Meyson Qrinvud

Meyson Uill Con Qrinvud (1 oktyabr 2001, Bredford, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Mançester Yunayted" klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur.

Meyson Qrinvud
ing. Mason Greenwood
Ümumi məlumatlar
Tam adı Meyson Uill Con Qrinvud[1]
Doğum tarixi 1 oktyabr 2001(2001-10-01)[2] (22 yaş)
Doğum yeri Bredford, İngiltərə
Vətəndaşlığı
Boyu 181[3]
Mövqeyi Hücumçu[4]
Klub haqqında məlumat
Klub İngiltərə Mançester Yunayted
Nömrəsi 26
Karyerası
Gənclik karyerası
2007—2018 İngiltərə Mançester Yunayted
Klub karyerası[* 1]
2018—h.h İngiltərə Mançester Yunayted 34 (10)
Milli yığma[* 2]
2015 İngiltərə İngiltərə U-15 1 (0)
2017—2018 İngiltərə İngiltərə U-17 6 (1)
2018—h.h İngiltərə İngiltərə U-18 5 (1)
2019—h.h İngiltərə İngiltərə U-21 4 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrinvud "Mançester Yunayted" klubunda 2019-cu ilin sentyabr ayında UEFA Avropa Liqasının qrup mərhələsində "Astana" klubuna qarşı oyunda qolla yadda qalmışdır. 17 yaş 353 günlüyündə qol vuran Qrinvud Avropa turnirlərində klubunun qol vuran ən gənc futbolçusu kimi tarixə düşmüşdür.

Qrinvud İngiltərə U-21 millisi ilə debütünü 2021 UEFA Avropa U-21 çempionatının təsnifat mərhələsində etmişdir.

Klub karyerası

Erkən illəri

Qrinvud Halifaksda məktəb komandasında oynadıqdan sonra altı yaşında "Mançester Yunayted" klubuna qatılmışdır.[5] Akademiyada çıxış edən oyunçu 16 yaşı olmağına baxmayaraq, 2017-18 mövsümündə U-18 komandasında çıxış etmiş və U-18 Şimali Premyer Liqa diviziyasında 21 oyuna 17 qol vuraraq bombardir olmuşdur.[6] 2018-ci ilin may ayında Qrinvud Niderlandda təşkil olunan İCTG Kubokunda turnirin oyunçusu mükafatına layiq görülmüşdür.[7]

2018-ci ilin iyul ayında Qrinvud mövsüm öncəsi hazırlıq mərhələsi üçün əsas komanda ilə Amerika Birləşmiş Ştatlarına yola düşmüşdür.[8] 20 iyulda "Klub Amerika" klubuna qarşı oyunda 76-cı dəqiqədə Luk Şounu əvəz edərək debütünü rəsmiləşdirmişdir.[9] Klubun üç gün sonra "San Xose Örskveyks" klubu ilə 0-0 bərabərə qaldığı oyunda Qrinvud meydanda olmuşdur.[10] 2 oktyabrda Qrinvud klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[11] Dekabr ayında Joze Mourinyo oyunçunu "Valensiya" klubu ilə UEFA Çempionlar Liqası görüşü üçün əsas komanda ilə məşqlərə çağırmışdır.[12]

6 mart 2019-cu ildə Ule Qunnar Sulşerin rəhbərliyi altında "Pari Sen-Jermen" klubuna qarşı UEFA Çempionlar Liqası görüşündə 87-ci dəqiqədə Eşli Yanqı əvəz edərək rəsmi debütünü reallaşdırmışdır.[13] Həmin görüşdə klub rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. 17 yaş 156 günlüyündə debüt edən Qrinvud Norman Vaytsayddan sonra klub tarixində Avropa turnirlərində meydana çıxan ən gənc ikinci futbolçu, Çempionlar Liqası erasında isə ən gənc futbolçu olmuşdur.[14] Dörd gün sonra Premyer Liqada debütünü "Arsenal" klubuna qarşı görüşdə reallaşdıran oyunçu klubun ən gənc liqa debütantlarından biri olmuşdur.[15][16]

