Meyit

Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir.

İtalyan Katolik bir rahibin cənazəsi. Bəzi Xristian məzhəblərində cənazədən əvvəl ölünün nümayiş etdirilməsi və ölü ilə vidalaşma ənənəsi mövcuddur.

"Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir.

İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur.

Etimologiyası

Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.