Meydan Laruss
Meydan Laruss: Böyük lüğət və ensiklopediya (türk. Meydan Larousse: Büyük Lugat ve Ansiklopedi) — 1969–1973-cü illərdə 12 cilddə nəşr olunmuş Türkiyə ensiklopediyası. Nəşriyyatçısı "Meydan Gazetecilik ve Neşriyat Limited Şirketi" olmuşdur. Safa Qılınclıoğlu, Nəzihə Araz, Haqqı Dəvrim nəşriyyatına dəstək olmuşdur.
Meydan Laruss | |
---|---|
Janr | ensiklopediya |
Orijinalın dili | türk dili |
"Meydan Laruss" nəşri "Böyük Laruss Ensiklopediyası" əsasında hazırlanmışdır və müəllif hüquqlarını qoruyan türkcə məqalələrdən ibarətdir. 12 cildi tamamladıqdan sonra 2 əlavə cildlə yeni maddələr yerləşdirilmişdir. "Meydan Laruss"un hər cildi təxminən 1000 səhifədən ibarətdir.[1] 1990-cı illərdə "Hürriyet", "Milliyet" və "Sabah" qəzetləri arasında keçirilən reklam rəqabəti zamanı "Sabah" qəzeti "Meydan Laruss" nəşrini 3-cü cildin üzərinə çap edərək kupon müqabilində öz oxucularına təqdim etmişdir.[2]
İstinadlar
- "Meydan Larousse Büyük Lugat ve Ansiklopedisi". Kültür ve Turizm Bakanlığı. 10 Haziran 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2022.
- "O Meydan Larousse'lar atılmayacak!". hurriyet.com.tr. 19 mart 2017. 25 Kasım 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2022. (#first_missing_last)