7 mayda Qrinvud 2-ci Premyer Liqada aprel ayının futbolçusu seçilmişdir.[17] Mövsüm sonunda Qrinvud hər il klubun akademiyasının ən yaxşı oyunçusuna verilən Cimmi Mörfi İlin Gənc Oyunçusu mükafatına layiq görülmüşdür.[18]

12 mayda mövsümün son oyununda "Kardiff Siti"yə qarşı görüşdə Qrinvud ilk on birlikdə yer almış və klub rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.[19]

2019-20 mövsümü: Əsas komandada uğurları

Qrinvud "Mançester Yunayted" klubunda ilk qolunu 17 iyul 2019-cu ildə "Lids Yunayted" klubuna qarşı oyunda vurmuş və komanda rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.[20] Növbəti qolunu "İnter Milan" klubuna qarşı yoldaşlıq görüşündə vurmuşdur.[21] Mövsümün ilk dörd oyununda ehtiyat skamyasında əyləşən[22][23][24][25] Qrinvud 19 sentyabr 2019-cu ildə UEFA Avropa Liqasının qrup mərhələsində "Astana" klubuna qarşı oyunda əsas heyətdə yer almışdır. 17 yaş 353 günlüyündə qolla yadda qalan Qrinvud "Mançester Yunayted" klubu tarixinə Avropa turnirlərində qol vuran ən gənc futbolçu kimi adını yazdırmışdır.[26] Bir həftə sonra Liqa Kubokunda "Roçdeyl" ilə görüşdə növbəti qolunu vurmuşdur.[27] 29 oktyabrda Liqa Trofeyində "Donkaster Rovers" ilə görüşdə son saniyədə fərqlənərək "Mançester Yunayted U-21" komandasına qələbə qazandırmışdır.[28] 7 noyabrda "Partizan Belqrad" klubuna qarşı görüşdə həm qol, həm də Antoni Martiala assistlə yadda qalan Qrinvud komandanın növbəti mərhələyə vəsiqə qazanmasını təmin etmişdir.[29] 24 noyabrda Qrinvud "Şeffild Yunayted" ilə görüşdə ilk liqa qolunu vurmuş və komandası rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır.[30] 12 dekabrda Qrinvud "AZ Alkmaar" klubuna qarşı Avropa Liqasının qrup mərhələsinin son görüşündə həm qol vurmuş, həm də komandasına penalti qazandırmışdır. "Mançester Yunayted" klubu 4-0 hesabı ilə qələbə qazanmış və qrupu lider kimi başa vurmuşdur.[31] O, 15 dekabrda "Everton" ilə görüşdə bərabərlik qolunu vurmuş[32], 11 gün sonra isə "Nyukasl Yuanyted" ilə görüşdə dekadanın son qoluna imza atmışdır.[33]

11 yanvar 2020-ci ildə ardıcıl üç görüşdə qol vura bilmədikdən sonra Qrinvud "Norviç Siti" ilə görüşdə 1 qolla yadda qalmış və komanda rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.[34] On beş gün sonra "Tranmere Rovers" klubuna qarşı Federasiya Kubokunda növbəti qolunu vuraraq komandasına 6-0 hesablı qələbə qazandırmışdır.[35] Qrinvud dörd həftə sonra "Uotford" ilə görüşdə növbəti qolunu vurmuşdur.[36] 12 martda Avstriyanın "LASK" klubuna qarşı görüşdə qolla yadda qalan Qrinvud 5-ci Avropa Liqası qoluna imza atmışdır. Həmin görüşdə "Mançester Yunayted" rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Qrinvud bir Avrokubok mövsümündə beş qol vura bilən ilk yeniyetmə kimi klub tarixinə adını yazdırmışdır.[37]

