Mişel Kissi
Mişel Kissi (ərəbcə: ميشيل قيسي; Doğum adı: Mohammed Qissi 12 sentyabr 1962, Ucda) 1989-cu ildə çəkilmiş olan "Kikboksçu" döyüş sənəti filmində Tonq Po rolu ilə tanınan Mərakeş - Belçika mənşəli aktyordur.
Mişel Kissi | |
---|---|
ing. Michel Qissi | |
Doğum tarixi | 12 sentyabr 1962 (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, ssenarist, karateçi, kino aktyoru, rejissor, kinorejissor, kaskadyor |
Fəaliyyət illəri | 1984-cü ildən |
IMDb | ID0702680 |
Bioqrafiyası
Mərakeşin Ucda şəhərində anadan olan Kissi 2 yaşında olarkən Belçikanın Brüssel şəhərinə köçmüşdür. O, yeddi yaşından etibarən boksla məşğul olmağa başlamış və 17 yaşında olarkən isə artıq öz çəki dərəcəsində həvəskar çempion olmuşdur. O, həmçinin də Şotōkan Karate, Muay Thai və Kikboksinq üzrə məşqlər keçmişdir. O, Jan-Klod Van Damm ilə gənc yaşlarında tanış, daha sonra isə dost olmuş və onlar eyni döyüş filmləri və döyüş sənəti məşqlərində sevgi ilə birlikdə böyümüşdürlər.[1]
1982-ci ildə Kissi və Van Damm döyüş filmlərinin ulduzu olmaq ümidi ilə bərabər ABŞ-a köçmüşdürlər.1984-cü ildə ikisi də Breakin filmində köməkçi aktyor kimi çıxış etmişdirlər. Cannon Filmsdə Menahem Qolan ilə görüşdükdən sonra onlar Van Dammın baş rolda oynadığı və turnir döyüşçüsü Suan Paredes rolu ilə Kissinin də kiçik bir rolda iştirak etdiyi çox müvəffəqiyyətli olmuş Qanlı idman filmi də daxil olmaqla üç film üzrə müqavilə imzalamışdırlar.1989-cu ildə Kissi və Van Damm, Van Dammın növbəti dəfə baş rolda oynadığı Kikboksçu filmi üçün bir yerə gəlmiş və filmin əsas mənfi qəhrəmanı olan Tong Po rolunu Kissi canlandırmışdır. 1990-cı ildə isə onlar Kissinin qardaşı Abdal Kissinin mənfi qəhrəman obrazını canlandırdığı Şir ürəkli filmində birlikdə rol almışdırlar.
2014-cü ildə Kissi Salar Zarza ilə bərabər Bara filmini çəkmişdir. Bara və Həmzə obrazları ilə ikili rol oynamışdır.
İstinadlar
- "Muscles from Brussels". People. 10 mart 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2011.