Miçel Markos Madera

Miçel Markos Madera və ya Miçel (8 noyabr 1985[1][2] və ya 9 noyabr 1985, Lena[d], Asturiya) — ispaniyalı peşəkar futbolçu.

Miçel
Ümumi məlumatlar
Tam adı Miçel Markos Madera
Doğum tarixi 8 noyabr 1985(1985-11-08)[1][2] (38 yaş) və ya 9 noyabr 1985(1985-11-09) (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1,83 m
Çəkisi 72 kq
Mövqeyi Yarımmüdafiəçi
Əsas ayağı Sağ
Karyerası
Gənclik karyerası
Real Oviedo
2003–2004 Sportinq Xixon
Klub karyerası[* 1]
2004–2005 İspaniya Sportinq Xixon B
2005–2010 İspaniya Sportinq Xixon 138 (7)
2010–2011 İngiltərə Birmingem Siti 9 (0)
2011   Yunanıstan AEK (icarə) 15 (1)
2011–2014 İspaniya Xetafe 54 (1)
2014–2015 İsrail Makkabi Hayfa 25 (1)
2015–2020 Azərbaycan Qarabağ 104 (16)
2020–2021 İspaniya Marino 8 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 16 mart 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Xetafe

Miçel 2011-ci ildə İspaniyanın Xetafe klubuna transfer olundu. 3 il bu klubda oynadı.

Makkabi Hayfa

Miçel 2014-cü ildə İsrail klublarından Makkabi Hayfaya transfer olundu. Bu klubdakı yeganə qolunu Xapoel qarşısında atdı.

Qarabağ

Miçel 2015-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən Qarabağ ilə iki illik müqavilə imzaladı. Bu klubda 2 dəfə Azərbaycan Premyer LiqasınıAzərbaycan Kubokunu qazandı.

2017–2018

Miçel 2017–2018 mövsümü əvvəlində Qarabağ ilə müqaviləni yenilədi.

UEFA Çempionlar Liqası

Qarabağ bu mövsümdəki ilk matçına UEFA Çempionlar Liqası II təsnifat mərhələsində Samtredia qarşısında çıxdı. Futbolçu 90. dəqiqədə hesabı 5–0 edən qolu atdı. Növbəti qolu isə daha yadda qalan oldu. Moldovanın Şerif klubu ilə qarşılaşmada 2-ci qolu atan Miçel yazılan tarixin baş rolundakı futbolçulardan oldu. Qarabağ UEFA Çempionlar Liqasının "Pley-off" mərhələsinə yüksəldi. Bu, Azərbaycan futbolunda bir ilk idi.

İstinadlar

  1. Míchel // Transfermarkt (çd.). 2000.
  2. Miguel Marcos Madera // As (isp.). Madrid: Grupo Prisa, 1967. ISSN 1888-6671
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.