COVID-19 koronavirus pandemiyası ilə yaranmış üç aylıq fasilədən sonra Qrinvud 9 iyul 2020-ci ilə kimi klubun altı liqa oyununda iştirak etmişdir. İlk üç oyununda qol vura bilməyən oyunçu növbəti üç oyunda dörd qolla yadda qalmışdır. 4 iyulda "Bornmut" ilə görüşdə dublla yadda qalmış və komanda rəqibinə 5-2 hesabı ilə qalib gəlmişdir.[38] Keçmiş Avropa çempionu olan "Aston Villa" klubuna da bir qol vuran Qrinvud 19 yaş altında ikən Premyer Liqada üç ardıcıl görüşdə qol vuran dördüncü futbolçu, 1999-cu ildən bu günə qədər isə Frensis Ceffersdən sonra bunu bacaran ilk futbolçu olmuşdur.[39]

Milli karyerası

Qrinvud İngiltərə U-17 millisi ilə 2017-18-ci illərdə altı görüşdə iştirak etmişdir. Portuqaliyada keçirilən Alqarve turnirində iştirak edəcək olan heyətə daxil edilmişdir.[40]

Qrinvud İngiltərə U-21 millisi ilə debütünü 2021 UEFA Avropa U-21 çempionatının təsnifat mərhələsində etmişdir.[41] 20 sentyabr 2019-cu ildə o, Türkiyə millisi ilə görüşdə 59-cu dəqiqədə meydana daxil olmuş və milli rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir.[42] 19 noyabr 2019-cu ildə Qrinvud millidə ilk qolunu vurmuşdur. O, Niderland millisi ilə görüşdə bərabərlik qolunu vursa da, milli rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur.[43]

Oyun tərzi

Qrinvud karyerasına yarımmüdafiəçi kimi başlasa da, sonralar mərkəz hücumçusu kimi çıxış etməyə başlamışdır.[6] Oyunçu "Mançester Yunayted" klubunda tez-tez sağ cinahda çıxış edir. Top cərimə meydançasına daxil olduqdan sonra Qrinvud ikinci hücumçu kimi mərkəzdən hücuma dəstək verir. Karyerasının erkən illərində həm çiyni ilə, həm də topu kəsdikdən sonra sol ayağı ilə qollara imza atmışdır.[44]

2018-ci ilin may ayında keçmiş oyunçusu Kleyton Blekmor demişdir: "O, top ilə əla oynayır. Hər iki ayağı çox yaxşıdır. Həm cərimə zərbələrini, həm də penaltiləri zəif ayağı əla yerinə yetirən nadir oyunçulardan biridir. Onun kimi oyunçu hələki qabağıma çıxmayıb!"[45] 2019-cu ilin mart ayında keçmiş akademiya məşqçisi Mark Senior demişdir: "İnsanlar onun Robin van Persiyə bənzdəyini deyir. Amma mən elə düşünmürəm. O, özünəməxsus futbolçudur. Onun kimi başqa oyunçu hələki görməmişəm. Sürəti ilə özünəməxsus üslub yaradıb."[5]

2019-cu ilin iyul ayında "Mançester Yunayted" klubunun baş məşqçisi Ule Qunnar Sulşer mövsüm öncəsi hazırlıq zamanı Qrinvudu tərifləyərək demişdir: "O, həm on nömrə, həm doqquz nömrə, həm yeddi nömrə, həm də on bir nömrədir. Hücumun hər üç mövqeyində çıxış edə bilər. O, sol ayağı ilə içəri girməyə nail olur, ancaq istənilən cinahda hər iki ayağı ilə oynaya bilir. Hər cərimə zərbələrini, həm də penaltiləri hər iki ayağı ilə əla yerinə yetirir. Demək olar ki, hər iki ayağı 50:50 nisbətindədir, bəlkə də 51:49 nisbətində sol ayaq daha üstündür."[46]

Şəxsi həyatı

Qrinvud Qərbi Yorkşir bölgəsinin Bredford şəhərində anadan olmuşdur.[47] Şəhərin Vibsi bölgəsində böyümüşdür.[48] Ailəsi də idmanla məşğul olur. Bacısı Eşton trek atletidir.[48]

26 İyul 2020 tarixində yenilənib
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
Klub Mövsüm Liqa FA Kuboku Liqa Kuboku Avropa Digər Ümumi
DiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQol
Mançester Yunayted 2018–19[49] Premyer Liqa 3000001[lower-alpha 1]040
2019–20[50] Premier League 311051417[lower-alpha 2]54717
Ümumi 34105141855117
Mançester Yunayted U-21 2019–20[50] 1[lower-alpha 3]111
Ümumi karyera 3410514185115218
  1. UEFA Çempionlar Liqası görüşləri daxildir.
  2. UEFA Avropa Liqası görüşləri daxildir.
  3. Liqa Trofeyi görüşləri daxildir.

