Mişel Uelbek

Mişel Uelbek (fr. Michel Houellebecq) – Fransa yazıçısı və şairi. Dünyada ən çox oxunan fransız yazıçılarından biridir.

MİŞEL UELBEK
fr. Michel Houellebecq
Doğum adı Michel Thomas
Doğum tarixi
Doğum yeri Reyunyon, Fransa
Vətəndaşlığı
Təhsili
  • Şaptal Liseyi[d]
Fəaliyyəti şair, kinorejissor, mahnı müəllifi[d], esseist, roman yazıçısı, aktyor, fotoqraf, yazıçı, ssenarist
Fəaliyyət illəri 1991-ci ildən
Əsərlərinin dili fransız dili
Janrlar poeziya, esse, roman
Mükafatları "Fəxri legion" ordeni kavaleri
michelhouellebecq.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İlk romanı ("Mübarizə sahəsinin genişlənməsi") 1994-cü ildə nəşr olunur. 1998-ci ildə çıxan ikinci romanı ("Elementar hissəciklər") Fransada böyük qalmaqal yaradır. Bu roman Fransanın tanınmış Prix Novembre mükafatına layiq görülür.

Mişel Uelbek 1958-ci il fevralın 26-da[3] (özünün ifadəsinə görə, anası Mişeli vunderkind hesab edərək onun doğum haqqında şəhadətnaməsini saxtalaşdıraraq doğum tarixini 1956-cı il göstərib) Hind okeanında Fransanın Reünyon adasında anadan olub. Dağ bələdçisi olan atası və anestezioloq olan anası bacısı dünyaya gələndən sonra ona az diqqət ayırırlar. O, əvvəlcə Əlcəzairdə yaşayan ana-nənəsi və babası tərəfindən böyüdülür və altı yaşında isə Kommunist Partiyasının fəal tərəfdarı olan ata tərəfdən nənəsi Henrietta öz yanına alır. Uelbek onunla çox gözəl münasibət qurur və daha sonra ədəbi təxəllüsü kimi məhz onun soyadını seçir.

16 yaşında Uelbek Hovard Fillips Lavkraftın əsərlərini kəşf etdi. Demək olar ki, 20 il sonra onun yaradıcılığına ayrıca kitab həsr etdi. Gələcək yazıçı 1975-ci ildə Paris-Qrinon Milli Aqronomik İnstitutuna (Institut national agronomique Paris-Grignon) daxil olmaq üçün Parisdəki Şaptal Liseyində hazırlıq kurslarında iştirak edir. Orada o, qısamüddət buraxılan “Karamazov” ədəbi jurnalının nəşrinə başladı, onun üçün bir neçə poema yazdı və “Cristal de souffrance” adlı həvəskar filmin çəkilişinə başladı. 1978-ci ildə Uelbek Ekologiya və Ətraf Mühitin Mühafizəsi üzrə diplom aldı. Daha sonra Lui Lümyer adına Milli Kinematoqrafiya İnstitutuna daxil oldu və 1981-ci ildə oranı bitirdi.

Elə həmin il onun oğlu Etyen dünyaya gəldi. Daha sonra Uelbekin həyatında işsizlik dövrü başlayır və həyat yoldaşı ilə boşanır. Bütün bunlar onu dərin depressiyaya salır. 1983-cü ildən Uelbek Parisdə sistem administratoru, sonra bir müddət Kənd Təsərrüfatı Nazirliyində (yazıçının həyatının bu dövrü onun “Mübarizə məkanının genişləndirilməsi” debüt romanında öz əksini tapacaq) və nəhayət Milli Assambleyada çalışır.

Mişel Uelbek ədəbi fəaliyyətinə şeir və esse yazmaqla başlayır. 1991-ci ildə yazıçı ilk kitablarını - müasir dünyada şairin simasına həsr olunmuş "Sağ qalmaq" esselər toplusunu və Amerika yazıçısı, qorxu janrı ədəbiyyatının klassiki Hovard Fillips Lavkraftın yaradıcılığı haqqında araşdırmanı – “H.F. Lavkraft: İnsanlığa qarşı, tərəqqiyə qarşı” nəşr etdirdi. Bir il sonra "Xoşbəxtliyin arxasınca" şeirlər toplusu çıxır. Onun ilk əsərləri diqqətdən kənarda qalır.

Əsərləri

Nəşr ili Orijinal adı Azərbaycanca adı Janrı
1991 fr. Contre le monde, contre la vie Dünyaya və həyata qarşı esse
1991 fr. Rester vivant Sağ qalma esselər toplusu
1992 fr. La Poursuite du bonheur Xoşbəxtlik axtarışı şeirlər toplusu
1921 fr. Extension du domaine de la lutte Mübarizə sahəsinin genişlənməsi roman
1996 fr. Le Sens du combat Mübarizənin mənası şeirlər toplusu
1998 fr. Les Particules élémentaires Elementar hissəciklər roman
1999 fr. Renaissance İntibah şeirlər toplusu
2000 fr. Lanzarote Lansarot hekayə
2000 fr. Poésies Şeirlər şeirlər toplusu
2001 fr. Plateforme Platforma roman
2005 fr. La Possibilité d'une île Adanın mümkünlüyü roman
2008 fr. Ennemis publics Cəmiyyətin düşmənləri Uelbek ilə Bernar Anri-Levi arasındakı yazışmalar

Azərbaycan dilinə tərcümələri

  • Mişel UELBEK. Sağ qalma: esselər, şeirlər. Bakı,"Mütərcim" (2010)

Xarici keçidlər

  1. http://www.bbc.co.uk/news/world-europe-11728044.
  2. http://www.nytimes.com/2006/07/09/fashion/09vows.html.
  3. "Статья на Лента.ру: Мать Мишеля Уэльбека оказалась его безжалостным критиком". lenta.ru (rus). 2013-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.