Mişel Kretu

Mişel Kretu (fr. Michael Cretu) və ya Mixay Kretsu (rum. Mihai Creţu), Curly M.C. kimi də tanınır (18 may 1957, Buxarest, Rumıniya) — Rumıniya musiqiçisi, Enigma musiqi layihəsinin yaradıcısı və ideyavericisi.

Mişel Kretu
rum. Mihai Creţu
Ümumi məlumatlar
Doğum adı Mixay Kretsu
Ləqəbləri Michael Cretu, M. C. Curly[1]
Doğum tarixi
Doğum yeri Buxarest, Rumıniya
Vətəndaşlığı
Həyat yoldaşı
Uşağı 3
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, musiqiçi
Fəaliyyət illəri 1980-ci ildən
Janr elektronik musiqi
Musiqi alətləri piano
Üzvlüyü

Öz peşəkar karyerası boyu bir çox musiqiçilərlə birgə işləmişdir. "Enigma"nı yaratmamışdan əvvəl Sandra Kretu, Frenk Farian, Boney M, Mirey Matye, Peter Kornelius, Mayk Oldfild və s. müğənni və musiqi qrupları ilə çalışmışdır. Sonralar onun tərəfdaşları Frenk Peterson, Devid Feyrsteyn, Yens Qad, Angel Х, Andre Tanneberger, Jam & Spoon, Peter Ries, Rut-ənn BoylEndryu Donalds olmuşlar.

2001-ci ilə onun prodüseri və müəllifi olduğu musiqi albomlarının ümumi tirajı 100 milyon nüsxəni keçmişdir.

Həyatı

Mixay Kretsu Buxarestdə dünyaya gəlib. Onun atası mühəndis, anası iqtisadçı olublar. 1965-1968-ci illərdə doğma şəhərindəki 2N-li musiqi litseyinin fortepiano sinifində oxuyub. 1968-ci ildə Parisə köçüb. Elə həmin dövrdə rumın mənşəli ad və soyadını "fransızlaşdıraraq" Mişel Kretu edib. 1975-1978-ci illərdə AFR-in Frankfurt Musiqi Akademiyasında təhsil alıb və buranı əla qiymətlərlə bitirib.

Xarici keçidlər

  1. Çex Milli Hakimiyyət Məlumat bazası.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.