Uğurları

Fərdi

İstinadlar

  1. "Premier League clubs publish retained lists". Premier League. 7 June 2019. 14 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2019.
  2. Mason Greenwood // Transfermarkt (çd.). 2000.
  3. "Mason Greenwood: Overview". Premier League. 5 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2019.
  4. "Mason Greenwood". 11v11.com. AFS Enterprises. 23 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2019.
  5. O'Toole, Dan. "The inside story on the making of Mason Greenwood at Manchester United". Manchester Evening News. 7 March 2019. 27 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  6. "Mason Greenwood". Manchester United F.C. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2019.
  7. Marshall, Adam. "Youngsters win ICGT Trophy in the Netherlands". Manchester United F.C. 21 May 2018. 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  8. Luckhurst, Samuel. "Manchester United pre season tour squad revealed". Manchester Evening News. 18 July 2018. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  9. Thompson, Gemma. "Tour 2018 Match Report: United 1 Club America 1". Manchester United F.C. 20 July 2018. 15 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  10. Thompson, Gemma. "Tour 2018 Report: San Jose Earthquakes 0 United 0". Manchester United F.C. 23 July 2018. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  11. Marshall, Adam. "Mason Greenwood signs professional contract at Man Utd". Manchester United F.C. 2 October 2018. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  12. Marshall, Adam. "Youngsters train with Jose's squad". Manchester United F.C. 11 December 2018. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  13. Hafez, Shamoon. "Paris Saint Germain 1–3 Manchester United". BBC Sport. 6 March 2019. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  14. Smith, Peter. "Manchester United stun PSG: The stats behind incredible Champions League win". Sky Sports. 7 March 2019. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  15. Johnston, Neil. "Arsenal 2–0 Manchester United". BBC Sport. 10 March 2019. 17 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  16. Froggatt, Mark. "Mason Greenwood makes Premier League debut for Man United at Arsenal". Manchester United F.C. 10 March 2019. 31 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  17. Marshall, Adam. "Mason Greenwood wins monthly award". Manchester United F.C. 7 May 2019. 15 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2019.
  18. Marshall, Adam. "Greenwood lands Young Player Award for 2018/19". Manchester United F.C. 9 May 2019. 7 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2019.
  19. "Cardiff mark top-flight departure with victory at Manchester United". The Guardian. 12 May 2019. 29 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2020.
  20. Stone, Simon. "Man Utd 4–0 Leeds: Ole Gunnar Solskjaer's side comfortably win friendly in Australia". BBC Sport. 17 July 2019. 26 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2019.
  21. Froggatt, Mark. "Greenwood scores again as United beat Inter". ManUtd.com. Manchester United. 20 July 2019. 18 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2019.
  22. Stone, Simon. "Manchester United 4–0 Chelsea". BBC Sport. 11 August 2019. 27 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2019.
  23. Stone, Simon. "Wolverhampton Wanderers 1–1 Manchester United". BBC Sport. 19 August 2019. 16 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2019.
  24. Stone, Simon. "Manchester United 1–2 Crystal Palace". BBC Sport. 24 August 2019. 30 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2019.
  25. McNulty, Phil. "Southampton 1–1 Manchester United". BBC Sport. 31 August 2019. 3 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2019.
  26. Plant, Michael. "Greenwood sets new club record". ManUtd.com. Manchester United. 19 September 2019. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2019.
  27. Stone, Simon. "Manchester United 1–1 Rochdale (5–3 on pens): United survive scare". BBC Sport. 25 September 2019. 2 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2020.
  28. Duncker, Charlotte. "Doncaster Rovers vs Manchester United U21s highlights as Mason Greenwood scores winner". Manchester Evening News. 29 October 2019. 11 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2020.
