinin köməyi ilə Macarıstanda üçüncü Konfusiy İnstitutunun əsası qoyuldu. Bütün dünyada olan Konfusiy İnstitutlarının baş mərkəzi ola HANBAN Pekində yerləşir. Təşkilatın əsas məqsədi və tapşırığı Çin mədəniyyətinin yayılması və maariflənmənin qaldırılması, həmçinin Çin dilinin əcnəbi dil kimi tədris edilməsidir. Bu məqsədlə Mişklolç Universitetinin Konfusiy İnstitutu fəaliyyət göstərir.[27]
Mişkolç Universitetinin Tələbə Şurası(ME-HÖK)
Universitetin özünü idarəsinin hissəsi olaraq HÖK universitetin məsləhətçi və qərar verici qurumlarında tələbələrin adından iştirak hüququna malikir. Bu da o deməkdir ki, qurum tələbələrin haqlarını hər səviyyədə qoruyur. Sistem, fakültələrin tələbə şuralarının işi üzərində əsaslanıb. Fərqli fakültələrdə Fakültə Şuralarına, Təhsil işləri üzrə Komitəyə və İntizam qoruma Komitəsinə tələbələr öz nümayəndələrini seçirlər. Burada tələbə nümayədələri təqaüdlərin, tələbələrin vəsaitlərinin və kitab müavinətlərinin paylanmasına nəzarət edirlər. Fakültə Şuraları dərs cədvəlinin dəyişməsinə təkliflərini irəli sürürlər, qəbul imtahanlarında kömək edirlər, mühazirəçilərin işlərini qiymətləndirirlər və fakültə səviyyəsində tələbələrə aid hər bir mövzu üzrə öz fikirlərini bildirirlər. Bütün universitetə aid mövzularda isə ME-HÖK Asambleyası fikir bildirir. Bu quruma hər fakültədən 3-3 nümayəndədən ibarətdir. Onlar HÖK sədrini seçirlər, universitetin tələbə federasiyasının işini idarə edirlər, ali idarəedici qurumunda, Universitet Şurasın işində, mədəniyyət, idman və istirahət obyektlərinin idarə edilməsində və istifadə edilməsində iştirak edirlər və digər işlərə də cəlb olunurlar.[28]
Şelmeç Tələbə Ənənələri
Universitetin sələfi Şelmeçbaya Akademiyası bütün növ tələbə ənənələrinin beşiyi idi. Yüz illər ərzində bu adətlər ənənələrə çevrildilər və Şoprona, daha sonra Mişkolça köçdülər Akademiya ilə birlikdə. Birinci kurs tələbələrini (ənənəvi olaraq onlara „pagans” deyilir) bəzi təlimlər və imtahanlar keçdikdən sonra „Balek”(sadəlövh) olaraq adlandırırlar. Bir neçə əhatəli testləri keçdikdən sonra tələbə „Firma”(xarakter) adına yiyələnir, daha sonra „İlahi işıqda parlayan firma”ya dönür və sonra „Veteran” dərəcəsinə yiyələnir. Bu ənənələrin ən çox cəlbedici tərəfləri departament şənliklərində tələbələrin ənənəvi Bursch mahnılarının oxumasıdır. „Baleklər” xaçlanır, „Firmalar”öz rollarını ifa edir və məzun olan tələbələr öz ənənəvi lentlərini, parçlarıı və halqalarını geynirlər.[29]
İdman
Tələbələrin idman aktivliyi dörd fərqli sahə üzrə olur. Universitetin tədrisinə məcburi idman dərsləri də daxildir. Tələbələr bu idman növlərindən seçə bilərlər: uzgüçülük, badminton, tenis, futbol, basketbol, voleybol, fitnes, gimnastika, aerobika və karate. Bu dərslərin müəllimləri xüsusi məşqçilik dərəcələrinə sahib fiziki təhsil üzrə müəllimlərdir. Universitetin İdman Klubu (MEAFC) 13 seksiya üzrə peşəkar idman növlərini təklif edir: stolüstü tennis, atletika, basketbol, futbol, voleybol, oriyentirləşmə, tenis, badminton, gimnastika, üzgüçülük, su polosu, avarçəkmə. Klubun basketbol və tenis komandaları birinci diviziondadılar, su polosu komandası isə ikinci divizionda yarışır. Klubun idman məkanları birinci klass çempionatlar üçün əlverişlidir.[30]
Otel
Universitet həm tələbələrə, həm də onların ailə üzvlərinə universitetin kampusunu və ətrafını kəşf etməyə kömək edir. Uni-Hotel xidməti Mişkolçun mərkəzində, Mişkolç Tapolçada (mağara spa) və Mişkolç Universitetinin yaşıllıq hissəsində yerləşir. Bütün il boyu sentyabrdan iyunadək burada 60-a yaxın insan, yay aylarında isə 603 insan qala bilər. Uni-Hotelin binalarında 2,3 və 2x2 çarpayılı otaqlar var.[31]
Qalereya
Universitetin əsas girişinin görünüşü (bayırdan) Universitetin əsas girişinin görünüşü (içəridən) Universitetin əsas kampusunun foyesi Mərkəzi kitabxana binası Ali məktəbin idman kampusu Kampusdakı park yaşıllıqlarla əhatələnib Kampusdakı parkda olan fontan Kitabxananın uzaqdan görünüşü
İstinadlar
- http://web.uni-miskolc.hu/files/3929/Alapito%20okirat%202017.%20j%C3%BAlius.pdf.
- Directory of Open Access Journals. 2003.
- "Ranking". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "History". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Why study at the UoM". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Leadership". 2019-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Faculties". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "UNIVERSITY OF MISKOLC - FACULTY OF MATERIALS SCIENCE AND ENGINEERING". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "European Mining, Minerals and Environmental Program". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Arxivlənmiş surət". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Faculty of Mechanical Engineering and Informatics". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "http://mfk.uni-miskolc.hu/wp/en/?page_id=73". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- ", http://mfk.uni-miskolc.hu/wp/en/?page_id=73". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Arxivlənmiş surət". 2017-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- "Arxivlənmiş surət". 2020-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "University of Miskolc: MBA". 2014-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- "Library, Archives, Museum". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Bolyai". 2020-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "IOK". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "MEISZK". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "EDC". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- Konfuciusz
- "ME-HÖK". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Selmec traditions". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Sport". 2020-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
- "Hotel". 2018-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.