Metro 2033 (roman)

Metro 2033 (rus. Метро 2033) — Rusiya yazıçısı Dmitri Qluxovski tərəfindən 2005-ci ildə yazılmış fantastik roman. Roman 2005-ci ildə Rusiyada, 18 mart 2010-cu ildə isə ABŞ-də nəşr olunmuşdur. Roman əsasında videooyun hazırlanmışdır. Dmitri Qluxovski daha sonra romanın davamı olan "Metro 2034" kitabını yazmışdır.

Metro 2033
rus. Метро 2033
Kitabın azərbaycanca ilk nəşrinin üz qabığı
Kitabın azərbaycanca ilk nəşrinin üz qabığı
Müəllif Dmitri Qluxovski
Janr Kitab
Orijinalın dili Rusca
Ölkə
Orijinalın nəşr ili 2005
Tərcüməçi Elçin İbrahimov
Rəssam Teymur Fərzi
Nəşriyyat Hədəf
Səhifə 348 (rus)
458 (ingilis)
656 (azərbaycanca)
Sonrakı Metro 2034
ISBN ISBN 978-9952-464-85-6
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hekayə

Hadisələr 2033-cü ildə baş verir. Nüvə müharibələrindən sonra dünya radiasiya ilə örtülüb, şəhərlər mutasiyaya uğramış heyvan sürüləri ilə doludur. İnsanlar dünyanın ən böyük metrosu — Moskva metrosunda sağ qalmağa çalışırlar. Romanın baş qəhrəmanı Artyomun stansiyası olan VDNÇ digər mutantların əksinə ağıllı olan, insanların zehinlərini oxuya bilən və onları toxunmadan öldürə bilən qəribə mutantların — Qaradərililərin təhlükəsi altındadır. Artyomun ögey atası Suxoyun keçmiş dostu cəsur Hanter Qaradərililərin sirrini açmaq üçün hər kəsin getməyə qorxduğu VDNÇ stansiyasının şimalındakı tunelləri öyrənməyə gedir. Hanter Artyoma geri qayıtmayacağı təqdirdə polisə müraciət etməsini deyir. Hanter günlərlə qayıtmayınca Artyom onu axtarmağa qərar verir. Kitab metro tunellərində və ancaq qaz maskası ilə çıxmağın mümkün olduğu xarici dünyada Artyomun stansiyasını xilas etmək üçün nasistlərlə, sovetlərlə və mutantlarla mübarizəsindən bəhs edir. Kitab oxuyucunu heyrətləndirəcək gözlənilməz bir sonluğa malikdir.

Obrazlar

Adı Haqqında
ArtyomRomanın baş qəhrəmanı. Əsas misyası Hanterin qayıtmamasını "Polis" stansiyasına bildirməkdir.
Hanter"Ovçu" ləqəbli insan. Hanter metronun qaralardan qorunması üçün işləyən stalkerdir.
Pyotr AndreyeviçVDNX stansiyasının növbətçilərindən biri.
AndreyVDNX stansiyanın keşikçisi
SaşaArtyomun ögey atası. Saşa Artyom hələ uşaq ikən siçanlardan xilas etmiş, ona atalıq etmişdir.
JenyaArtyomun ən yaxın uşaqlıq dostu.
XanMetronun sakinlərindən biri. Xeyirxahdır. Prospekt Mira stansiyasında Artyomun həyatını xilas edir
BurbonAlverçi. Burbon Artyomun onu "Prospekt Mira" stansiyasına qədər aparmasını xahiş edir, amma özü yolda ölür.
TuzAdi sakin. Romanda əvvəlcə ona sadəcə saqqalllı adam kimi xitab olunur. Artyom və Hanter ilə birlikdə "Kitay-qorod" stansiyasına gedir.
Mixail PorfiryeviçQoca kişi. Artyom "Kitay-qorod" stansiyasında onun həyatını xilas etmişdir.
VaneçkaMixail Porfiryeviçin baxdığı kiçik qız.

Fəsillər

Roman 20 fəsildən ibarətdir:

Fəsilin adı Səhifə sayı (az.versiyası)
1Səfər başlayır35
2Hanter28
3Əgər geri qayıda bilməsəm27
4Tunelin səsi28
5Avtomat daraqları üçün31
6Güclü olanın haqqı36
7Zülmət Xanlığı36
8Dördüncü Reyx38
9Öləcəksən37
10Keçid yoxdur34
11İnana bilmirəm34
12Polis şəhərciyi33
13Böyük Kitabxana36
14Yuxarıda25
15Plan33
16Ölülərin musiqisi32
17Böyük Soxulcanın övladları26
18İqtidar32
19Son müharibə35
20Sürünmək üçün dünyaya gələnlər25

Videooyun

Metro 2033 romanı əsasında videooyun hazırlanmışdır. 4A Games firması tərəfindan 2010-cu ilin martında buraxılmışıdır. Yazıçı Dmitri Qluxovski də oyunun hazırlanmasında kömək göstərmişdir.

Qəbul

2010-cu ildə 500.000 nüsxəsi satılmışdır.[1] 2 milyon insan kitab hələ çıxmamışdan əvvəl rəsmi saytından oxumuşdur.[2] Roman 20-dən çox ölkədə 30 dilə tərcümə olundu. 2007-ci ildə "Eurocon" müasbiqəsində Avropa Elmi Fantastika Cəmiyyəti tərəfindən Təşviq Mükafatına layiq görüldü.[3]

Tərcümə və nəşr

Kitab 20-dən çox ölkədə 30 dilə tərcümə olunub. Əsər 2013-cü ildə Elçin İbrahimov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Hədəf nəşriyyatı tərəfindən çap edilmişdir.[4][5]

İstinadlar

  1. "Interview: Metro 2033′s Dmitry Glukhovsky and Huw Beynon". 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
  2. "Metro 2033 review". 2012-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
  3. "Bio of Dmitry A. Glukhovsky". 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
  4. "METRO 2033″-DMİTRİ QLUXOVSKİ Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.