Meymunçiçəyi
Meymunçiçəyi bəzi heyvanlarda, o cümlədən insanlarda baş verə bilən meymunçiçəyi virusunun yaratdığı yoluxucu xəstəlikdir.[3] Simptomları qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin şişməsi və yorğunluq hissi ilə başlayır.[4] Bunun ardınca üzərində qabarcıqlar və qabıqlar əmələ gətirən səpgilər gəlir.[3] Simptomların başlanmasına qədər olan vaxt təxminən 10 gündür.[3] Simptomların müddəti adətən iki ilə dörd həftə arasındadır.[3]
Meymunçiçəyi | |
---|---|
XBT-10 | B04 |
XBT-10-KM | B04 |
XBT-9 | 059.01 |
XBT-9-KM | 059.01[1][2], 136.8[2] |
MeSH | D045908 |
Vikianbarda əlaqəli mediafayllar |
Meymunçiçəyi buşmit (Afrika vəhşi heyvan yemi) ilə işləmək, heyvan dişləməsi və ya cızıqdan, bədən mayelərindən, çirklənmiş əşyalardan və ya yoluxmuş şəxslə yaxın təmasdan yoluxa bilər.[5] Virus adətən müəyyən gəmiricilər arasında dövr edir.[5] Diaqnoz virusun DNT-si üçün lezyon testi ilə təsdiqlənə bilər.[6] Xəstəlik suçiçəyi xəstəliyinə bənzər görünə bilər.
İstinadlar
- Disease Ontology (ing.). 2016.
- Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- "About Monkeypox". CDC. 11 may 2015. Archived from the original on 15 October 2017. Retrieved 15 October 2017.
- "Signs and Symptoms Monkeypox". CDC. 11 may 2015. Archived from the original on 15 October 2017. Retrieved 15 October 2017.
- "Transmission Monkeypox". CDC. 11 may 2015. Archived from the original on 15 October 2017. Retrieved 15 October 2017.
- "2003 U.S. Outbreak Monkeypox". CDC. 11 may 2015. Archived from the original on 15 October 2017. Retrieved 15 October 2017.