  29. Stone, Simon. "Manchester United 3-0 Partizan Belgrade: Hosts qualify for Europa League last 32". BBC Sport. 7 November 2019. 24 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2019.
  30. Fisher, Ben. "Sheffield United 3-3 Manchester United: Premier League – as it happened". The Guardian. 24 November 2019. 26 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2020.
  31. Stone, Simon. "Manchester United 4-0 AZ". BBC Sport. 12 December 2019. 24 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2019.
  32. Stone, Simon. "Man United 1-1 Everton: Mason Greenwood secures draw for Red Devils at Old Trafford". BBC Sport. 15 December 2019. 24 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2020.
  33. Stone, Simon. "Manchester United 4-1 Newcastle United: Anthony Martial stars in thumping win". BBC Sport. 26 December 2019. 26 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2020.
  34. Hafez, Shamoon. "Manchester United 4-0 Norwich City: Marcus Rashford scores twice on 200th appearance". BBC Sport. 11 January 2020. 4 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2020.
  35. Stone, Simon. "Tranmere 0-6 Manchester United: Reds' fans voice anger during FA Cup win". BBC Sport. 26 January 2020. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2020.
  36. Stone, Simon. "Manchester United 3-0 Watford: Fernandes scores first goal as Utd go fifth". BBC Sport. 23 February 2020. 12 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2020.
  37. Sutcliffe, Steve. "LASK 0-5 Manchester United: Stunning Odion Ighalo effort sets up Europa League win". BBC Sport. 12 March 2020. 24 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2020.
  38. Stone, Simon. "Manchester United 5-2 Bournemouth: Mason Greenwood scores twice in crushing win". BBC Sport. 4 July 2020. 30 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2020.
  39. Hafez, Shamoon. "Aston Villa 0-3 Man Utd: Bruno Fernandes, Mason Greenwood and Paul Pogba score". BBC Sport. 9 July 2020. 12 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2020.
  40. Duncker, Charlotte. "Who is Mason Greenwood? Manchester United youngster in profile as he's named on bench vs PSG". Manchester Evening News. 6 March 2019. 24 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2019.
  41. Veevers, Nicholas. "England U21s kick-off a new campaign and Aidy Boothroyd has picked his squad". The FA. 30 August 2019. 16 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2019.
  42. "Eddie Nketiah and Reiss Nelson score as England U21s win opening Euro qualifier". The Football Association. 6 September 2019. 16 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2019.
  43. "VIDEO: Greenwood scores first goal for England U-21s". 19 November 2019. 6 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2020.
  44. Clarke, Adrian. "Greenwood one of league's best two-footed talents". www.premierleague.com. Premier League. 19 December 2019. 9 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2020.
  45. Duncker, Charlotte. "Who is Mason Greenwood? Manchester United youngster in profile as he's named on bench vs PSG". Manchester Evening News. 6 March 2019. 24 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2019.
  46. Froggatt, Mark. "Ole Gunnar Solskjaer praises Mason Greenwood after goal against Leeds". Manchester United. 17 July 2019. 4 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2020.
  47. Fay, Richard. "Mason Greenwood has just proved his Manchester United worth". Manchester Evening News. 17 February 2019. 16 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2019.
  48. Dawson, Rob. "Mason Greenwood: Man United's best-kept secret and next big thing?". ESPN. 17 July 2018. 7 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2019.
  49. "Games played by Meyson Qrinvud in 2018/2019". Soccerbase. Centurycomm. İstifadə tarixi: {{{access-date}}}.
  50. "Games played by Meyson Qrinvud in 2019/2020". Soccerbase. Centurycomm. İstifadə tarixi: {{{access-date}}}.
  51. "Greenwood named April's PL2 Player of the Month". Premier League. 7 May 2019. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2019.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.