Meyl (film, 1988)
Meyl | |
---|---|
Janr | dram |
Rejissor | Samir Xabşı |
Ssenari müəllifi | Samir Xabşı |
Baş rollarda |
Fəxrəddin Manafov Liya Seyidova Sabir Sultanov Nuriyyə Əhmədova Larisa Xələfova |
Operator | Qriqori Bulkot |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1988 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 35 dəq. |
Ölkələr |
![]() |
İl | 1988 |
Texniki məlumatlar |
3 hissə 950 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID11604840 |
Məzmun
Mənasız müharibə illərində Livanda yeni həyat tərzi yaranmışdır: nə kapitalist, nə sosialist sisteminə oxşamır. Bu, hərbi həyat tərzidir. Belə bir vaxtda ölümə, qarmaqarışıqlığa meyl nəticəsində livanlıların bütöv bir nəsli müharibə ab-havasında doğulmuş və böyümüşdür. Bu nəsil başqa həyatı təsəvvür etmir. Hər bir bayramda və ya ailə şənliyində xalq çalğı alətlərinin səslərinə avtomat atəşinin səsləri də adi bir şey kimi qarışır.
Filmdə hərbi həyat tərzində yaşamağa məhkum olmuş livanlılardan bəhs edilir.
Festivallar və mükafatlar
- 1) 1988-ci ildə Moskvada keçirilən "Proloq-88" tələbə kinofestivalı
- Film Baş Mükafata və tamaşaçı rəğbəti Prizinə layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər
- Quruluşçu rejissor: Samir Xabşı
- Ssenari müəllifi: Samir Xabşı
- Quruluşçu operator: Qriqori Bulkot
- Quruluşçu rəssam: Rafiq Nəsirov
Rollarda
- Fəxrəddin Manafov
- Liya Seyidova
- Sabir Sultanov
- Nuriyyə Əhmədova
- Larisa Xələfova
Mənbə
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.