Mezozoy

Mezozoy erası (yun. μεσο — "orta" və ζωον — "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən 251–65 milyon il əvvəlki dövrü əhatə edir, Fanerozoyun üç erasından biridir. 1841-ci ildə britaniyalı geoloq Con Fillips tərəfindən təklif edilmişdir.

Mezozoy — tektonik, iqlimtəkamül dəyişikliklərinin aktiv olduğu eradır. Bu zaman müasir materiklərin əsas sahil xətlərinin formalaşması, Sakit, Atlantik və Hind okeanlarının kənarlarında dağəmələgəlmə prosesləri gedir. Quru sahənin ayrılması növlərin yaranmasına və digər mühüm təkamül proseslərinə təsir edir. İqlim bütün era ərzində isti olmuşdur ki, bu da təkamüldə və yeni canlı növlərinin yaranmasında vacib rol oynamışdır. Eranın sonlarına doğru canlı növlərinin müxtəlifliyi bugünkü səviyyəyə çox yaxın idi.

Geoloji dövrlər

Paleozoydan sonra gələn Mezozoy erası tarixdə təxminən 185 mln. il boyunca uzanır: 251 mln. il əvvəldən 65 mln. il əvvəl Kaynozoy erasının başlamasınadək. Bu müddət aşağıdakı ardıcıllıqla 3 geoloji dövrə bölünür (əvvəli — sonu, mln. il əvvəl):

Bu geoloji eranın aşağı həddi Paleozoydan Mezozoya keçid dövründə dəniz faunasının 90–96%-nin və quruda yaşayan onurğalıların 70%-nin məhv olması ilə nəticələnən kütləvi perm-trias məhvolması ilə səciyyələnir. Yuxarı həddi isə Təbaşir dövrü ilə Kaynozoy erasının Paleogen dövrünün sərhədində, bir çox bitki və heyvan qruplarının kütləvi yox olmasının baş verdiyi dövrə təsadüf edir. Bu hadisənin səbəbi kimi əsasən Yerə nəhəng asteroidin (Yukatan yarımadasındakı Çikusklub krateri) düşməsi və bundan sonrakı "asteroid qışı" göstərilir. Bütün növlərin təxminən 50%-i, o cümlədən bütün uça bilməyən dinozavrlar məhv olmuşdur.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.